Icma.az
close
up
RU
Binalarda lift niyə tez tez sıradan çıxır?

Binalarda lift niyə tez tez sıradan çıxır?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda çoxmənzilli binalarda liftlərin tez-tez sıradan çıxması son illərdə sakinlərin ən çox narazılıq bildirdiyi məişət problemlərindən birinə çevrilib. 

Xüsusilə yeni tikililərdə belə halların müşahidə olunması suallar doğurur: 

problem texniki keyfiyyətsizlikdənmi qaynaqlanır, yoxsa düzgün istismar və nəzarətin olmaması əsas səbəbdir? 

Liftlərin təhlükəsiz və fasiləsiz işləməsi həm tikinti standartları, həm də müntəzəm texniki baxışın səviyyəsi ilə birbaşa bağlıdır. Bu mövzu ətrafında yaranan narahatlıqlar isə həm sakinlərin gündəlik həyatına təsir edir, həm də məsul qurumların fəaliyyətinə diqqəti artırır. 

Maraqlıdır ki, binalarda liftlərin tez-tez sıradan çıxmasının əsas səbəbləri nədir? 

“Cebheinfo.az”-ın sorğusuna cavab olaraq FHN-in Mətbuat xidmətindən bildirildi ki, istismarda olan liftlərin sıradan çıxmasınının səbəbi sahibi və ya istismar edən şəxs tərəfindən texniki nəzarətin düzgün təşkil edilməməsi, o cümlədən xidmət və təmir işlərinin vaxtında və düzgün aparılmamasıdır. 

“Sıradan çıxmış ehtiyat hissələrinin keyfiyyətli deyil, keyfiyyətsiz ehtiyat hissələri ilə dəyişdirilməsi, liftlərin texniki xidməti və təmir işlərinin ixtisaslaşmış müəssisələr tərəfindən həyata keçirilməməsi, quraşdırmanın və təmir işlərinin düzgün aparılmaması, texniki xidmətin gecikdirilməsi və ya ümumiyyətlə göstərilməməsi texniki nasazlıq yaradan amilərdəndir. Həmçinin bəzi hallarda liftdən düzgün istifadə edilməməsi də onların sıradan çıxmasına gətirib çıxarır. 

Belə ki, liftin normadan artıq yüklənməsi, sakinlərin düzgün istifadə etməməsi (məsələn, qapını zorla açmaq) və digər amillər nasazlığın yarnmasına səbəb olur. Eyni zamanda, respublika üzrə, xüsusilə də Bakı şəhərindəki doqquzmərtəbəli yaşayış binalarının çoxunda liftlərin köhnə olması da onlarda cari təmir işlərinin effektinin az müddətli olmasına səbəb olur və tez-tez nasazlıqlar yaranır. 

İstismara verilməmişdən əvvəl yeni quraşıdırılmış liftlərin sahibləri onların təhlükəsiz vəziyyətdə olmasını, norma və qaydaların, standartların tələblərinə uyğunluğunu müəyyən etmək məqsədilə tam texniki müayinədən keçirilməsini təmin etməldirilər. 

Müayinə zamanı lift lisenziyası olan ixtisaslaşmış müəssisə tərəfindən baxışdan keçirilir, yoxlanılır, liftin statik və dinamik sınaqları aparılır. Müyainələri keçirən müəssisə onun nəticələri barədə liftin pasportunda müvafiq qeydlər edir. 

“Texniki təhlükəsizlik haqqında” Qanuna və “Liftlərin quruluşu və təhlükəsiz istismar Qaydaları”na əsasən liftləri istismar edən hüquqi və fiziki şəxslər texniki təhlükəsizliyin təmin olunması və onların istismara yararlı vəziyyətdə saxlanılması üçün zəruri olan bütün tədbirlərin görülməsini təmin etməli, o cümlədən diaqnostikasını, sınağını və ümumi yoxlanmasını keçirməlidirlər. 

Sözügedən Qaydalara uyğun olaraq, liftlər istismara verildikdən sonra 12 ayda bir dəfədən az olmayaraq dövri texniki müayinəyə cəlb olunmalıdır. Sözügedən müayinənin məqsədi liftin təhlükəsiz istismarını təmin edən vəziyyətdə olmasını və Qaydaların tələblərinə uyğunluğunu müəyyən etməkdir. 

Müayinə zamanı lift baxışdan keçirilir, yoxlanılır, liftin statik və dinamik sınaqları aparılır. Sözügedən işlər yalnız lisenziyası olan müəssiələr tərəfindən aparılmalıdır”. 

Bildirilir ki, sakinlər lift problemi ilə bağlı ilk növbədə binanın idarəçiliyini həyata keçirən şəxslərə şikayət etməlidirlər. Liftə xidmət göstərən, lisensiyası olan müəssisə barədə məlumatları olduğu təqdirdə məsələnin daha operativ həll olunması üçün həmin müəssisələrə də müraciət edə bilərlər. 

Liftlərdə olan texniki nasazlıqlar barədə sakinlərin şikayətinə operativ reaksiya verilmədikdə və ya müraciətə gec baxıldıqda, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya birbaşa FHN-in Sənayedə İşlərin Təhlükəsiz görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinə müraciət oluna bilər. 

Aişə Abdulova 
“Cebheinfo.az”

Açar sözlər: lift mənzil

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Aprel 2026 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see263

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see175

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see173

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see169

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see167

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see166

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see165

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see165

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see164

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see163

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see163

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see163

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see163

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see161

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see161

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see160

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see158

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see157

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see156

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri