Bilyard üzrə Naxçıvan birinciliyinin qalibi məlum olub
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Naxçıvan, 2 mart, AZƏRTAC
Fevralın 28-dən martın 1-dək Naxçıvan şəhərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş bilyardın qarışıq piramida növü üzrə muxtar respublika birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yarışda 17 iştirakçı mükafatlar uğrunda mübarizə aparıb.
Final görüşündə rəqibini ümumi hesabda 5:2 hesabı ilə məğlub edən Ramazan Əliyev birinciliyin qalibi olub. Allahverdi Mustafazadə ikinci, Loğman Babayev və Sərxan Vəlizadə isə üçüncü yerləri tutublar.
İlk üç yerin sahiblərinə diplom, medal və pul mükafatı təqdim olunub.
Bu mövzuda digər xəbərlər:Bilyard üzrə Sumqayıt şəhər birinciliyinin qalibləri müəyyənləşib
17 Fevral 2025 10:42
Bilyard üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşdi
24 Fevral 2025 20:46
Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub
17 Oktyabr 2026 20:07
Bilyard üzrə Bakı çempionatı keçiriləcək
24 İyun 2025 09:18
Naxçıvanda bilyard üzrə açıq birincilik keçirilib
28 Mart 2025 18:38
Baxış sayı:130
Bu xəbər 02 Mart 2026 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















