Binanın həyətində parklanma haqqını kim müəyyən etməlidir?
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Çoxmənzilli binaların həyətində avtomobil saxlamaq məsələsi sakinlər arasında tez-tez mübahisələrə səbəb olur. Bəs binanın həyətində parklanma üçün ödəniş tələb edilməsi qanunidirmi və bu məbləği kim müəyyənləşdirməlidir? Sakinlər avtomobillərini öz yaşadıqları binanın həyətində pulsuz saxlaya bilməzlərmi?
Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Modern.az-a açıqlama verib:
“İlk növbədə, həmin torpaq sahəsinin kimin mülkiyyətində və ya istifadəsində olduğu müəyyənləşdirilməlidir. Əgər dövlətə və ya bələdiyyəyə məxsusdursa, parklanma üçün ödəniş də onlara edilməlidir. Amma əksər hallarda həmin ərazi binanın istifadəsində olur. Belə olduqda, binanın ümumi yığıncağının qərarı ilə sahə avtomobil dayanacağı kimi istifadə edilir".
Binanın sakinləri və mülkiyyətçiləri toplaşaraq bir avtomobildən nə qədər ödəniş alınacağını müəyyən edirlər. Toplanan pul binanın saxlanılması üçün ümumi fonda yönəldilir. Mən həmin binada yaşayıram deyə avtomobilimi pulsuz saxlaya bilərəm deyə bir qayda yoxdur.
"Sadəcə, binanın ümumi yığıncağı ödənişin məbləğini müəyyən etməlidir. Avtomobilini həmin ərazidə saxlamaq istəyən şəxs ödənişi binanın ümumi fonduna etməlidir. Bu vəsait binanı idarə edən quruma - mülkiyyətçilərin müştərək cəmiyyətinə və ya binanı idarə edən digər şirkətə ödənilə bilər”, - deyə hüquqşünas bildirib.
Nicat Rüstəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 31 Oktyabr 2026 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















