Hansı yaş həddində orqan transplantasiyası edilə bilər?
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Canlı donorlardan orqan götürülməsi ilə meyit donorlardan orqan götürülməsi arasında fərq var. Bəzi orqan və toxumaların donorluğunda yaş məhdudiyyətləri mövcud olsa da, ürək və qaraciyər kimi solid orqanlarda yaş amili təkbaşına həlledici deyil".
Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib.
O qeyd edib ki, məsələn, 80 yaşlı insanın orqanları sağlam, 18 yaşlı insanın orqanları isə xəstə ola bilər.
Hətta 60 yaşlı şəxsin orqanının 18 yaşlı insana köçürülməsi də mümkündür. Əsas məsələ orqanın funksional vəziyyətidir.
"Bunun üçün xüsusi komissiyalar fəaliyyət göstərir. Qaraciyər, böyrək və digər orqanlar üzrə mütəxəssislər donorun vəziyyətini qiymətləndirirlər. Laborator və instrumental müayinələr aparılır. Donorun beyin ölümü təsdiqləndikdən sonra infeksion müayinələr, eləcə də damarların vəziyyətini müəyyənləşdirmək üçün angioqrafik müayinələr həyata keçirilir. Bütün nəticələr araşdırıldıqdan sonra orqanın transplantasiya üçün yararlı olub-olmaması barədə qərar verilir".
Y. Abbasova vurğulayıb ki, ötən bir il ərzində iki-üç donorla bağlı belə təcrübə olub. Ailə yaxınlarının orqanlarını bağışlamağa razılıq versə də, tibbi səbəblərdən həmin donorların ürəyindən istifadə edilməyib. Çünki donorun orqanlarının hər biri ayrıca qiymətləndirilir.
"Transplantasiya sadəcə bir cərrahın orqanı götürüb başqa insana köçürməsi deyil. Donorun tapılması, qiymətləndirilməsi, orqanların yararlılığının müəyyənləşdirilməsi və uyğun resipiyentin seçilməsi olduqca mürəkkəb prosesdir. Hətta orqanların bölüşdürülməsi və uyğunlaşdırılması ayrıca elmi istiqamətdir. Bu mövzuda kifayət qədər geniş ədəbiyyat və elmi tədqiqatlar mövcuddur".
Şəfiqə Şəfa, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 06 Noyabr 2026 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















