Biləsuvardakı qəzada xəsarət alanları xəstəxanaya çatdıran sürücüdən AÇIQLAMA FOTO
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün Biləsuvarda baş verən qəzada yaralıları xəstəxanaya çatdırmaqla vətəndaşlıq nümunəsi göstərən sürücü sürət həddini aşdığı üçün cərimələnib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Biləsuvardan Bakıya sərnişin aparan 30 yaşlı Fərid Abdullalı qəza zamanı xəsarət alanlara laqeyd qala bilməyib.
MÖVZU İLƏ BAĞLI:
Biləsuvarda YOL QƏZASI: 1 nəfər həlak oldu, 3 nəfər xəsarət aldı - FOTO
O, ətrafdakıların köməyi ilə maşınına mindirdiyi yaralıları Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırıb:
"Qəzada xəsarət alan üç nəfəri maşınıma yerləşdirib xəstəxanaya apardım. Məcburən sürət həddini aşdım və Bəydili kəndi ərazisində radara düşdüm," – deyə Fərid Abdullalı bildirib.
Nəticədə, bu qayda pozuntusuna görə sürücünün adına 200 manat cərimə və 3 bal hesablanıb.


Sabutay, Bizim.Media, Cənub bürosu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 04 Sentyabr 2025 00:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















