Bilirsiniz, bizsiz kim sağ qalmazdı? Tramp
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp İsrailin ABŞ-nin dəstəyi olmadan mövcudluğunu davam etdirə bilməyəcəyini bildirib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ lideri Vaşinqtondan Miçiqan ştatına səfəri zamanı təyyarədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
"Bilirsiniz, bizsiz kim sağ qalmazdı? İsrail", – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti qeyd edib ki, bu fikri əsasən İran ətrafındakı vəziyyət kontekstində səsləndirir. Onun sözlərinə görə, əgər ABŞ administrasiyası İranın nüvə proqramına qarşı sərt addımlar atmasaydı, İsrail ciddi təhlükə ilə üz-üzə qalardı.
Tramp bildirib ki, İranın nüvə silahı əldə etməsinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən İranın nüvə obyektlərinə endirilən zərbələr İsrailin təhlükəsizliyinin təmin olunmasına xidmət edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 28 İyul 2026 00:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















