Icma.az
close
up
RU
Biləcəridən boylanan KİNOMUZ...

Biləcəridən boylanan KİNOMUZ...

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ədəbiyyatımız kimi milli kinomuz da artıq keçmişdə qalıb, toz basmış xatirə kimi arxivə atılmış vəziyyətdədir. Necə ki, ötən əsrin 90-cı illərindən sonra ədəbiyyatımız bar verməyən qurumuş ağac kimi birdəfəlik quruyub getdi, eləcə milli kino sənəti də artıq 20 ildən çoxdur dişə dəyəsi heç nə istehsal edə bilmir, yadda qalacaq bircə epizodu da xatırlanmır.
Düzdür, rəhmətlik Ceyhun Mirzəyevin “Fəryad”ı, rejissor Elxan Cəfərovun “Dolu”su Azərbaycan müasir kino tarixi üçün görkəmli yerə layiqdir. Qarabağ müharibəsindəki vətənpərvər mübarizəmizin, yaşadığımız tarixin filmə köçürüldüyü gözəl ekran işləridir bu iki film. Lakin acınacaqlısı odur ki, biz heç olan-qalan bu iki filmimizi də layiqincə gənc nəsillərə sevdirə bilmədik. Ermənilər qondarma, saxta “tarixlərini” filmlərə köçürüb Avropanın göbəyindəki fransızlara, almanlara, ingilislərə, okeanın o tayındakı amerikalıya, bizim Şərqdəki müsəlmanlara həqiqət kimi qəbul etdirmək üçün iş aparır, biz bədbəxtlər heç öz vətənpərvər filmlərimizi uşaqlarımıza sevdirmək üçün tutarlı bir iş belə görə bilmirik. Ağlamalı faktdır, deyilmi? Qabaqlar məktəb şagirdləri kino qəhrəmanlarına bənzədərdilər özlərini. İndi Tik tok-dakı cinsi azlıqlara, ləçər “tiktoker” fahişələrə güclü rəğbət var yeniyetmə və gənclər arasında. Yalan deyirəm?,-qəti!
Hələ mən hər il milyonlarla vəsait ayrılan diaspora siyasətinin milli kinolarımızı dünyadakı azərbaycanlılara sevdirmək üçün nə iş gördüyünü soruşmuram. Onsuz da soruşmağımın özü artıqdır. Diaspora işimiz də ədəbiyyatımızdan və kinomuzdan heç nə ilə fərqlənmir. Əlamətdar günlərdə səfirliklərin sürücü və xadimələrini zala toplayıb iclas keçirməklə başımızı girləyib gedirik..

Nə isə gələk əsas məsələyə. Bu yaxınlarda ənənəvi Kann Kino Festivalı olub və azərbaycanlı müğənni Röya Ayxan həmin Kann Festivalındakı qırmızı xalının üstündən o yana da keçib, bu yana da keçib və bizim kino camiəsi qəzəblənib ki, bəs bu tədbirə niyə müğənni R.Ayxan dəvətlidir. Həttda bizim kino xadimlərimiz onun qırmızı xalçanın üstündə poz verib bunu reklam etməsinə bərk qəzəbləniblər. Əlbəttdə bu film festivalına ödəniş edib qatıla da bilərsən, rəsmi dəvət əsasında gedə də bilərsən. Həm də R.Ayxan bu Festivala Azərbaycan kino nümayəndəsi, rejissor və aktyor kimi dəvət olunmayıb axı.
Hə, o məsələ də var ki, R.Ayxan onu tənqid edən kino xadimi, professor Ayaz Salayevə xoşagəlməz şəkildə cavab verib. Əlbətddə, bu jarqonla cavab vermək qəbuledilməzdir. Üstəlik Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev də müğənni xanıma qarşı kəskin mövqe tutub. Məsələnin “mustafası” budur ki, kino işlərinə baxan bizim camia bir də onda ayılıblar ki, bəs Röya xanım Kann Festivalının qırmızı xalısında poz verir. Bunlar da deyirlər ki, müğənninin ora getməsi qəbuledilməzdir. Biraz da min illərdir ki, bizimlə yol gələn paxıllıq, özümüzün özümüzə qənim kəsilmək xəstəliyimiz bu məsələdə ziyadə qabarıq olub. Lakin və amma... dəyərli kino xadimlərimiz, siz müğənni R.Ayxanı “topa” tutanda heç fikirləşdinizmi ki, o xalının üstündə “Hollivud” ulduzları ilə birgə məhz sizlər poz verməli idiniz və orda siz, burda da bizlər milli kinomuzun uğurları ilə qürur duymalı idik. Qürur duymalı idik, amma duymadıq. Əvəzində müğənni xanımın qırmızı xalı üzərində poz verməsinə görə ona olmazın hücumlarını görmüş olduq. Bəs sizdən soruşuram, hanı 44 günlük zəfər müharibəsində düşmənlə əlbayaxa döyüşə girərək, torpaqlarımızı erməni faşistlərindən azad edən igid oğullarımızın qəhrəmanlığından bəhs edən vətənpərvər filmləriniz, hanı yeni azərbaycanlı nəsilləri cuşa gətirən, dillər əzbəri olan serial və tamaşalar? – yoxdur! Bu, dəhşətin dəhşətidir. 44 gündə yüz ildə bir baş verən tarixi qələbə qazanasan, amma bu barədə səs gətirən, reytinq qıran bircə bədii filmin, serial və tamaşan olmasın. Erməni diasporu saxta tarix quraşdırıb, sonra da o yalançı tarixi səhnələşdirib erməni uşaqlarının beyninə yeridir, mənimkilər də gənclərimizə vətənpərvərlik aşılayan tutarlı filmlər çəkmək əvəzinə, azərbaycanlı müğənninin qırmızı xalıda gəzişməsinə arvad qeybəti səviyyəsində “reaksiya” verirlər. Heyrət!!!

Əvəzində nə baş verir? Fahişəliyi, cinsi azlıqları, ərinə xəyanət edən “azərbaycanlı qadın” obrazını səhnələşdirib küçə səviyyəli iyrənc “filmlər” çəkir, gənclərin beynini məhv edir, tariximizi saxtalaşdırır, xalq olaraq bizi rüsvay edib sosial şəbəkə seqmentində biabırçı formada təqdim edir, bütün bunların əvəzində də milyonlar qazanırlar. Bütün bu baş verənlərə nə Mədəniyyət Nazirliyi, nə milli kino təşkilatlarımız bircə dəfə hərəkətə gəlib reaksiya vermirlər. Axı bu küçə səviyyəli adamların pul müqabilində çəkib təqdim etdikləri xalq biz deyilik cənablar!

Əlqərəz, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndə ilişib məhv olan ədəbiyyatımız kimi, Rasim Balayevin “Babək”inin xiffətini çəkməklə təsəlli tapan kinomuz da qara gündədir. Bizim aktyor və kino xadimlərimiz üçün də əla qırmızı xalı var. “Nizami” Kinoteatrında hər il düzənlənən və səs-sorağı Biləcəridən o tərəfə çıxmayan “Bakı Kann Festivalı”. Boş, heç bir tamaşaçı rəğbəti qazanmayan, it-pişiyin belə maraq göstərmədiyi “filmlərinizlə” bakıdakı qırmızıx alçanın üstündən o yana-bu yana keçib gedin. Təsəlliniz budur zatən...

Mətləb Salahov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 May 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see404

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see370

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see368

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see332

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see328

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see320

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see253

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see243

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see223

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see222

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see214

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see212

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see210

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see210

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see205

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see195

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see194

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see190

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see190

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri