Bilal Qurbanov Nankində gümüş medal qazandı
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 3-cü Gənclər arasında Dünya çempionatı və 32-ci Dünya Yaş Qrupları Yarışlarında Azərbaycan gimnastları uğurlu çıxışlarını davam etdirirlər.
“Qafqazinfo”nun məlumatına görə, Tamblinq üzrə 17-21 yaş kateqoriyasının təsnifat mərhələsində təmsilçimiz Bilal Qurbanov 52.400 xal toplayaraq 2-ci pillədən final mərhələsinə yüksəlib.
Digər təmsilçimiz Hüseyn Abdullayev isə 48.900 xalla təsnifatı 8-ci pillədə tamamlayaraq finala vəsiqə qazanıb.
Həlledici mərhələdə Bilal Qurbanov 27.000 xal toplayaraq gümüş medalın sahibi olub. Hüseyn Abdullayev isə finalda 25.700 xalla 5-ci yeri tutub.
Qeyd edək ki, 12–15 noyabr tarixlərini əhatə edən yarışlarda batut gimnastikası, tamblinq və ikili mini-batut proqramları üzrə mübarizə aparılır. Nankində keçirilən ümumi yarış proqramına 40-dan çox ölkə və regiondan 2000-dən artıq idmançı, məşqçi və texniki nümayəndə qatılıb.

Baxış sayı:86
Bu xəbər 12 Noyabr 2026 22:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















