Biləsuvarda ənənəvi “Hind quşu” festivalı keçirilib AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Biləsuvar, 30 noyabr, İlkin Adıyev, AZƏRTAC
Biləsuvarda “Hind quşu” festivalı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Mərkəzi parkında təşkil olunan festivalda Biləsuvarla yanaşı, ətraf rayonlardan yerli və xarici qonaqlar iştirak ediblər.
Festival boyu qonaqlara hind quşundan hazırlanmış müxtəlif çeşidli təamlar təqdim olunub.
Rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov festivalda çıxış edərək bildirib ki, artıq 4 ildir keçirilən “Hind quşu” festivalı Biləsuvarda turizmin inkişafına maraq oyatmaq baxımından böyük əhəmiyyət daşıyır, eləcə də, milli mətbəximizin təbliğinə xidmət edir.
Festivala rəng qatan müxtəlif səpkili tədbirlər, idman oyunları keçirilib, kənd məhsullarından ibarət sərgilər açılıb, rəsm əsərləri nümayiş olunub.
Festivalda mədəniyyət və incəsənət ustalarının ifasında konsert proqramı və səhnəciklər təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:200
Bu xəbər 30 Noyabr 2024 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















