Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

Bilik günü ağlayan oğlanlar: “Valideynlərin davranışı çox önəmlidir”

Bilik günü ağlayan oğlanlar: “Valideynlərin davranışı çox önəmlidir”

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“15 sentyabr – Bilik Günündə diqqət çəkən ən maraqlı situasiyalardan biri birinci sinfə başlayan uşaqların, xüsusilə də bəzi oğlan uşaqlarının ağlamasıdır. Əslində, bu halı narahatedici bir vəziyyət kimi qiymətləndirmək düzgün deyil. Məktəbin ilk günü uşaq üçün kifayət qədər böyük dəyişiklikdir. Yeni məkan, yeni müəllim, tanımadığı uşaqlar, fərqli qaydalar və ən əsası, valideyndən ayrılmaq uşağın emosional olaraq gərginlik yaşamasına səbəb ola bilər”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında psixoloq Zeynəb Əyyubova deyib. O bildirib ki, bu, bütün oğlan uşaqlarına aid xüsusiyyət deyil:

“Uşaqlar hisslərini böyüklər kimi ifadə edə bilmədikləri üçün bu narahatlıq bəzən ağlama şəklində özünü göstərir. Yəni uşaq ağlamaqla əslində “qorxuram”, “həyəcanlıyam”, “burada nə baş verəcəyini bilmirəm” və ya “anamdan ayrılmaq istəmirəm” mesajını verir. Oğlan uşaqlarının məktəbə daha çətin adaptasiya olması fikrinə isə ümumi yanaşmaq doğru deyil. Adaptasiya daha çox uşağın fərdi xüsusiyyətlərindən, temperamentindən, əvvəlki sosial təcrübəsindən, valideynlə münasibətindən və ayrılıq təcrübəsindən asılıdır. Sadəcə bəzi oğlan uşaqları yaşadıqları emosiyanı sözlə ifadə etməkdə çətinlik çəkə və bunu daha çox ağlama, narahatlıq və ya davranış dəyişiklikləri ilə göstərə bilərlər. Amma bu, bütün oğlan uşaqlarına aid xüsusiyyət deyil”. pizza

Psixoloq əlavə edib ki, uşağın hissini qəbul etmək lazımdır:

“Valideynlərin bu mərhələdə davranışı çox önəmlidir. İlk növbədə uşağa məktəbi qorxulu və məcburi bir yer kimi təqdim etməmək lazımdır. Məktəb haqqında əvvəlcədən pozitiv, amma reallığa uyğun danışmaq, uşağın suallarını cavablandırmaq və gündəlik rejimini tədricən məktəb rejiminə uyğunlaşdırmaq faydalıdır. Uşaq məktəbin ilk günü ağlayırsa, “Ağlama, sən artıq böyümüsən”, “Oğlan uşağı ağlamaz” kimi ifadələrdən istifadə etmək düzgün deyil. Əksinə, uşağın hissini qəbul etmək lazımdır: “Sənin üçün bir az çətindir, bunu başa düşürəm. Amma sən təhlükəsizdəsən və mən məktəbdən sonra gəlib səni götürəcəyəm”. Həmçinin sağollaşma prosesini çox uzatmamaq vacibdir. Valideyn nə qədər narahat və tərəddüdlü görünərsə, uşaq da bir o qədər narahat ola bilər. Uşaq valideynin davranışından məktəbin təhlükəsiz və etibarlı bir mühit olub-olmadığı barədə siqnal alır”.

Z.Əyyubova vurğulayıb ki, hər uşağın adaptasiya sürəti müxtəlifdir:

“Ən əsası isə hər uşağın adaptasiya sürətinin fərqli olduğunu qəbul etməkdir. Kiminsə məktəbə uyğunlaşması bir neçə gün, kiminsə isə bir neçə həftə çəkə bilər. Uşağı digər uşaqlarla müqayisə etmək əvəzinə ona zaman, anlayış və emosional dəstək vermək lazımdır. Məktəbin ilk günü tökülən göz yaşları bəzən valideyn üçün böyük problem kimi görünür. Halbuki çox vaxt bu, sadəcə uşağın həyatındakı yeni mərhələyə keçid reaksiyasıdır. Əsas məsələ uşağın ağlamamasını təmin etmək deyil, onun yaşadığı emosiyanı təhlükəsiz şəkildə keçirməsinə kömək etməkdir”.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 Sentyabr 2026 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri