Icma.az
close
up
RU
“Bilmirəm necə reaksiya verim…” KONKRET

“Bilmirəm necə reaksiya verim…” KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bilmirəm necə reaksiya verim. Təsadüfən öyrəndim ki, bir TV kanalda mənim çıxışlarıma qadağa qoyulub”.

KONKRET.az xəbər verir ki, bu sözləri Azərbaycanın Milli Kulinariya Mərkəzinin (AMKM) keçmiş baş direktoru, “Kulina” jurnalının baş redaktoru Tahir Əmiraslanov sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib. O, konkret televiziya kanalının adını çəkmədiyini, həmin kanalda çalışan jurnalistlərə isə hörmətlə yanaşdığını xüsusi vurğulayıb.

Tahir Əmiraslanovun sözlərinə görə, o, fəaliyyət göstərdiyi bütün dövrlərdə televiziya kanallarına və ya jurnalistlərə heç vaxt “gəlin məndən müsahibə alın” deməyib. Onun bildirdiyinə görə, istər ölkə daxilində, istərsə də xaricdə mətbuat və televiziya nümayəndələri milli mətbəx, mədəniyyət və maarifləndirmə mövzularında danışmaq üçün hər zaman özləri təşəbbüs göstəriblər və o da imkan daxilində bu dəvətləri qəbul etməyə çalışıb.

Əmiraslanov qeyd edib ki, bəzən müsahibələr bir neçə günə, bəzən isə aylar, hətta bir il sonra baş tutub. Bununla belə, həmin çıxışların Azərbaycanın milli mətbəxinin tanıdılması və cəmiyyətin maariflənməsi baxımından mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, demək olar ki, hər müsahibədən sonra jurnalistlər yayımlanan materialların böyük rezonans doğurduğunu bildirərək yeni müsahibələr üçün müraciət ediblər.

Tahir Əmiraslanov açıqlamasında onu efirdən uzaqlaşdıran məmurlara da sərt şəkildə müraciət edib. O bildirib ki, bu qərarla əslində onun özü deyil, tamaşaçı və oxucu cəzalandırılıb: “Tamaşaçı da bunu cavabsız qoymayacaq və pultu başqa kanala çevirəcək”.

Əmiraslanov bundan sonra vaxtını televiziya çəkilişlərinə sərf etməyəcəyini, öz fikirlərini sosial şəbəkələr və digər televiziya kanalları vasitəsilə də çatdırmaq imkanına malik olduğunu bildirib. Əmiraslanov eyni zamanda vaxtilə işdən çıxarılmasının səbəblərini hələ də anlamadığını, onun yerinə son üç ildə dörd direktorun təyin edildiyini və bunun real nəticə vermədiyini də xatırladıb.

“Mən yoxsa xalqımız, dövlətimiz itirdi? Kim qazandı? Yalnız qonşular”, – deyə o vurğulayıb.

Sonda Tahir Əmiraslanov qərar verən məmurları düşünməyə çağıraraq, dövlətin, xalqın və Prezidentin maraqlarını güdməyən şəxslərin səhv yolda olduqlarını qeyd edib. O, həmçinin onu “düşmən” kimi görmələrinin səbəbinin heç olmasa açıqlanmasını xahiş edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Yanvar 2026 23:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri