Icma.az
close
up
RU
Bilik Günü Neftçalada yeni məktəbin açılışı oldu Fotolar

Bilik Günü Neftçalada yeni məktəbin açılışı oldu Fotolar

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Sentyabrın 15-də Neftçalanın ümumtəhsil məktəblərində Bilik Günü münasibətilə tədbirlər təşkil olunub və şəhid Elton Həbibov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin yeni tədris binasının açılış mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Mirhəsən Seyidov tədbir iştirakçılarını 15 Sentyabr – Bilik Günü və yeni məktəb binasının açılışı münasibətilə səmimi qəlbdən təbrik edib. RİH başçısı qeyd edib ki, ölkəmizdə məktəb infrastrukturlarının yenilənməsi Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun təhsilə göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsidir.

Rayon rəhbəri Elton Həbibov adına 4 nömrəli məktəbin bu il də ali məktəblərə qəbul göstəricilərinə görə Neftçala üzrə ən yüksək nəticə göstərdiyini məmnunluqla vurğulayaraq bildirib ki, müasir fənn kabinetləri və laboratoriyalarla təmin olunmuş bu yeni bina şagirdlərimizin elmin dərinliklərinə yiyələnməsinə, Vətənə və dövlətə layiq övladlar kimi yetişməsinə böyük stimul verəcək.

Qeyd olunub ki, Yeni tədris ilində bu məktəb binasının istifadəyə verilməsi “Şəhərsalma və memarlıq ili”nə ən dəyərli və əməli töhfələrdən biridir. Müasir memarlıq layihələri əsasında inşa edilən bu təhsil ocağı öz funksionallığı və estetik görünüşü baxımından şəhərimizin simasına da xüsusi rəng qatır.

Bu cür layihələr dövlətin həm təhsilə, həm də şəhərlərimizin müasir standartlara uyğun şəkildə yenidən qurulmasına verdiyi yüksək önəmin bariz nümunəsidir. Mirhəsən Seyidov çıxışının sonunda yeni tədris ocağının rayon ictimaiyyətinə xeyirli olmasını arzulayaraq müəllim və şagird kollektivinə yeni dərs ilində böyük uğurlar diləyib.

Daha sonra Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev çıxış edərək ölkə rəhbərliyi tərəfindən təhsilə göstərilən dövlət qayğısından, regionda təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən bəhs edib. O, yeni məktəb binasının müasir tədris imkanları ilə təmin olunduğunu vurğulayıb, müəllim və şagird kollektivini Bilik Günü və açılış münasibətilə təbrik edərək onlara yeni tədris ilində uğurlar arzulayıb.

Həmçinin, o qeyd edib ki, Elm və Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrində 2026-2027-ci tədris ilinin təşkili barədə müvafiq əmrinə əsasən yeni tədris ilinin ilk dərsi ölkə üzrə bütün II–XI siniflərdə “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunacaq.

Elton Həbibov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Şəfəq Balaşova çıxış edərək yaradılan müasir təhsil mühitinə görə minnətdarlığını bildirib və məktəb kollektivinin bu etimadı yüksək nailiyyətlərlə doğruldacağını vurğulayıb. Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filarə İsmayılova isə şəhid ailələrinə göstərilən diqqət və ehtirama görə təşəkkürünü ifadə edib, yeni tədris binasının istifadəyə verilməsi münasibətilə müəllim və şagirdlərə öz xeyir-duasını verərək uğurlar arzulayıb.Rəsmi hissədən sonra şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib. İlk zəngin çalınması ilə şagirdlər yeni sinif otaqlarına daxil olublar.

Tədbirin yekununda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev və qonaqlar yeni məktəb binasında yaradılan müasir tədris şəraiti, fənn kabinetləri və laboratoriyalarla yaxından tanış olublar və “Şəhərsalma və memarlıq ili” çərçivəsində məktəbin ərazisində təşkil olunan ağacəkmə aksiyasında iştirak ediblər.

Qeyd edək ki, yeni istifadəyə verilən məktəbdə 68 müəllimin çalışması, 751 şagirdin təhsil alması, həmçinin 44 uşağın məktəbəhazırlıq qrupuna və 12 uşağın icma əsaslı qrupa cəlb olunması nəzərdə tutulub. Müasir təlim şəraiti ilə təmin olunan təhsil müəssisəsində fizika, kimya, biologiya, texnologiya və digər fənn kabinetləri, idman zalı, hərbi otaq və açıq idman meydançası ilə yanaşı, 432 yerlik böyük akt zalı da şagirdlərin ixtiyarına verilib. Bundan başqa məktəbdə yaradılan 4 rəqəmsal bacarıqlar otağı ümumilikdə 535 şagirdi əhatə edəcək.

Sonda müəllimlər və valideynlər təhsilə göstərilən dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.





Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 Sentyabr 2026 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see375

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see363

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see303

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see285

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see257

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see257

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see245

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see243

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see233

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see225

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see219

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see218

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see205

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see196

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see180

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see179

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see172

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see166

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri