Icma.az
close
up
RU
Elə bilirsiniz asan olub?..

Elə bilirsiniz asan olub?..

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünən tarixi günlərdən biri idi. Elə bilirsiniz asan olub? Yenə də bir daha nəyi, nə zaman və nə formada etməyin tarixi və həlledici məqam olduğunu anlamaq üçün yaxşı tarixi dərs idi. 

Bu razılaşmanı bu formada Ağ evdə keçən il, hakimiyyətlərinin sonunda Bayden administrasiyası etmək üçün çox çalışdı. Bu krediti “Sleepy Joya” vermədik, dirəndik, problemlərlə üzləşdik, real təhdidlərlə və təzyiqlərlə üzləşdik, amma vermədik, çox ürəyimizi bulandırdılar, çox əsəblərimizlə oynadılar.

Minsk Qrupunun hər üç üzvü istisnasız olaraq həmişə ermənimərkəzli yanaşdılar məsələyə. Ona görə də bu qələbə təkcə Ermənistan üzərində qələbə deyil. Bu ilk növbədə Azərbaycan xarici siyasətinin və diplomatiyasının qələbəsidi, bu qələbə daha böyük və həlledicidi. Xalqımız həmişə qəhrəman, fədakar və torpağı şərəfi üçün canından keçməyə hazır övladlar yetişdirib, amma həmişə belə xarici siyasət yeridə bilməyib.

Elə gələk Tramp administrasiyasına və komandasına. Birdən elə bilərik ölkə başçımız ABŞ-də seçkidən əvvəl və sonra xoş sözlər dedi, Trampın xoşuna gəldi, vəssalam?! 

ABŞ-də siyasi spektri şərti və kobud olaraq iki yerə bölmək olar: liberallar və mühafizəkarlar. 

Ermənilər ABŞ-də Bayden administrasiyası və liberal/demokratlarla onların liberal damarları, sinirlərini istismar edib insan hüquqları, demokratiya, genosid (historically opressed people) narrativlərlə işləyirdilər. Respublikaçı/mühafizəkarlarla xristian təəssübkeşliyi sinirlərini istismar edirdilər. Hər iki spektirdə güclüdülər.

Elə Trampın komandasını və ya bu gün onun respublikaçıların müxtəlif qruplarını özündə birləşdirən “koalisiyasını” götürək. Bu təkcə Dövlət katibi M. Rubio deyil. Açın baxın, dövlət katibi olmamışdan əvvəl Rubionun Qarabağ və ermənilər mövzusunda Konqresdə və senatda uzun illər ərzində etdiyi çıxışlara, necə alovlu, necə canfəşanlıqla çıxışlar, Azərbaycana qarşı sanksiyalara çağırışlar, təşəbbüslər...

Bu hələ hamısı deyil...

2024-cü il ABŞ prezident seçkiləri kampaniyası zamanı bir hind əsilli namizəd vardı - Vivek Ramaswamy. Adamın bütün kampaniyası sanki “Sarsaxın” və ordakı xristianların xilasına həsr olunmuşdu. Bu o deməkdi ki, bu mövzu xristian fundamentalistlər üçün necə həssas mövzuya çevrilib və bütün siyasətçilər bununla hesabalaşmağa artıq məcburdur. Ümumilikdə ölkə miqyasında pis nəticə də göstərmədi, namizədliyini Trampın xeyrinə geri götürdü, bu o deməkdi ki, gələcəkdə Trampın siyasətində müəyyən söz sahibi olmaq haqqına sahib oldu. 

Başqa bir namizəd Robert F. Kennedy eyni ilə bizə qarşı nə çıxışlar etdi, indi Tramp komandasında bir nazir postu aldı. Tramp komandasında maya qədər milli təhlükəsizlik məsələləri üzrə müşavir Mike Waltz konkret türk düşməni idi. Başqa bu cür adamlar, qruplar, bürokratlar da var, çoxdur. ABŞ-də əsas erməni lobbi təşkilatı ANCA neçə vaxtdır konkret özünü cırır, dağıdır, bu razılaşmanın baş tutmaması üçün nə mümkündüsə, nə edə bilərdilərsə etdilər. Fəaliyyətlərini daha da aqressiv davam edəcəklər.

Bax beləcə Azərbaycan xarici siyasəti bütün bu maneələrə qalib gəldi. Rusların 2022-ci ildə “sülh müqaviləsini imzalayaq, amma status məsələsini gələcəyə saxlayaq” arzu və təkliflərini gözlərində qoyduq, sözlərini özlərinə yedirtdik. Fransızların hoqqalarını da pisliklərini də özlərinə .... 

2020-ci il xalqımızın şanlı qələbəsini bizə heç kim yedirtmək istəmirdi, heç kim qəbul etmək istəmirdi, çiy bir sənəd, gələcəyə irin və saatlı bomba sənədi imzalatdırmaq istəyirdilər. Bu gün olaraq biz Qarabağla bağlı onların bu planlarını təkcə gözlərində qoymadıq. Biz təkcə  Qarabağı beynəlxalq hüququn və siyasətin müzakirə predmeti olmaqdan çıxarmadıq. Biz həm də Zəngəzur yolunu beynəlxalq hüququn və siyasətin müzakirə predmetinə çevirdik, topu qarşı tərəfin sahəsinə keçirdik... 

Hamımızı təbrik edirəm, ən azı ona görə ki, hər şey tam başqa cür və çox pis də ola bilərdi. Çünki, çox pis olması üçün obyektiv səbəblər daha çox idi..

Faiq Çıraqov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Avqust 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see942

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see400

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see351

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see339

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see316

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see309

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see271

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see269

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see250

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see206

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see184

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri