Billi Coel nadir xəstəlikdən əziyyət çəkir
Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Amerikalı məşhur müğənni Billi Coel səhhəti ilə bağlı açıqlama verib.
Axşam.az xəbər verir ki, 77 yaşlı sənətçi beynindən əməliyyat olunduğunu bildirib. Bu barədə o, “The Independent”ə danışıb.
Müğənni beynində yığılan artıq mayenin xaric edilməsi üçün kəlləsinə şunt yerləşdirildiyini deyib. Əməliyyatdan sonra onun yaddaşı və tarazlığı yaxşılaşıb.
Billi Coelə nadir xəstəlik olan normal təzyiqli hidrosefaliya diaqnozu qoyulub. Xəstəlik zamanı kəllədaxili təzyiq artmadan beynin mədəcikləri tədricən genişlənir.
Sənətçi xəstəliyinə görə konsertlərdən də uzaqlaşdığını açıqlayıb. O bildirib ki, səhnədə çıxış edərkən özünü sanki beyin silkələnməsi keçirirmiş kimi hiss edib.
Billi Coelin son konserti 22 fevral 2025-ci ildə Konnektikutda baş tutub. İfaçı həmin çıxış zamanı səhnədə yıxılıb. Bundan sonra ona sözügedən xəstəlik diaqnozu qoyulub və konsert fəaliyyətini dayandırmaq qərarına gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 11 Sentyabr 2026 21:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















