Icma.az
close
up
RU
Bilgəhdəki qocalar evi yaşayış üçün tam yararsız imiş

Bilgəhdəki qocalar evi yaşayış üçün tam yararsız imiş

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sosial Xidmətlər Agentliyinin Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin ştat cədvəlinə uyğun olaraq sosial xidmətin təşkili şöbəsində bəzi vəzifələrin, o cümlədən bir psixoloq və iki həkim-terapevt vəzifələrinin vakant olaraq qaldığı müəyyən edilib. Bu, ahılların sosial-psixoloji reabilitasiyasına və tibbi xidmətlərin lazımi qaydada həyata keçirilməsinə neqativ təsir göstərir.

Ölkə.az xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə bildirilib ki, müəssisədə yaşayan bir neçə sakinin şəxsiyyətini təsdiq edən sənədinin müxtəlif səbəblərdən olmaması onların bir sıra hüquqlarının həyata keçirilməsinə, o cümlədən əlilliyinin qiymətləndirilməsinə imkan verməyib.

"Müəssisədə yataq xəstələri olan otaqlarda siqnal düymələrinin olmadığı, otaqların bəzilərinin texniki normalara uyğun gəlmədiyi, rütubətli, habelə döşəklərin bir neçəsinin nimdaş olduğu, avadanlığın və istilik sisteminin yenilənməsinə ehtiyacın yarandığı müəyyən edilib.

Müəssisənin ikinci korpusunun yaşayış üçün tam yararsız olmasına baxmayaraq, orada kifayət sayda ahıl şəxsin yerləşdirildiyini nəzərə alaraq həmin korpusda əsaslı təmir-bərpa işlərinin aparılması zəruridir", - deyə məruzədə qeyd edilib.

Həmçinin vurğulanıb ki, Sosial Xidmətlər Agentliyinin 3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinə başçəkmə zamanı ümumilikdə qeydə alınan 119 sakindən 6-nın ahıl şəxs olduğu, həmin şəxslərdən iki nəfərinin əlilliyinin qiymətləndirilmədiyi, həmçinin onlardan bir sakinin şəxsiyyətini təsdiq edən heç bir sənədin olmaması və bunun da əlilliyin qiymətləndirilməsinə imkan vermədiyi müəyyən edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:355
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Mart 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri