Biləsuvarda yol polisi piyadalarla maarifləndirici söhbətlər aparıb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Biləsuvar, 7 noyabr, İlkin Adıyev, AZƏRTAC
Piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin minimuma endirilməsi, hərəkət intizamını möhkəmləndirmək məqsədilə Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “Piyadalar, diqqətli olun!” adlı profilaktik tədbir təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir çərçivəsində piyadalarla maarifləndirici söhbətlər aparılıb. Onlara diqqətli, məsuliyyətli və ehtiyatlı davranmağın vacibliyi, piyada keçidlərindən düzgün istifadə və işıqforun tələblərinə əməl etməyin əhəmiyyəti izah edilib.
Xəbərdarlıqlara baxmayaraq, yol hərəkəti qaydalarını pozan piyadalar barəsində inzibati tənbeh tədbiri görülüb. Bir daha diqqətə çatdırılıb ki, qaydalara əməl etmək həm piyadaların, həm də sürücülərin təhlükəsizliyinin əsas təminatıdır.
Baxış sayı:83
Bu xəbər 07 Noyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















