Icma.az
close
up
RU
“Bioloji sürü” ssenarisi Uşaqlar ideyasız cəmiyyətin qurbanına çevrilir

“Bioloji sürü” ssenarisi Uşaqlar ideyasız cəmiyyətin qurbanına çevrilir

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Psixoloq: Son dövrlər uşaqlara qarşı seksual zorakılıq hallarının artması ciddi narahatlıq doğurur


Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda azyaşlı oğlanlara təcavüz etməkdə təqsirləndirilən Xanlar Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə X.Ağayev 19 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, 1969-cu il təvəllüdlü Xanlar Ağayev yaşadığı Hövsan qəsəbəsində 10 və 11 yaşlı qonşularını aldadaraq onlara təcavüz edib, mütəmadi olaraq həmin uşaqlara qarşı seksual hərəkətlər edib. Xanlar təcavüzdən sonra həmin uşaqları bu barədə heç kimə məlumat verməməklə hədələyib, məlumat yayılacağı təqdirdə onları biabır edəcəyini deyib.

2024-cü ildə Xanların cinsi təcavüzə məruz qoyduğu uşaqlardan biri intihar edib. Faktla bağlı cinayət işi başlanıb və məlum olub ki, azyaşlı təcavüzə məruz qaldığı üçün özünü öldürüb. Keçirilən əməliyyat tədbirləri nəticəsində X.Ağayev saxlanılıb.


Psixoloq Sevinc Baxışova “Sherg.az”a bildirib ki, son dövrlər uşaqlara qarşı seksual zorakılıq hallarının artması ciddi narahatlıq doğurur:


“Uşaqların cinsi istismarı (pedofiliya) dünyada insan haqlarının çox ağır pozuntularından biridir. Dünyanın hər yerində uşaqlar ən ağır cinayətlərdən biri hesab olunan pedofiliyanın qurbanlarına çevriliblər. Cəmiyyəti  zombiləşdirməyə, yəni onu milli ideya və milli ideallardan məhrum olmuş bioloji sürüyə çevirmək ssenarilərini bəzi əxlaqsızlar işə salıblar.  Bunun qarşısını almaq üçün əhalinin, xüsusilə valideynlərin məlumatlı olması vacibdir. Təəssüf ki, valideynlər bəzən uşaqlara bununla bağlı məlumatlar vermirlər. Düşünürlər ki, erkən seksual münasibətlərlə bağlı məlumat uşaqlara zərərli ola bilər. Buna görə də valideynlər informasiyanı məhdudlaşdırır. Həmçinin uşaqlara öztoxunulmazlıq barədə  də məluamat verilmir. Yaxşı olar ki, valideyinlər bu cür informasiyaları uşaqları ilə həmişə müzakirə etsinlər. Burada ziddiyyətli məqam odur ki,  pedofiliyanı uşaqlarına başa sala bilmirlər. Valideynlər özü bunu başa sala  bilmirsə, uşağı mütəxəssisin yanına aparmalıdır. Uşaqlar, psixoloji dəstək almasalar, yetkinlik yaşına çatanda onlarda ciddi problemlər üzə çıxa bilər.Psixoloq olaraq valideynlərə səslənirəm ki, uşaqlarınızı qoruyun və zorakılığın ən adi versiyasında belə lazımi dövlət orqanlarına müraciət edin”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 İyun 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri