Icma.az
close
up
RU
Bəzi valideynlər maarifləndirilmədiyinə görə övladına uyğunsuz ad seçir, adın yük ünü də uşaq daşıyır

Bəzi valideynlər maarifləndirilmədiyinə görə övladına uyğunsuz ad seçir, adın yük ünü də uşaq daşıyır

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan populyar adlar açıqlanıb. İqtisadiyyat.az xəbər verir ki, siyahıda adlar üzrə ilk onluq yer alıb. Əvvəlki dövrlərdən fərqli olaraq bu il oğlanlara ən çox qoyulan adlar sırasına yeni ad - Miran adı daxil olub. Məhəmməd adı isə populyar adlar sırasından çıxıb. Qızlara ən çox qoyulan adlar sırasına yeni ad - Alisa adı daxil olub, Mələk adı isə populyar adlar sırasından çıxıb.Valideynlərin uşaqlarına populyar adlar qoymaq meyli onların sosial qəbul olunma ehtiyacı ilə bağlıdır?

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına sosioloq Elçin Bayramlı bildirib ki, adın bir mənəvi yükü, bir psixoloji təsiri, bir energetikası var: “Adlar ümumiyyətlə milli mədəniyyətin ən əsas komponentlərindən biridir. Bir növ milli identifikasiya sistemidir. Hər bir xalq, millət, öz tarixi adları ilə də tanınır və bu seçim 100 illər-1ooo illər davam edən bir irsə dayanır. Yaxşı olar ki, biz özümüzün milli adlarımızı itirməyək, yaşadaq və mənası anlamlı, səslənişi rahat olan adlara üstünlük verək. Çox təəssüf ki, son vaxtlar başqa tendensiyalar baş verir, bu da əsasən əcnəbi dillərdən mənşəyi, mənası məlum olmayan adların uşaqlara qoyulmasıdır, hətta bəzilərinin mənası neqativ bir məna daşıyır. Belə adlardan uzaq durmaq lazımdır. Çalışmaq lazımdır ki, öz milli mədəniyyətimizə və mənəvi irsimizə uyğun adlar qoyaq. Yeni adları öz sözlərimizdən istifadə etməklə yaratmaq olar. Başqa dillərdən də götürmək olar. Amma heç olmasa səslənişi, mənası, qəbul edilməsi dilimizə uyğun adlara üstünlük vermək olar.

Ümumiyyətlə, ad seçərkən dəbə fikir vermək lazım deyil, yəni seriallarda , filmlərdə nə ad görüb onu götürüb uşağa qoymaq düzgün deyil. Çünki adın bir mənəvi yükü, bir psixoloji təsiri, bir energetikası var. Ad insanın həyatına da müəyyən bir təsir göstərir. Bu baxımdan valideynlər dəblə yox, mənəvi kökü olan, yaxşı mənası olan müsbət adlara üstünlük verməlidir. Dəbdə olan adlar 3 il, 5 il dəbdə olur, sonra dəbdən düşür, mənasız bir ad kimi qalır, o söz əbədi olaraq qəbul olunmur ki, “bu söz yaxşı sözdür, bu ad yaxşı addır”. Yəni kriteriyalar elə olmalıdır ki, biz milli köklərimizdən uzaqlaşmayaq. Əsasən Azərbaycana aid adlar qoyaq. Məsəslən, təbiətdən götürülmüş adlar, ruhani şəxslərin adları, tarixi şəxsiyyətlərimizin adları ola bilər. Bəzi adamlar tarixi coğrafi ərazilərimizin adlarından da qoyur. Yəni ad elə olmalıdır ki, özündə Azərbaycanlılığı daşısın,  kökə bağlı olsun, nəinki qondarma süni adlar, yaxud seriallardan götürülən çox vaxt mənasını billmədikləri adlar olsun. Bəzən mənası çox pis olan adlar qoyulur uşağa. Bu isə uşaqların həyatında ciddi problem yaradır. Onlar başqaları tərəfindən lağa qoyulur. Bəziləri böyüyəndə adını sonradan dəyişməyə məcbur olur. Bu da əlavə problemlər yaradır. Yəni bu məsələyə ağılla, şüurla və milli - mənəvi dəyərlər üzərindən yanaşılmalıdır. Azərbaycan irsinə, milli mədəniyyətimizə, mənəviyyata aid, təbiətimizə, tariximizə aid bu kimi adları yaşatmaq lazımdır ki, milli irsimizi itirməyək. 1000 illərdir gələn adlar sistemi əgər biz dəyişib əcnəbi adlara keçsək, tarixlə əlaqəmiz qalmır, yəni əvvəlki əsərlərdə olan xalqımızın adları ilə indikilərin adları uyğun gəlmir. Sanki başqa-başqa millətlərdən söhbət gedir. Ona görə bu məsələ çox vacibdir. Bununla bağlı maarifləndirmə də, müəyyən izahat işləri də aparılmalıdır. Valideynlərə də izah olunmalıdır ki, mümkün qədər düzgün adlar seçilsin”.

Elçin Bayramlı

Elçin Bayramlı qeyd edib ki, gələcəkdə də adların qoyulması ilə bağlı dəqiq qaydalar və şərtlər müəyyən edilsin: “Mən illər əvvəl ad qoyma məsələsində müəyyən müdaxilənin olmasının vacibliyini vurğulayırdım. Bəzi hallarda uşaqlara biabırçı və mənfi məna doğuran adların verilməsi müşahidə olunurdu və bu, narahatedici idi. Nəhayət, bir neçə il öncə bu istiqamətdə qaydaların tətbiqinə başlanıldı. Bu, müsbət addımdır. Artıq mənfi mənalı adların uşaqlara verilməsinin qarşısı alınır və bu proses davam etməlidir.

Lazımdır ki, gələcəkdə də adların qoyulması ilə bağlı dəqiq qaydalar və şərtlər müəyyən edilsin. Adların müvafiq siyahısı tərtib oluna, həmçinin ana dilimizə uyğun olaraq yeni yaradılan adlara da yer verilə bilər, milli-mənəvi dəyərlərə uyğun gəlməyən adların verilməsinə qadağa qoyula bilər. Əsas odur ki, adlar Azərbaycan mədəniyyətinə və dilinə uyğun olsun.

Təəssüf ki, bəzi valideynlər maarifləndirilmədiyinə görə bu məsələni düzgün qiymətləndirmir və “ürəyim belə istəyir” deyərək, uşaqlarına uyğun olmayan adlar qoyurlar. Bu isə uşaqların gələcək həyatında psixoloji narahatlığa, bəzən isə məsxərəyə səbəb ola bilər. Uşaq ömrü boyu bu adın yükünü daşıyır. Ona görə də bu məsələyə ciddi yanaşılmalı, həm maarifləndirmə aparılmalı, həm də inzibati tənzimləmə vasitəsilə qəbulolunmaz adların qoyulmasının qarşısı alınmalıdır."

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Dekabr 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri