Bilirəm, kiməsə qan uddurursan... Günün şeiri
Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün Xalq şairi Söhrab Tahirin anım günüdür.
Kulis.az "Günün şeiri" layihəsində "Nə yaxşı sən varsan" şeirini təqdim edir.
Arzu küçəsində, istək bağında,
Sevgi nəğməsindən bir ev hörmüşəm.
Dönük ayrılığın, xoşbəxt çağımda,
Mərmər sarayını burda görmüşəm.
Heç kəs qınamasın bu sevgimizi,
Böhtanlar salmasın bu eşqi dilə.
Tale birləşdirə biləsydi bizi,
Sən elə olmazdın, mən isə belə.
Qorxmadan yanımca addımla, yeri,
De görüm, ilk eşqin itib hayanda?
Qismət də hökmünü əksinə verir,
İnsan qismətini yaşamayanda.
Gəl deyək, hər sözün deyək, düzünü,
Bilirəm, kiməsə qan uddurursan.
Nə yaxşı, unudub sən də özünü,
Mənə təkliyimi unutdurursan.
Bu mövzuda digər xəbərlər:Qaranlığın itib tükəndiyini görə bilirəm... Günün mahnısı
15 Yanvar 2026 12:31
Yaşamaq necə qorxuludur... Günün şeiri
16 Noyabr 2024 12:44
Elgün üçün susma! Günün şeiri
26 May 2025 11:48
Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ
05 İyun 2025 10:48
Səndən yaman küsmüşəm Günün şeiri
05 Dekabr 2024 13:50
Baxış sayı:138
Bu xəbər 04 May 2026 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















