Icma.az
close
up
RU
Biləsuvarda iki nəfərin mübahisəsi cinayətlə nəticələndi

Biləsuvarda iki nəfərin mübahisəsi cinayətlə nəticələndi

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Biləsuvar rayonunda iki nəfər arasında yaranan mübahisə cinayətə səbəb olub. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin yanvarın 15-də baş verib. 1982-ci il təvəllüdlü Elnur həmin gün saat 9 radələrində həyətində Eldar ilə şəxsi münasibətlər zəmində mübahisə edib.
Bu zaman Elnur Eldarın sifət nahiyyəsinə şillə ilə zərbə vurması nəticəsində ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Elnurun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, rəsmi olaraq Biləsuvar rayon Mənzil Kommunal Təsərrüfatı idarəsində işləyir, onun vəzifəsi ona təhkim olunmuş ərazidə təmizlik işlərinin görülməsindən ibarətdir: “Zərərçəkmiş şəxsi rayon sakini kimi tanıyıram. Eldarın evinin qarşısında zibili təmizləyən zaman ona niyə evinin qarşısına torpaq ataraq işimi çətinləşdirməsini dedim. Bu zaman zərərçəkmiş şəxs ünvanıma nalayiq ifadələr işlədərək məni söyüb təhqir etdi. Aramızda yaranan mübahisə zamanı zərərçəkmiş şəxsi bir dəfə şillə zərbəsi ilə sifət nahiyəsindən vuraraq onu döydüm. Aramızda yaranan mübahisə zamanı Eldarı başqa hər hansı bir əşya, predmet və zərbə ilə vuraraq döyməmişəm. Hadisə zamanı orada olan atası və zərərçəkmişin qardaşı bizi ayıraraq sakitləşdirdilər”. 
İş üzrə zərərçəkmiş Eldarın sözlərinə görə, hadisə günü saat 9 radələrində yaşadığı evdə olan zaman evinin həyətində kiminsə yüksək səslə onun adını çağırdığını eşidib: “Pəncərəni açıb çölə baxdıqda Mənzil Kommunal Təsərrüfatı idarəsinin işçisi Elnur adlı şəxsin olduğunu gördüm və ona irad bildirdim ki, nə üçün qışqırır. Təqsirləndirilən şəxs məndən zibili urnaya tökdüyümü soruşdu. Bildirdim ki, zibili tökmüşəm. Onu da qeyd edim ki, zibil tökdüyüm yer zibil atılması üçün ayrılmış yerdir və zibili həmin yerdə qoyulmuş urnaya atmışam. Elnur bildirdi ki, gedib zibili oradan yığışdırım. Mən isə dedim ki, zibili kənara atmamışam, zibili zibil atılması üçün ayrılmış yerə atmışam və yığışdırmayacam”. 
Zərərçəkmiş qeyd edib ki, daha sonra təqsirləndirilən şəxs ona nalayiq ifadələr işlədib: “Mən evdən çölə çıxaraq ondan tələb etdim ki, həyətimdən çölə çıxsın. Elnur həyətdən çölə çıxmadı. Qolumdan tutaraq gedib zibili yığışdırmağımı tələb etdi. Ona görə də aramızda mübahisə yarandı və Elnur yaxamdan tutaraq sifətimə yumruqla vurdu. Həmin zaman qonşuluqda yaşayan qardaşım Elnurun yaxamdan tutaraq məni vurduğunu gördü. Yaxınlaşaraq Elnuru məndən aralaşdırdi. Sonra Elnuru həyətdən çölə çıxardan zaman onun atası da gəldi və nə olduğunu soruşdu. Mən və qardaşım Elnurun məni vurduğunu bildirdik”. 
Bu cinayət işinə Biləsuvar Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilib.
Təqsirləndirilən şəxsin üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməsi qadağan olunub. Onun bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməsi tapşırılıb. 
Bundan başqa, təyin olunan müddət ərzinsə onun Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməsi qadağan edilib. Müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Sentyabr 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri