Icma.az
close
up
RU
Binalarda xidmət haqqı problemi: öz evində kirayə yaşamaq? KÜNCDƏN BAXIŞ

Binalarda xidmət haqqı problemi: öz evində kirayə yaşamaq? KÜNCDƏN BAXIŞ

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Elçin Bayramlı

Şəhərlərdə çoxmənzilli binaların idarə edilməsi problemi həll edilmədi, əksinə, bu sahədə vəziyyət daha da gərginləşib. Bu sahədə 2 fərqli vəziyyət var. Köhnə binalar və yeni binalar. Uzun müddətdir ki, Sovet dövründə inşa edilmiş çoxmənzilli binalara icra hakimiyyətlərinin nəzdindəki mənzil-kommunal təsərrüfatı birlikləri xidmət göstərirdi. Onların göstərdikləri xidmətlər üzrə ödəniş məbləğləri Nazirlər Kabinetinin müvafiq qərarı ilə hesablanırdı. Son vaxtlar belə binaların çoxunda sakinlər Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini (MMMC) yaradıb və özləri pul yığıb problemləri həll edirlər.

Lakin sonradan tikilmiş yeni binalarda vəziyyət fərqlidir. Onların bir qisminə binanı tikən və idarəsini qanunsuz olaraq hələ də əlində saxlayan MTK-lar, bir qisminə bu sahədə ixtisaslaşmış şirkətlər (MMC), bir qisminə isə sakinlərin özlərinin yaratdığı və özlərinin idarə etdikləri MMMC baxır.

MMMC-lərin idarə etdikləri binalarda problem yoxdur. Sakinlər xərcləri özləri hesablayır, yığır və işləri görür və ya gordürürlər. Burada elə bir narazılıq yaranmır.

MTK-lar və MMC-lərin idarə etdiyi binalarda isə müxtəlif problemlər var. Şirkətlər sakinlərin bəzilərinin pul ödəmədiyini qeyd edir və həmin sakinlərə bəzi problemlər yaradırlar. Sakinlər isə şirkətlərin yüksək qiymət təyin etdiyini və bunu ödəməyin çətin olduğunu deyirlər.

Belə binalarda xidmət haqqı 50 qəpikdən 2 manatadək dəyişir. Bu tariflərin nəyin əsasında müəyyən edildiyi məlum deyil. Ona görə də qanunvericilikdə bu məsələyə aydınlıq gətirilməlidir. Bundan başqa, bir çox şirkətlər sakinlərə yığımlar və xərclər haqda dəqiq məlumat vermirlər. Tariflərin müəyyən edilməsinin normaları təyin edilməli və xidmətin keyfiyyəti yoxlanılmalıdır.

Qanuna görə, dövlət binanı istismara qəbul edildikdən sonra artıq oranı MTK idarə edə bilməz. Bu binalarda mənzil sahibləri özləri MMMC yaradıb işləri özləri görməli, ya da bu sahədə ixtisaslaşmış bir MMC-lə müqavilə bağlayıb işləri ona həvalə etməlidirlər.

Əgər çoxmənzilli binaların sakinləri yaratdıqları MMMC-nin və ya binaya xidmət göstərən MMC-nin xidmətlərindən narazıdırlarsa, yığıncaq keçirərək həmin müəssisədən imtina edə bilərlər və xidmətləri “JEK”lər (MİS) göstərə bilər. Mövcud qanunvericilik buna icazə verir.

Əsas narazılıq binalara xidmət göstərən MTK və MMC-lərin qoyduğu tariflə bağlıdır. Bakı üzrə orta tariflər hər kvadrata görə 50 qəpik - 1 manatdır. Şərti olaraq, 3 otaqlı- 100 kvadrat metrlik bir mənzili götürdükdə, bu 50-100 manat civarında vəsait edir ki, bu da əhalinin əksər hissəsi üçün yüksək məbləğdir.

Çox sayda işsiz, pensiyaçı, azmaaşlı sakinlər var ki, özlərinin xüsusi əmlakı olan şəxsi evində yaşamaq üçün niyə kiməsə pul ödəməliyəm deyə sual edir. Haqlı sualdır. Hər kəsin öz şəxsi əmlakında pul ödəmədən yaşamaq hüququ vardır. O yalnız, zəruri kommunal xidmətlərə- su, elektrik, qaz kimi təminatlar üçün məcburi vəsait ödəməlidir. Digər xidmətlər üçün belə bir məcburiyyəti yoxdur. Məsələn, aşağı mərtəbədə yaşayan sakin deyə bilər ki, mən liftdən istifadə etmirəm, mənzilimin qarşısını da özüm təmizləyəcəm, həyətdə əkdiyiniz ağacların və sair işlərin mənə dəxli yoxdur, mən niyə sizə pul ödəməliyəm? Öz evimdə kirayə yaşamalıyam?

Məntiqlə də, qanunla da sakin haqlıdır. Bu ödəmə yalnız könüllü razılıq əsasında ola bilər. Amma MTK və MMC-lər özbaşına olaraq xidmət haqqı ödəməyənlərin suyunu, elektrikini kəsir - halbuki bu, qanunla qadağandır. İş o yerə gəlib çatıb ki, illərlə mənzilində yaşamayan şəxsdən də xidmət haqqı tələb edirlər. Bu hansı məntiqə, hansı qanuna əsaslanır? Vətəndaşa göstərmədiyin xidmətin haqqını ondan necə tələb edə bilərsən?

Ona görə də, xidmət haqqı elə qoyulmalıdır ki, hamı ödəyə bilsin və narazılıq yaranmasın. Lakin yenə də bu haqqı ödəyə bilməyən sakinlər olacaq. Çünki işsizlərin də öz şəxsi mənzilində yaşamaq hüququ var və bu, məhdudlaşdırıla bilməz.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:252
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Oktyabr 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see394

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see351

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see316

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see310

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see286

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see265

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see255

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see231

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see224

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see203

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see202

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see201

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see186

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see186

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see181

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see164

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see158

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri