“Bəzi şirkətlər iki aya ot örtüyünü təhvil verir” “Araz Naxçıvan” yenə qaçqın həyatı yaşayacaq?
Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
“Araz-Naxçıvan”ın himayədarı Zaur Axundov “Futbolxeber.az”a müsahibəsində Naxçıvan şəhər stadionunun çatışmazlıqlarından danışıb:
“Müəyyən işlər görülüb. Əsas iki çatışmazlıq var. Qazon dəyişməlidi, bir də işıqlandırma sistemi”.
Bəs növbəti mövsümün startına qədər bu problemlərin həlli mümkün olacaqmı? “Araz-Naxçıvan” Futbol Akademiyasının direktoru, Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayev “Football-plus.az”ın sualını cavabladı:
“Zaur müəllim özü buradakı bütün şəraitlə tanış olub. Oturacaqların vəziyyəti, işıqlandırma sisteminin durumu ilə də tanışdı. Ot örtüyününü dəyişdirilməsi və işıqlandırma ilə bağlı güclü iş gedəcək. İşlərin nə zaman başlayacağını bizdə gözləyirik. AFFA, PFL və Fövqəladə Hallar Nazirliyi müvafiq olaraq özlərinə uyğun işlərə baxıb və rəhbərliyə təqdim olunub. İş başlayandan sonra 3-4 aya yekunlaşacaq. Başlayandan sonra dəqiq bilinəcək. Bəzi şirkətlər iki aya ot örtüyünü təhvil verir. Əsas işin başlamasıdı”.
ƏSƏD SEYİDOV
Baxış sayı:131
Bu xəbər 02 May 2025 21:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















