Icma.az
close
up
RU
BHİK Baş katibinin müavini Buzovna Fizioterapiya Mərkəzində oldu (FOTO)

BHİK Baş katibinin müavini Buzovna Fizioterapiya Mərkəzində oldu (FOTO)

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

COP29-da iştirak etmək üçün Bakıda səfərdə olan Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) Baş katibinin müavini Erik Manzi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) "Buzovna” Fizioterapiya Mərkəzində olub.

Mərkəzə baxış zamanı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov qonağa məlumat verib ki, burada 90 nəfərlik 2 dördmərtəbəli yataq korpusu var. Bütün otaqlar zəruri məişət avadanlıqları ilə təchiz edilib. Eləcə də mərkəzdə ittifaq üzvlərinin rahat dincəlməsi üçün istirahət guşələri yaradılıb. İkimərtəbəli müalicə korpusunun birinci mərtəbəsində yeməkxana zalı, ikinci mərtəbəsində müalicə və müayinə kabinetləri, masaj otaqları yerləşir. Qapalı hovuz da müalicə olunanların istifadəsindədir. Həmçinin mərkəzin ərazisində geniş yaşıllaşdırma işləri aparılıb, gül-çiçək, dekorativ kol və ağaclar əkilib.

BHİK rəsmisi Erik Manzi yaşayış otaqlarına, müalicə və müayinə kabinetlərinə baxıb, yaradılmış şəraitlə tanış olub. Həkimlərlə söhbət edən qonağa mərkəzin iş prinsipi, göstərilən xidmətlər, prosedur qaydaları, qidalanma haqqında məlumat verilib.

Həmçinin bildirilib ki, COP29 tədbirlərinə qatılan xarici qonaqların yerləşdikləri məkanların arasında ”Buzovna” Fizioterapiya Mərkəzi də var. Qonaqların burada qalmaları və istirahəti üçün bütün zəruri tədbirlər görülüb, eyni zamanda "AHİK könüllüləri” proqramının iştirakçıları onların rahat işləməsi üçün hər cür dəstəyi verirlər.

Erik Manziyə "AHİK könüllüləri” proqramı haqqında da məlumat verilib. Bildirilib ki, AHİK-in yeni layihəsi olan könüllük proqramı həmkarlar ittifaqlarının fəaliyyətinin təbliği, nüfuzunun artırılması və sıralarının genişlənməsi məqsədi daşıyır. Könüllülərlə söhbətləşən BHİK rəsmisinin diqqətinə çatdırılıb ki, onlar AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələridir. Bu layihə onların bilik və bacarıqlarının artırılması, istedadlarını nümayiş etdirmələri, təcrübə qazanmaları və sosiallaşmaları üçün olduqca mühüm fürsətdir. Həm də onlar COP29 tədbirinin keçirilməsinə, iqlim dəyişmələrinə qarşı mübarizəyə dəstək vermək üçün buradadırlar və bu nəcib missiyadan qürur duyurlar.

Erik Manzi Bakı şəhəri və iştirakçısı olduğu COP29 haqqında təəssüratlarını bölüşüb, tədbirin yüksək səviyyədə təşkil olunmasından, insanların qonaqpərvərliyindən razılığını ifadə edib.

Qeyd edək ki, BHİK Baş katibinin müavini Erik Manzi Konfederasiya sədri Sahib Məmmədovla birgə Bakının tarixi məkanlarında da olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 Noyabr 2024 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see246

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see235

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see211

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see199

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see167

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see167

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see154

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see150

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see145

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see140

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see137

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri