Icma.az
close
up
RU
Menu

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

Dostu 6 bıçaq zərbəsi vurdu

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

İsrail və HƏMAS arasında tarixi razılaşma...

Sosioloq: Getdikcə sırf əyləncə üçün yaşayan insanların sayı artır

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

Tramp Harvarda 30 gün vaxt verdi

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

Milli kinomuz yenidən yüksəliş yolundadır

Milli kinomuz yenidən yüksəliş yolundadır

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycan kinosunun milli ideologiyamızın, mədəniyyətimizin, mənəvi dəyərlərimizin təbliğində danılmaz xidmətləri var. Bir neçə il əvvəlki pandemiya səbəbindən fəaliyyəti müəyyən qədər səngimiş bu sahə də artıq yenidən dirçəlməkdə, irəli getməkdədir. Tarixə çevrilmiş 2024-cü ildə bu istiqamətdə önəmli işlər görülüb. Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi, tanınmış rejissor, ssenari müəllifi, prodüser  Əli İsa Cabbarovla müsahibəmiz də elə bu və digər mövzular ətrafında olub. Həmin müsahibəni oxuculara təqdim edirik.

– Əli İsa müəllim, siz xeyli vaxtdır ki, bu sahədə çalışırsınız. Özünüz də 30-a qədər müxtəlif səpkili maraqlı filmin müəllifisiniz. Yəni daim kinomuzun qayğıları ilə yaşayanlardansınız. Ötən ilin yekun icmalını necə dəyərləndirirsiniz?

– İnamla deyə bilərəm ki, milli ekran sənətimizin işıqlı dünəni olduğu kimi, artıq dolğun bugünü və ümidli sabahı da var. Məlum COVID19 kinomuzun fəaliyyətini xeyli ləngitdi, kinoteatrların qapıları bağlı qaldı. Amma postpandemiya dönəmində artıq kino istehsalımızın əvvəlki həcminin bərpasına nail olmaqdayıq. Əgər pandemiyadan əvvəl 1 il ərzində 30  adda film çıxırdısa, artıq ötən il 23 tammetrajli bədii film ərsəyə gətirilərək yayımlanıb. Yəni dinamika tədricən artıb. Bu, həm də özəl kinematoqrafların sayəsində mümkün olub. Lağlağı komediyaların sayı azalıb, prodüserlər indi romantik yönümlü komediyalara, sosial məsələlərə həsr edilən filmlərə üstünlük verirlər. Kinomuzda canlanma mövcuddur. Mədəniyyət və İncəsənət Universitetinin diplom verdiyi mütəxəssislərin də yetəri qədər işi var.  

Struktur islahatından sonra AKİ öz dəst-xəttini, iş stilini tapmaq üzrədir. Fərəhli haldır ki, dövlətimiz hər il kinoya dotasiya ayırır, amma yeni qurum olan Kino Agentliyinin xəttilə görüləsi işlər də hələ çoxdur. Ümid bu ilə və qarşıdakı illərədir.         

– Ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı ənənəsi hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə güclü təkan verib. Azərbaycan kinosunun inkişafına dair dövlət proqramı da icra olunub. Bütün bunlar kəmiyyətlə bərabər, keyfiyyətə də təsir edirmi?  

– Dünyada kinoya dotasiya ayrılan az dövlətlər var ki, onlardan biri də Azərbaycandır. Bizdə teatra, musiqiyə və digər sahələrə sanballı dövlət vəsaiti ayrılır. İstərdik ki, bu, idarəçiliyin effektivliyini daha da artırsın, kino istehsalçıları reytinq dalınca qaçıb təqdimatlarında rəngləri tündləşdirməsinlər, açıq-saçıqlığa, qalmaqallı mövzulara meyilli olmasınlar, festival keçirən Avropa ölkələrində kiminsə xoşuna gəlmək və ya yerli bazarda çoxlu bilet sata bilmək üçün milli ənənələrdən yayınmasınlar. Yəni dövlət  vəsaitinin sırf mədəniyyətimizin təbliğinə, kino aləminin dirçəldilməsinə sərf edilməsinə nail olaq. Milli ruhlu, vətənpərvər nəsil formalaşdıraq. Dövlətin vəsaiti və sifarişi ilə çəkilən bu cür filmlərin olması çox  vacibdir.

Vətən müharibəsində Böyük Zəfərin qürur doğuran aspektləri qabartmalı, Şuşanın, Ağdamın, Laçının, Füzulinin uğrunda canından keçən şəhidlərin əziz xatirəsini sanballı ekran əsərləri ilə yaşatmalıyıq. İndiki məktəblilər, tələbələr həm şərəfli tariximizi bilməli, həm də ailə dəyərlərimizi əxz etməlidirlər. Bu da ki, dövlət vəsaiti ilə filmlər çəkən peşəkar kinoçuların üzərinə düşən başlıca vəzifədir. Dövlətin maddi qayğısı kinoda kadr siyasətində daha effektiv nəticələrə gətirib çıxarmalıdır. 60-cı illərdən fəaliyyət göstərən AKİ-nin səyləri bu gün Rasim Balayevin sədrliyi ilə reallaşır. Burada hər kəs inkişafa öz töhfəsini verməyə çalışır.       

