Biləsuvarda 2 avtomobil toqquşdu, ölən var KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Biləsuvar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
KONKRET.az xəbər verir ki, hadisə dünən günorta saatlarında rayonun Bəydili kəndində qeydə alınıb.
33 yaşlı Biləsuvar şəhər sakini Nicat Etibar oğlu Süleymanlının idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Xırmandalı kəndindən olan 37 yaşlı Rafiq Rəfael oğlu Əhmədovun sürdüyü “VAZ 2106” toqquşub.
Qəzada baş nahiyələrindən xəsarət alan sürücülər rayon xəstəxanasına çatdırılıb. Göstərilən ilkin tibbi yardımdan sonra dəqiqləşməmiş kəllə-beyin travması ilə Şirvan Rayon Mərkəzi Xəstəxana yerləşdirilən R. Əhmədov orada ölüb.
Digər sürücünün müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 04 Aprel 2025 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















