“Biabırçılıq olacaq” Papa Trampın bu addımını pislədi AzPolitika onlayn siyasi ictimai qəzet
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ABŞ Prezidenti Donald Trampın kütləvi deportasiya çağırışlarını pisləyib.
“AzPolitika” əbər verir ki, ikinci dəfə prezident seçilən Tramp administrasiyasının çərşənbə axşamından etibarən Çikaqoda kütləvi deportasiyalar həyata keçirəcəyi gözlənilir.
Trampın bu qərarına münasibət bildirən Papa Fransisk yeni ABŞ liderinin addımını “rüsvayçılıq” adlandırıb.
“Əgər bu doğrudursa, bu, biabırçılıq olacaq. Çünki o bütün hesabı heç nəyi olmayan kasıb insanların üzərinə yükləyir”,- deyə o, bildirib.
Xatırladaq ki, prezident səlahiyyətini rəsmən icra etməyə başlayan Trampın ilk günlərdən ABŞ-dən qanuni immiqrasiya yollarını ləğv etməyə və kütləvi deportasiyalara başlayacağı gözlənilir.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 21 Yanvar 2025 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















