Hospital binanın həyətində olan parklanma yerlərini zəbt edib? VİDEO
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Binanın həyətində avtomobil saxlamaq üçün nəzərdə tutulmuş yerlərin hospital tərəfindən zəbt olunduğu iddia edilir.
Avtosfer.az xəbər verir ki, paytaxtın Yasamal rayonu Xıdır Mustafayev küçəsində yerləşən binanın sakinləri deyirlər ki, məhəllə faktiki olaraq "şəxsi parkinq"ə çevrilib.
Vətəndaşlar deyirlər ki, dəfələrlə müvafiq dövlət qurumlarına müraciət olunub, ancaq problem həll olunmayıb.
Ərazinin mühafizəçisi kameramızı görən kimi uzaqlaşdı. "Etalon" Hospitaldan isə sorğumuza cavab verilmədi.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, qayda pozan şəxslər barəsində inzibati məsuliyyət tədbirləri görüləcək.
O da qeyd olunub ki, əraziyə aidiyyəti qurumların əməkdaşları ilə birgə baxış keçiriləcək və müvafiq addımlar atılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 31 Avqust 2026 22:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