– Yeri gəlmişkən, ittifaqdakı struktur birləşməsindən sonrakı ab-hava necədir? Kino fədailərinin və kinosevərlərin nikbinliyi üçün ciddi əsaslar varmı?    

– Bildiyiniz kimi, ötən ilin mart ayında Azərbaycan Kinematoqrafçıları və Azərbaycan Respublikası Kinematoqrafçıları İttifaqları birləşdi və ilk 5–6 ay ərzində texniki uzlaşma, sənədləşmə və sair proseslər getdi. Sonra konkret əməli, yaradıcı fəaliyyətə start verildi. İşçi ixtisarı da olmadı, hamı işləyir. İkinci nəfəsin açılmasına, sədr Rasim Balayevin, 1-ci katib Şəfiqə Məmmədovanın göstərişləri, səyləri ilə kino adamlarında sabaha əsaslı inam yaradılmasına çalışırıq. Məqsəd budur ki, birləşmə formal xarakter daşımasın, ortamımızda bir ailə  atmosferi yaradılsın. Fəxrlə deyim ki, rəhbərliyimizin sülhpərvərlik, mehribanlıq kimi mental dəyərlərə söykənən  siyasəti sayəsində vahid komanda yarada bilmişik. 400-dən artıq üzvümüz var, konfransda idarə heyəti üzvlərinin sayını 37 nəfərə qaldırdıq ki, çeşidli qruplar, müxtəlif nəsillər özlərini orada görsünlər və rəhbərliyə sözlərini asan, rahat  çatdıra bilsinlər. İndi kinematoqrafla az ünsiyyəti olan adamlar bura daha çox gəlib-gedirlər. 

– Mədəniyyət Nazirliyi ilə birgə fəaliyyət qaneedicidirmi?

 – Qaneedicidir. Həm texniki, həm də yaradıcı baxımdan bu, çox vacibdir. Tutaq ki, biz müsabiqə keçiririk və qalib 3–5 ssenarini nazirliyə təqdim edirik. Nazirliksə bizim filtrasiyadan sonra seçim edir ki, hansını maliyələşdirib çəkilişinə köməklik göstərsin. Başqa misallar da çəkə bilərəm. Dediyim odur ki, birgə fəaliyyət faydalı iş əmsalımızı daha da artırır.    

– Əli İsa müəllim, sirr deyil ki, son 15–20 ildə çəkilmiş filmləri – xüsusilə də bölgələrdə – görməyən  minlərlə tamaşaçı var. Bu, necə nəzərə alınır, nə edilir ki, o filmlər də hamı üçün əlçatan olsun?

– Biz bölgələrdə kino günləri təşkil etməklə bu baryeri aradan qaldırmağa çalışırıq. Məsələn, ötən il “Muğanda kino günləri”, “Cənubda kino günləri”, “Şimal rayonlarında kino günləri” keçirmişik. İndi növbə Qərb rayonlarının, digər bölgələrindir. Hədəfimiz milli ruhda olan, ailə dəyərlərini təbliğ edən, insanlara həyat eşqi aşılayan filmləri hamının görməsi və ən ucqar kəndlərdə belə göstərilməsidir. Qoy, 7-dən 77-yə hər kəs  baxa bilsin. Çünki belə filmlər heç harada, necə deyərlər, ayıb sayılmır. 

Strateji hədəflərimizdən biri də budur ki, kino tamaşaçılarımızın sayı artsın. Kinoteatrların, uyğun baxış zallarının çoxaldılması (yeri gəlmişkən, bu sahədə Avropa ölkələrindən, azı, 5 dəfə geri qalırıq), bilet satışının artması vacibdir. Mövzu da mühüm amildir. Məsələn, “Qarabağ qazisinin hekayəsi” adlı tammetrajlı bədii film (baş rolda Əməkdar artist Rasim Cəfərov oynayır) müharibədən sonrakı adaptasiya proseslərinə aiddir. Bu filmin bölgələrdə çox yaxşı rezonansı olub. Uşaqları da yaddan çıxarmırıq, animasiya filmləri də hazırlayıb təqdim edirik. Kinoteatrda tamaşaçıların sayı çoxaldıqca istehsal da artacaq.  

– Xaricə daha asan çıxışa, daha geniş təbliğata nail olunacaqmı?

– Bu məqsədlə kinematoqraflar üçün pulsuz ingilis dili kursları açmışıq. Kinomuzda ingilis dilini bilən adamların sayı az olduğu üçün, bu, bizə müəyyən qədər siyasi zərər də vurur. Yəni, tutaq ki, Ermənistanda belələri çoxdur, onlarda dövlət dəstəyi, dotasiya azdır deyə, kinematoqraflar Avropa fondlarına-zada üz tutublar, bu sahədə daha səriştəlidirlər. Qarabağ haqqında yalan və hədyanlarını da Fransa ilə, Avropa strukturları ilə birgə çəkdikləri filmlərlə yayırlar, festivallara çıxmağa cəhd göstərirlər. Biz də o cür birgə istehsalın olması üçün  kinematoqraflarımızın ingiliscə bilməsi zərurətini görürük. Beynəlxalq tədbirlərdə iştirak edən prodüser də, rejissor da, aktyor da ingiliscə bilsələr, tərcüməçi vasitəsilə effektsiz ünsiyyət qurmaqdansa, birbaşa yaxınlıq edərlər. Elə oradakılar da özəl fikirləri, yanaşmaları birinci şəxslərin, yəni yaradıcı adamların öz dilindən eşitmək istəyirlər ki, faydalı reaksiya versinlər. Bax, bu üzdən biz bəzən 100 minlərlə əlavə vəsait itiririk. Fərəhlidir ki, yeni açdığımız ingilis dili kurslarına güclü axın yaranıb. Bu gün xaricə rahat çıxmaqdan ötrü ingiliscəni mükəmməl bilmək zamanın tələbidir.  

– Ssenari problemi nə yerdədir?

– Bu, kinomuzun axsayan yeridir. Əvvəlki nəslin davamçıları çox azdır. Anarın, Rüstəm İbrahimbəyovun, Yusif Səmədoğlunun ardıcılları ümidləri hələ tam doğrulda bilmirlər. Buna görə də hər il ssenari müsabiqələri keçiririk, pul mükafatları ayırırıq ki, maddi stimula görə də ssenari yaradıcılığı genişlənsin.  Məsələn, “Arxa cəbhənin insanları” ssenari müsabiqəmiz uğurlu olub. 

Baxırıq ki, bu gün parlaq baş qəhrəman qadın obrazlarına ciddi ehtiyac duyulur. Vaxtilə Leyla Bədirbəyli, Şəfiqə Məmmədova, Həmidə Ömərova parlaq baş qəhrəman olan xanım obrazları ilə tanınıblar. Bəs indi? Bu barədə düşünəndə yadımıza yalnız Elçin Musaoğunun “Nabat” filmi düşür. Yəni, yox dərəcəsindədir. Halbuki, Zəfərimizi bizə bəxş edən qəhrəmanları Azərbaycan anaları doğub böyüdüblər. Vətənpərvərliyi, xalqın dərdinə qalmağı övladlarına analar təlqin ediblər, axı. Buna görə də biz ilk olaraq, “Mən qadınam” adlı qısametrajlı, ardınca da daha sanballı mükafatla tammetrajlı film müsabiqəsi elan etmişik. Üstəlik, qeyri-kino işçiləri olan iştirakçılar üçün intensiv seminarlar da keçiririk ki, kinonu yaxşı bilməyən yazıçılar ssenarinin özəl tələblərindən hali olsunlar. İstedadlı adam bir neçə seminardan sonra, bir növ, ixtisaslaşaraq daha yaxşı ssenari mətni ortaya  qoya bilir, yəni maraqlı ideyaları olsa da, sırf texniki bilgisizliyə görə bunu lazımınca ifadə edə bilməmək çətinliyini dəf edir. Yeri gəlmişkən, seminarlarımız aprelin 15-dək davam edəcək və sizin oxucuların da qatılmaq imkanı var. Kim özündə güc hiss edirsə, parlaq bir azərbaycanlı ana obrazı yarada bilərsə, “Mən qadınam” ssenari müsabiqəmizə qoşula bilər. 

Dediyim odur ki, bu cür müsabiqələr də çox vacib bir ideoloji platforma sayılır. Biz kino sahəsində öz missiyamızı başlıca olaraq güclü ssenarilərə çəkilən filmləri yaratmaqla yerinə yetirə bilərik. Çünki ssenari işi tam düzələndə, əsl ssenari təfəkkürü formalaşanda kinomuzda da böyük uğurlar olacaq.    

– Müsahibəyə görə sağ olun!

Hazırladı: 
Əli NƏCƏFXANLI   
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Yanvar 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

29 May 2025 16:23see157

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

29 May 2025 16:23see132

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see129

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see124

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see124

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see120

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see119

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see118

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see115

Dostu 6 bıçaq zərbəsi vurdu

29 May 2025 16:45see115

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see114

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see113

Sosioloq: Getdikcə sırf əyləncə üçün yaşayan insanların sayı artır

29 May 2025 15:22see113

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see112

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see112

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see112

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri