Icma.az
close
up
RU
“Trampın Rusiyaya çağırışı ultimatumdur” “Putini bununla təhdid edir” AzPolitika onlayn siyasi ictimai qəzet

“Trampın Rusiyaya çağırışı ultimatumdur” “Putini bununla təhdid edir” AzPolitika onlayn siyasi ictimai qəzet

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Mən Rusiyaya zərər vermək istəmirəm. Rus xalqını sevirəm və hər zaman Putinlə çox yaxşı münasibətlərim olub. Rusiya təxminən 60 milyon adam itirməklə ikinci dünya müharibəsində qalib gəlməkdə bizə kömək edib. Bütün bunları nəzərə alaraq mən iqtisadiyyatı çökməkdə olan Rusiyaya və prezident Putinə böyük bir yaxşılıq etmək istəyirəm. Elə indi razılaşın və bu mənasız müharibəni dayandırın! Bundan sonrası daha pis olacaq”.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp şəxsi sosial şəbəkəsində yazıb.

“Əgər biz razılaşma əldə etməsək, yaxın vaxtlarda Rusiyanın ABŞ-a və digər ölkələrə satdığı hər şeyə yüksək vergilər, rüsumlar və sanksiyalar tətbiq etməkdən başqa yolum qalmayacaq”, - Prezident vurğulayıb.

AĞ Evin sahibi iddia edib ki, prezident olsaydı, müharibə heç vaxt baş verməyəcəkd: “Gəlin, bu müharibəni bitirək! Bunu ya asan, ya da çətin yolla etmək olar. Amma asan yol həmişə daha yaxşıdır. Razılaşmanın vaxtıdır. Artıq heç bir insan itkisi olmamalıdır!!!"

Siyasi şərhçi Şahin Cəfərli hesab edir ki, müraciəti öz məzmununa görə ultimatum kimi də qiymətləndirmək olar, çünki razılaşma əldə olunmasa, Tramp Putini Rusiyaya qarşı sanksiyaları ağırlaşdıracağı ilə təhdid edir.

Yeni sanksiya təhdidi Putini dayandıra bilərmi?

Bu suala ekspert belə cavab verib: “Çoxlarına elə gəlir ki, artıq hər cür sanksiya tətbiq olunub və Qərbin əlində bu sahədə başqa imkan qalmayıb. Belə deyil. Hələ sanksiyaların potensialı tükənməyib. Məsələn, Bayden Rusiya neft sektoruna real sanksiyaları yalnız son günlərdə tətbiq etməyə başladı. Bu sahədə sanksiya rejimini daha da ağırlaşdırmaqla Rusiya iqtisadiyyatında stres səviyyəsini xeyli yüksəltmək mümkündür. Yaxud Avropa Rusiyadan LNG almağa davam edir. Bunu dayandırmaqla Rusiyaya növbəti ağır zərbə endirmək olar”.

Ş.Cəfərli bildirir ki, Rusiya iqtisadiyyatında neqativ tendensiyalar güclənib və təbii ki, Trampa bu mövzuda brifinq verilib: “O, Rusiya iqtisadiyyatının çökməkdə olduğunu bildirib”.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Yanvar 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri