Icma.az
close
up
RU
Bill Qeyts Tramp və Maskı tənqid etdi

Bill Qeyts Tramp və Maskı tənqid etdi

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

"Microsoft" şirkətinin qurucusu Bill Qeyts ABŞ prezidenti Donald Tramp və "Tesla" şirkətinin rəhbəri İlon Maska qarşı sərt ifadələr işlədərək, ABŞ-ın inkişaf yardımlarındakı nəhəng ixtisarlarının dünya üzrə uşaq ölümlərində ciddi artıma səbəb olacağını deyib.

Turkustan.az xəbər verir ki, dünyanın ən tanınmış xeyriyyəçilərindən biri olan Qeyts verdiyi müsahibədə Tramp və Maskı sərt şəkildə tənqid edib. Onun sözlərinə görə, ABŞ-ın xarici yardım büdcəsindəki böyük kəsintilər uşaq ölümlərinin sayının azalmaq əvəzinə artmasına yol aça bilər.

"Uşaq ölümləri ilə bağlı rəqəmlərin önümüzdəki illərdə beş milyondan dörd milyona enəcəyi gözlənilirdi. Əgər ciddi bir geri addım atılmasa, bu rəqəm beş milyondan altı milyona yüksələcək. Bu, olduqca narahatedicidir", deyə milyarder bildirib.

Qeyts ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) büdcəsindəki azalmaları "şokedici" adlandırıb. O, əvvəlcə yalnız 20 faizlik bir azalma gözlədiyini, lakin reallıqda bu kəsintinin 80 faizə qədər çıxdığını bildirib: "Bu qədər böyük bir azalma gözləmirdim. Düşünürəm ki, heç kim gözləmirdi".

Qeyts bu kəsintilərin arxasında Tramp administrasiyasının və federal xərclərə qarşı sərt mövqe sərgiləyən İlon Maskın dayandığını bildirib.

Xatırladaq ki, 2023-cü ilin sonunda Qeyts və Tramp üç saatlıq bir axşam yeməyində görüşmüşdülər və Qeyts Trampın bəzi məsələlərə göstərdiyi marağı müsbət dəyərləndirmişdi. Lakin bir neçə ay sonra həm Tramp, həm də hökumət səmərəliliyi üzrə cavabdeh elan olunan Mask federal xərclərə qarşı aqressiv siyasət tətbiq etməyə başlayıblar. "The New York Times" bu yanaşmanın Qeyts Fondunu ciddi şəkildə sarsıtdığını yazıb.

Mask haqqında danışan Qeyts onun davranışını belə şərh edib: "Bir həftəsonu əyləncəyə getmədiyi üçün büdcəni odun doğrayıcısına atdı".

Müsahibədə milyarderlərin iştirak etdiyi "Giving Pledge" təşəbbüsünə toxunulub. Qeyts bu təşəbbüs çərçivəsində vəsaitin ölüm zamanı və ya sonra deyil, hələ sağkən bağışlanmasının daha məntiqli olduğunu bildirib: Ola bilər ki, bir gün əla bir xeyriyyəçi olsun. Amma bu gün dünyanın ən zəngin adamı, dünyanın ən yoxsul uşaqlarının ölümündə pay sahibidir". /Qaynarinfo/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 May 2025 00:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see266

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see253

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see250

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see249

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see248

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see247

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see246

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see245

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see224

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see224

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see223

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see221

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see218

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see218

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see212

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see206

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see205

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see200

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see198

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri