Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Binəli Yıldırım: “Kipr Türk xalqına göstərilən dəstək tarixi bir addımdır”

Binəli Yıldırım: “Kipr Türk xalqına göstərilən dəstək tarixi bir addımdır”

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Azərbaycanın paytaxtı Bakıda keçirilən sammitdə Kipr Türk xalqına verilən dəstəyin tarixi bir addım olduğunu vurğulayıb.

Yıldırım, toplantı və yekun bəyanatla bağlı fikirlərini bildirərək dedi: “Kipr Türk xalqı artıq yarım əsrdən çoxdur ki, haqsız təcridlərə məruz qalır. Bu vəziyyət artıq davam etdirilə bilməz.”

O, Türk Dövlətləri Təşkilatının möhkəm mövqeyi sayəsində Kipr Türkünün haqlı mübarizəsinin beynəlxalq aləmdə daha çox diqqətə çatdırıldığını da qeyd etdi. Yıldırım: “Kipr Türkü artıq Türk dünyasının ayrılmaz bir parçasıdır. Bundan geri dönüş yoxdur”, - deyə əlavə edib.

Yıldırım, həmçinin Kipr Türk xalqının qarşılaşdığı haqsızlıq, təcrid və embarqoların davam etməsinin mümkünsüz olduğunu vurğulayıb və Türk dünyasının Kipr Türkünün haqlı davasını dəstəklədiyini bildirib.

1974-cü il Barış Hərəkatından bəri Kipr Türk xalqının embarqo və təcridlərlə yaşadığını qeyd edən Yıldırım, bu vəziyyətin heç cür haqq edilmədiyini bildirib. O, 2022-ci ildə Səmərqənddə, Türkiyənin təklifi ilə Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olaraq qəbul edilməsinin “önəmli və tarixi bir addım” olduğunu söyləyib.

Sekiz ölkədən ibarət təşkilatda üç müşahidəçi üzvün olduğunu xatırladan Yıldırım: “Bu səkkiz ölkə 175 milyonluq əhaliyə, 2 trilyon dollarlıq milli gəlirə, 1 trilyon 100 milyardlıq ticarət həcminə və 4 milyon kvadratkilometrdən çox ərazə malikdir. Artıq Şimali Kipr belə güclü bir birliyin üzvüdür”, - deyib.

Binali Yıldırım, Bakıda keçirilən sammitdə Şimali Kipr Türkü Cümhuriyyəti (ŞKTC) Prezidentinə müstəqil bir dövlət rəhbəri kimi tam protokol tətbiq edildiyini vurğulayaraq: “Bu, Kipr Türk Dövlətinin Türk dünyasında layiq olduğu yeri aldığını göstərir. Bundan geri dönüş yoxdur”, - deyib.

Yıldırım, bu inkişafın Kipr Türk xalqının qarşılaşdığı haqsızlıq və təcridlərin artıq davam etdirilə bilməyəcəyinin dünya tərəfindən qəbul edilməyə başlandığının bir işarəsi olduğunu qeyd edib.

Sammitdə yayımlanan bəyanatda yer alan “mövcud reallıqlara əsaslanaraq qarşılıqlı qəbul edilə bilən həll” ifadəsini də qiymətləndirən Yıldırım, bu ifadənin faktiki olaraq iki dövlətli həllin diplomatik dildə ifadəsi olduğunu bildirdi. O, çox tərəfli sənədlərin diplomatik ənənələrə uyğun olaraq ortaq bir dildə yazıldığını, bu səbəbdən də yalnız Türkiyə və ŞKTC-nin deyil, altı fərqli ölkənin də iştirak etdiyi bu görüşdə mətnlərin birbaşa zorla qəbul etdirilməsi və ya tək tərəfli bir yanaşma olmamasının diplomatik baxımdan mümkün olmadığını ifadə edib.

Yıldırım, bəyanatın Kipr Türk xalqı üçün böyük əhəmiyyət daşıdığını vurğulayaraq, bunun Türk dünyası tərəfindən Kipr Türk xalqının qarşılaşdığı haqsızlıqların artıq qəbul edilməz olduğunu açıq şəkildə bəyan etmək demək olduğunu bildirib.

Kipr davasının sammitdə ən açıq şəkildə müdafiə edildiyini qeyd edən Yıldırım, görüşdə Prezident Ersin Tatarın Kipr Türk xalqının yaşadığı haqsızlıqları və haqlı tələblərini bütün liderlərin qarşısında güclü şəkildə ifadə etdiyini vurğuladı: “Bunu yüksək qiymətləndirirəm”, - deyib.

Yıldırım, yarım əsrdən artıq davam edən təcrid və embarqoların həm insani, həm də hüquqi baxımdan davam etdirilməsinin mümkünsüz olduğunu bildirib və bunun Kipr Türk xalqının haqlı mübarizəsinin beynəlxalq aləmdə daha çox görünməsini təmin etdiyini qeyd edib.

O, enerji və diqqətin gündəlik müzakirələrə sərf edilməməsi lazım olduğunu, əsas olanın isə Kipr Türk xalqının Türkiyə ilə birgə haqlı mübarizəsini qətiyyətlə davam etdirməsi olduğunu vurğulayıb.

Gələcəkdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin ŞKTC-ni ziyarət edə biləcəyini bildirən Yıldırım, belə əlaqələrin zamanla addım-addım həyata keçiriləcəyini qeyd etdi.

Yıldırım, BMT Baş Assambleyasında baş verən yeniliklərə də diqqət çəkib və 24 sentyabr tarixində keçirilən iclasda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünya ölkələrinə əhəmiyyətli bir mesaj verdiyini bildirdi.

Ərdoğanın çıxışında, 190-dan çox ölkənin dövlət və hökumət başçılarının qarşısında, ŞKTC-nin qarşılaşdığı haqsızlıqları açıq şəkildə ifadə etdiyini qeyd edən Yıldırım, bu çıxışın iki dövlətli həll vizyonunun beynəlxalq platformada yenidən təsdiqlənməsi baxımından böyük əhəmiyyət daşıdığını ifadə edib.

Yıldırım, ŞKTC-də keçirilən Ağsaqqallar toplantısına Azərbaycanın, Qazaxıstanın, Özbəkistanın və Qırğızıstanın nümayəndələrinin qatıldığını xatırladaraq, burada edilən ortaq bəyanatla bəzi dairələrin təxribatçı cəhdlərinin boşa çıxdığını bildirdi. “Biz Ağsaqqallar olaraq burada toplandıq, bu mövzuları müzakirə etdik və çox gözəl bir bəyanat qəbul etdik. Rum tərəfi və Yunanıstan, Avropa İttifaqını təhrik edərək bu prosesi əngəlləməyə çalışdı, amma biz o oyunu pozduq”, - deyib.

Yıldırım, Türk Dövlətləri Təşkilatının birliyi sayəsində ŞKTC-nin Türk dünyası ilə əlaqələrinin gücləndiyini və bu yaxınlaşmanın bölgədə qalıcı əməkdaşlıq baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Cənubi Kıbrıs Rum İdarəsinin artan silahlanmasını narahatlıq doğurduğunu da qeyd edən Yıldırım: “Rum tərəfi niyə raketə ehtiyac duyur?”, - deyə sual etdi. O, “Bu silahlanmanın məqsədi birbaşa Kipr Türk xalqı deyil, Şərqi Aralıq dənizindəki imperialist qüvvələr və onların kuklası olan dövlətlər ilə Türkiyə və ŞKTC-yə qarşı bir dizayn cəhdi olduğunu” bildirib.

Yıldırım, Prezident Ersin Tatarın Türkiyə ilə uyğun şəkildə irəlilədilən iki dövlətli həll yolunu qətiyyətlə müdafiə etdiyini bildirərək, bu gedişin Kipr Türk xalqının suverenlik və bərabərlik əsasına dayanan gələcəyini formalaşdıran ən real yol olduğunu qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 14 Oktyabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri