Icma.az
close
up
RU
Binaları söküləcək vətəndaşların nəzərinə AÇIQLAMA

Binaları söküləcək vətəndaşların nəzərinə AÇIQLAMA

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Bakıda bəzi binalar təmir olunacaq, bəziləri isə söküləcək. Belə ki, paytaxtda dövlət mənzil fonduna aid binaların əsaslı təmirinə başlanılır. Bu məqsədlə iki böyük tender elan edilib. Təmirin birinci mərhələsində Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ və Pirallahı rayonlarında yerləşən yaşayış binaları təmir olunacaq. İkinci tender isə Nəsimi, Yasamal, Xətai, Suraxanı və Sabunçu rayonlarını əhatə edir.

Bəs söküləcək və ya təmir olunacaq həmin binaların sakinlərinin aqibəti necə olacaq?

Əmlak eksperti Ramil Qasımzadə Metbuat.az-a açıqlamasında bildirib ki, əgər bina sökülürsə və yerində yeni bina inşa olunmursa, vətəndaşlara kompensasiya veriləcək:

“Kompensasiya məbləği müvafiq ərazi üzrə müstəqil qiymətləndiricinin rəyinə əsaslanacaq. Qiymətləndirici isə həmin ərazinin real bazar dəyərinə uyğun həmin məbləği müəyyən edəcək. Əgər həmin ərazidə sökülən binanın yerində yeni bina inşa olunursa, vətəndaşlar sahədən 20 faiz artıq olmaqla yeni yaşayış sahəsi ilə təmin olunacaqlar. Binaların sökülməsi zamanı vətəndaşlara verilən kompensasiyalar bazar dəyəri ilə uyğun şəkildə müəyyən edilir və bu kompensasiya ödənildikdən sonra sakinlərin köçürülməsi təmin edilir”.

R.Qasımzadə onu da deyib ki, vətəndaşlar müvəqqəti olaraq köçürülən zaman kirayə haqları ilə təmin olunacaqlar:

“Bu zaman müstəqil qiymətləndirici tərəfindən bazar dəyəri əsasında kirayə məbləği müəyyən edilir. Dövlət müvəqqəti köçürülən vətəndaşların kirayə haqqını qarşılayacaqsa, bu məbləğ müəyyən bir limitə uyğun olmalıdır. Bu, qiymətləndiricinin rəyinə əsaslanaraq, həmin ərazinin bazar dəyərinə uyğun olaraq müəyyən edilir. Vətəndaşların yaşadıqları mənzilin otaq sayına görə, məsələn, bir otaqlı, iki otaqlı və ya üç otaqlı mənzillərin kirayə dəyəri hesablanır, aylıq kirayə haqqı müəyyən edilir və vətəndaşlara ödənilir. Vətəndaşların yaşadıqları binalar təmir edildikdən sonra isə onlar geri qaytarılacaq”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 03 Mart 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see226

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see225

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see225

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see225

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see219

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see213

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see207

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see190

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see187

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see186

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see183

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see176

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see174

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see174

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see174

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see173

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see171

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see169

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see167

Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

27 Sentyabr 2026 00:35see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri