Icma.az
close
up
RU
Biləsuvarda 22 yaşlı oğlan sevgilisi ilə intim münasibətdə oldu: “Anası gəldi, pəncərədən qaçdım” TƏFƏRRÜAT

Biləsuvarda 22 yaşlı oğlan sevgilisi ilə intim münasibətdə oldu: “Anası gəldi, pəncərədən qaçdım” TƏFƏRRÜAT

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Biləsuvar rayonunda 2003-cü il təvəllüdlü Kamal yetkinlik yaşına çatmayan Əminəyə (adlar şərti verilib – red.) qarşı seksual hərəkətlər edib.

Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, o, ötən il martın 15-də saat 14 radələrində yaşadığı evin həyətindəki tikilidə tanışı Əminə ilə cinsi əlaqədə olub.

Bundan sonra martın 18-də, martın 20-də və martın 22-də eyni ünvanda qızla təkrar cinsi əlaqəyə girib.

İstintaq orqanı tərəfindən Kamalın barəsində Cinayət Məcəlləsinin 152.4.1-ci (təkrar on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

“Sevgili olmuşuq”

Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs özünü qismən, yəni Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirli bilib. O bildirib ki, hadisədən təxminən 9 ay əvvəldən rayon sakini Əminə ilə sevgili olub:

"Biləsuvar şəhəri H.Əliyev küçəsində yerləşən icra hakimiyyətinin qarşısındakı parkda tanış olduq. Daha sonra “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə mesajlaşaraq əlaqə saxladıq. Əminə hazırlıq məşğələlərinə gedəndə hər dəfə onunla küçədə yanaşı gedirdik".

“Cinsi əlaqədə olmağı təklif etdim”

Təqsirləndirilən şəxs qeyd edib ki, martın 15-də saat 14 radələrində Əminə hazırlıq məşğələsinə getmək üçün evdən çıxıb: “Yaxınlaşıb onu hazırlıq məşğələsinə apardım. Təxminən bir saat sonra Əminə məşğələdən çıxdı.

Küçə ilə piyada gedərkən onu yaşadığım evə dəvət etdim, razılaşdı. Evin arxa tərəfində dəmir şiferdən hazırlanmış anbar kimi istifadə olunan tikiliyə daxil olduq. Tikilinin içərisində söhbət etdik.

Əminəyə gələcəkdə evlənəcəyimizi, buna görə hazırda cinsi əlaqədə olmağı təklif etdim. O da mənimlə cinsi əlaqədə olmağa razılaşdı. Cinsi əlaqədən sonra oradan çıxdıq. Əminəni yaşadığı evə kimi ötürdüm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, martın 18-də Əminəni yenidən həmin tikiliyə aparıb və ona qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif edib:

“Əminə razılaşdı. Yaxınlaşıb ona qarşı seksual hərəkətlər etdim. Sonra isə cinsi əlaqədə olduq. Sonra oradan çıxdıq və qızı evinə ötürdüm”.

Kamal bildirib ki, növbəti dəfə martın 20-də və 22-də Əminəni yenə həmin tikiliyə aparıb, cinsi münasibətdə olublar.

“Aramızda razılıq olub”

Kamalın sözlərinə görə, Əminənin hazırlıq məşğələləri dayandığı üçün evdən çölə çıxa bilməyib və buna görə görüşməyiblər: “Sonuncu dəfə gecə saat 2 radələrində Əminə ilə mesajlaşdım. Onun dəvəti ilə yaşadığı evə getdim.

Əminə ilə qeyri-təbii yolla cinsi əlaqədə olan zaman ona qarşı hər hansı bir zor tətbiq etməmişəm. Hər şey razılıqla olub”.

Kamal qeyd edib ki, iyunun 8-də gecə saat 1 radələrində evdə olan zaman Əminə ona “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə mesaj yazaraq babasının evinə çağırıb:

“Əvvəlcə getmək istəmədim. Qolumun sındığını deyib bəhanə gətirdim. Amma Əminə məndən əl çəkmədi və təkidlə evə dəvət etdi. Mən deyilən ünvana çatanda Əminə qapını açdı və həyətə dəvət etdi.

Birlikdə həyətdə olan iki evdən birinə girdik, işıqları yandırmadıq. Təxminən bir saata yaxın söhbət etdikdən sonra otağın işığı yandı, Əminənin anası əlində telefonla içəri daxil oldu. Mən qapıdan getmək istədim. Lakin anası imkan vermədi və mənim şəkillərimi telefonla çəkməyə başladı. Mən də buna görə otağın pəncərəsindən qaçaraq getdim”.

“Məni sevdiyini, ailə quracağını dedi”

İş üzrə zərərçəkmiş Əminənin sözlərinə görə, təqsirləndirilən şəxsi rayon sakini kimi tanıyır:

“Mən küçədə piyada gedərkən Kamal mənə yaxınlaşdı, tanış olmaq istədiyini bildirdi. İstifadəmdə olan “İnstagram” sosial şəbəkədə açdığım səhifəni ona dedim. Həmin səhifə ilə mesajlaşaraq danışmağa başladıq. Ona hazırlıq məşğələlərinin saatları barədə məlumat verdim.

Kamal hər dəfə mənimlə birlikdə hazırlıq məşğələlərinə gedirdi. O məni sevdiyini və gələcəkdə valideynlərimdən istəyib, ailə quracağını söyləyirdi. Onun bu sözlərinə inandım”.

Zərərçəkmiş ifadəsində göstərib ki, 2024-cü ilin martın 15-də saat 14 radələrində yaşadığı evdən hazırlıq məşğələsinə getmək üçün çıxıb: “Yolda Kamal yaxınlaşdı və “hazırlıq məşğələsinə getmə, bizim evə gedək” dedi. Mən də onun yaşadığı evə getdim.

Kamalla evin arxa tərəfindən olan qapıdan həyətə girdik. Tikilidə mənə dedi ki, onsuz gələcəkdə evlənəcəyik, indidən cinsi əlaqədə olaq. Onunla razılaşdım”.

“Cəmi dörd dəfə görüşmüşük”

Zərərçəkmiş daha sonra ifadəsində Kamalla sonrakı görüşlərindən, birlikdə razılıq əsasında cinsi əlaqədə olmaları barədə geniş ifadə verib: “Sonuncu dəfə iyunun 8-də gecə saat 2 radələrində Kamal mənim yaşadığım evə gəldi. Biz söhbət edən zaman anam içəri daxil oldu. Buna görə Kamal pəncərədən qaçaraq getdi. Təqsirləndirilən şəxslə ümumilikdə 4 dəfə həmin tikiliyə getmişəm”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Kamal 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Həmçinin Kamalın 2 ilədək müddətə yetkinlik yaşına çatmayanlarla bağlı müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi Şirvan Apellyasiya Məhkəməsinə müraciət edib. O, müvəkkilinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, cəzasının şərti hesab edilməsini istəyib.

Yuxarı instansiya məhkəməsində işə baxan hakimlər heyəti şikayəti qismən təmin ediblər. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə tövsif edilib və həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib.

Yeni hökmə əsasən, Kamal 1 il 6 ay müddətinə yetkinlik yaşına çatmayanlarla bağlı müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilib.

O, 2 il 10 y müddətə azadlıqdan mərhum edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Sentyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see234

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see188

Rusiya sovet repressiyaları ilə bağlı arxivləri bağlayır...

29 Sentyabr 2025 00:45see179

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see170

Ter Petrosyanın Zəngəzur dəhlizi ilə bağlı fikirləri avantüradır Politoloq

29 Sentyabr 2025 17:52see148

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see142

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see140

Aktyor, KVN çi, polkovnik... Cabir İmanovla bağlı maraqlı faktlar

29 Sentyabr 2025 15:02see137

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

30 Sentyabr 2025 10:20see136

Minsk görüşü, Miçiqandakı faciə, Cabir İmanovun vəfatı Xəbərlərin 20:00 buraxılışı

29 Sentyabr 2025 20:01see133

Zeynəb Xanlarova və Əməkdar artist barışdılar FOTO KONKRET

29 Sentyabr 2025 23:11see129

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see129

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

30 Sentyabr 2025 13:37see128

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

29 Sentyabr 2025 21:18see127

Danimarkada Aİ sammiti zamanı mülki dronların uçuşu qadağan edildi

28 Sentyabr 2025 17:49see126

Diqqətli olun: dələduzluğun yeni növü yayıldı VİDEO

28 Sentyabr 2025 22:37see125

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

30 Sentyabr 2025 03:14see125

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see124

Baş nazir: Uran Nigeriyaya səfalət, Fransaya isə əmin amanlıq gətirib

29 Sentyabr 2025 03:52see121

Pulum və evim yoxdur Saakaşvilidən qeyri adi müraciət

29 Sentyabr 2025 21:26see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri