Binəqədidə illərdir təmir olunmayan yol sakinləri bezdirib FOTO VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
"Son aylarda güclü leysan yağışları səbəbindən asfalt örtüyünün bir hissəsi yararsız vəziyyətə düşmüşdü".
Avtosfer.az xəbər verir ki, bu məlumat Oxu.Az-a Binəqədi Rayon İcra Hakimiyyətindən verilib.
"Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) çağrı mərkəzinə vətəndaşlar tərəfindən məlumat ötürülüb. Asfalt örtükləri ilə bağlı məsələlər aidiyyəti üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin səlahiyyətindədir və məsələnin həlli qurum tərəfindən mərhələli qaydada həyata keçirilir", - deyə məlumatda bildirilir.
***
Bakının Binəqədi rayonunda uzun illərdir təmir olunmayan yol sakinlərin narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə şikayət daxil olub.
Bildirilib ki, söhbət Mirzə Məmmədxan küçəsi, 84 ünvanındakı ərazidən gedir.
"Küçənin bir hissəsi uzun illərdir təmirsiz vəziyyətdədir. Küçənin villalar olan istiqamətində yol təmir edilsə də, heç bir villanın qapısına düşməyən hissəsi baxımsız vəziyyətdə qalıb. Həmin ərazidən avtomobillə keçmək çətinlik yaradır. Üstəlik, orta məktəbin yanı olduğu üçün uşaqların yağışlı havalarda o yolu keçməsi mümkünsüz olur. Çünki ərazidə toplanan su həftələrlə çəkilmir. Ümumilikdə küçənin digər bir neçə hissəsində də belə təhlükəli çökəkliklər var. Bu vəziyyət, xüsusilə günün qaranlıq saatlarında hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır", - deyə şikayətdə bildirilib.
bax.tvhttps://player.bax.tv/embed/227703.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

Problemlə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 09 Oktyabr 2026 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















