Icma.az
close
up
RU
Neftçalada Qadınlar günü qeyd olunub, iftar süfrəsi açılıb FOTOLAR

Neftçalada Qadınlar günü qeyd olunub, iftar süfrəsi açılıb FOTOLAR

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

8 Mart Beynəlxalq Qadınar Günü və Mübarək Ramazan ayı ilə əlaqədar olaraq Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xanımlar üçün iftar süfrəsi təşkil olunub. İftar süfrəsində Qurani Kərimdən surələr oxunub, Ramazan ayının fəzilətlərindən, bu ayın insanlar arasında mənəvi saflıq, paklıq ayı olmasından danışılıb və Ramazan duası oxunub.

"Unikal" xəbər verir ki, tədbirdə Neftçala RİH-nin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatları Tənzilə Rüstəmxanlı və Günay Ağamalı, Qafqaz Müsəlmanları İdarəsinin Neftçala rayonu üzrə qazisi Hacı Hüsnü Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbənin müdiri Sənan Xəlilov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının rəhbərləri, din xadimləri, şəhid ailələri, rayonun ictimai siyasi, sosial mədəni həyatında aktik iştirak edən xanımlar iştirak edib.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək, Azərbaycan qadınının ictimai-siyasi həyatda rolu, aktivliyi mövzusu daim aktual olub və bu gün də aktuallığını saxlamaqdadır. Azərbaycanın ictimai-fikir tarixinə nəzər salsaq aydın şəkildə görəririk ki, Azərbaycan qadını bütün dövrlərdə ləyaqətini uca tutaraq öz mübarizliyi ilə tanınıb, cəmiyyətimizdə uğurlu təmsil olunmaqla yanaşı, Vətənin müdafiəsində fədakarlıq nümayiş etdirərək döyüş meydanlarında da şücaət göstərib. 

RİH-n başçısı bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli inkişaf strategiyasının əsas tərkib hissələrindən biri elə qadınların ictimai-siyasi həyata çıxışını asanlaşdırmaq, onların dövlət idarəçilik sistemində irəli çəkilməsi məsələləri daim diqqətdə saxlanılması olub. Regionun güclü dövlətinə çevrilən ölkəmizdə bu gün gender siyasətinin reallaşdırılması məsələlərində yeniliklərə imza atılır. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Ulu Öndərin laiqli davamçısı Prezident cənab İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi əsas prioritet istiqamətlərdəndir. Azərbaycanda qadın hərəkatından və ümumilikdə qadınların cəmiyyətdəki fəallığından danışarkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti göz önündədir. Məhz Mehriban xanım Əliyevanın şəxsində Azərbaycan qadınının nə dərəcədə böyük qüvvə olduğunu, hansı uğurlu nəticələrə imza atmasının şahidi oluruq. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində parlaq təcəssümünü tapıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Tənzilə Rüstəmxanlı, Günay Ağamalı, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova, qabaqcıl təhsil işçisi Ruhəngiz Nəcəfova 8 mart Beynəlxalq Qadınlar Günü və Ramazan ayı münasibətilə bütün xanımları təbrik ediblər, Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan qadınına həmişə yüksək qiymət verdiyini, hazırda bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, onların fədakar əməyinin yüksək qiymətləndirildiyini, müxtəlif sahələrdə çalışan qadınlara fəxri adların, fərdi təqaüdlərin verildiyini, orden və medallarla təltif olunduğunu diqqətə çatdırılıb.

Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbir Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayon üzrə nümayəndəliyi tərəfindən hazırlanan musiqili- bədii proqramla davam etdirilib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://unikal.az
archiveBu xəbər 08 Mart 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see398

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see371

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see351

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see333

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see293

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see286

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see281

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see274

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see252

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see247

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see241

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see240

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see235

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see232

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see224

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see216

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see203

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see196

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri