Icma.az
close
up
RU
“Bəzi tarixlər təqvimdə qalmır”

“Bəzi tarixlər təqvimdə qalmır”

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bəzi tarixlər təqvimdə qalmır.

İnsanın içinə yazılır.

19 sentyabr da mənim üçün belə bir tarixdir.

Saat 13:08-də Qarabağda son antiterror başladı.

Mən Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində mövqedə idim. Bir neçə saniyə əvvəl hər şey öz axarında idi. Sonra göy gurultusuna bənzəməyən, torpağı göydən ayıran bir səs gəldi.

Ağır artilleriya…

Və bir anda üç il ərzində bütün əməliyyatlarda çiyin-çiyinə dayandığım silahdaşlarımın səsi kəsildi.

O gün mən təkcə döyüş yoldaşlarımı itirmədim.

Özümün də bir parçamı orada qoydum.

Rabitə kəsildi. Ətraf qaranlığa qərq oldu. Sonrasını xatırlamaq çətindir. Bir müddət şüursuz qaldım. Ayılanda isə ətrafımda sağ qalan heyətim vardı.

Və mən yenidən ayağa qalxdım.

Tapşırıq davam edirdi.

Amma mənim üçün artıq bu, adi döyüş tapşırığı deyildi.

Cismən sağ qalmışdım. Ruhən isə artıq ölmüşdüm.

Bundan sonra döyüşən adam əvvəlki mən deyildim. Qarşımda yalnız bir tapşırıq yox, yarımçıq qalmış həyatların ağırlığı dayanırdı. Hər atəşin içində itirdiyim silahdaşlarımın səsi vardı. Hər addımım onların xatirəsinin üstünə basırdı.

Amma həmin saatlarda mənim ölümüm artıq döyüş meydanından çox uzaqlara çatmışdı.

Ölüm xəbərim ölkə ilə bir olmuşdu.

Mən bilmirdim…

Bilə bilməzdim ki, həmin dəqiqələrdə anam morqun qarşısında gecələyir.

Xəstə, yaşlı anam…

Oğlunun meyitini gözləyən bir ana.

Ana ürəyi bəlkə də həqiqəti hamıdan əvvəl bilir. Amma bəzən həqiqəti qəbul etməkdən imtina edir. O da gözləyirdi. Mənim cənazəmi.

Və bütün o dəhşətin içində belə qürurunu yerə qoymadı. Göz yaşını içinə axıdıb yalnız bunu dedi:

“Cənazəsi gəlsin, qurban kəsəcəyəm.”

Bu cümlənin içində bir ana dünyası vardı.

Həm oğlunun ölümünü qəbul etməyin ağrısı, həm də onu son dəfə evinə gətirə bilmək ümidi…

Qardaşım isə…

Üç il əvvəl ölümün gözünün içinə baxmışdı. Başından güllə almış, sağ qalmış, amma ömrünün sonuna qədər daşıyacağı bir yarayla ikinci qrup əlil olmuşdu.

Mənim öldüyümü eşidəndə isə o yaralı bədənlə belə dedi:

“Cənazəsi tapılmasa, əlimə silah alıb gedəcəyəm. Ermənistanı qana boğacağam.”

İndi geriyə baxanda anlayıram…

Həmin gün mənimlə birlikdə ailəm də bir dəfə öldü.

Sonra xəbər gəldi.

Sağdır.

Bu iki söz bəlkə də həmin gün mənim haqqımda deyilmiş ən böyük möcüzə idi.

Dostlar sevindi. Tanışlar sevindi. Məni sevən insanlar sevindi.

Amma mən…

Mən o sevincin içində belə özümə bir sual verirdim:

Mən həqiqətən sağ qalmışdımmı?

Çünki insanın ürəyi döyünə bilər, nəfəsi gələ bilər, ayaqları onu daşıya bilər…

Amma ruhu da həmin adamla birlikdə geri qayıtmaya bilər.

19 sentyabr 2023-cü il, saat 13:08-də mənim içimdə bir şey öldü.

Bəlkə də o gün Allah mənə ikinci bir həyat verdi.

Bəlkə də bir cəza verdi.

Hələ də bilmirəm.

Bircə onu bilirəm ki, həmin gündən sonra yaşadığım hər gün bir az da onların adından yaşadığım gündür.

Bu şəkil isə…

Bu şəkil həmin hadisədən cəmi üç dəqiqə əvvəl çəkilib.

Şəkildə hələ bilməyən bir adam var.

Üç dəqiqə sonra həyatının iki yerə bölünəcəyini bilməyən…

Dostlarının öləcəyini bilməyən…

Öz ölüm xəbərinin ölkəyə yayılacağını bilməyən…

Anasının morqun qarşısında gecələyəcəyini bilməyən…

Qardaşının əlində silahla onu axtarmağa hazırlaşacağını bilməyən…

Və ən əsası, sağ qalmağın bəzən ölməkdən daha ağır olduğunu bilməyən bir adam.

Saat 13:08-dən əvvəl çəkilən bu şəkilə hər baxanda mən üç dəqiqəlik bir həyat görürəm.

Mənim itirdiyim həyat.

İndi o şəkildəki adama baxıram və düşünürəm:

Kaş biləydin…

Cəmi üç dəqiqə sonra nə qədər insanın həyatına çevriləcəkdin.

Cəmi üç dəqiqə sonra neçə adamın duasına, neçə ananın göz yaşına, neçə dostun qorxusuna, neçə silahdaşının yarımçıq qalmış hekayəsinə çevriləcəyini biləydin…

Bəlkə də son dəfə bir az daha çox gülümsəyərdin.

Bəlkə də yanında olanlara bir az daha möhkəm sarılardın.

Bəlkə də sadəcə göyə baxardın.

Çünki bəzi anların son olduğunu insan yalnız sonradan anlayır.

19 sentyabr 2023-cü il.

Saat 13:08.

Mən həmin gün ölmədim.

Amma əvvəlki mən də sağ qalmadı.

Mahir Hüseyn

Sabiq komando tabor komandiri

Ehtiyyatda olan mayor

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Sentyabr 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see280

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see271

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see267

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see253

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see251

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see251

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see243

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see232

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see229

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see224

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see223

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see220

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see216

Rusiya qaçılmaz çöküşə doğru gedir...

19 Sentyabr 2026 18:06see211

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see209

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see206

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see200

Məşhur reper Bakıya gəlir

20 Sentyabr 2026 01:55see200

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see191

24 saatda “müalicə olunan” 35 illik xəstəlik 20 sentyabr ZƏFƏRİNİN ANATOMİYASI

19 Sentyabr 2026 17:03see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri