Icma.az
close
up
RU
Bioloji yaşınızı müəyyənləşdirin 5 TEST

Bioloji yaşınızı müəyyənləşdirin 5 TEST

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İnsanın faktiki yaşı ilə bioloji yaşı arasında kifayət qədər fərq ola bilər.

Əgər bir insanın illərə görə faktiki yaşı 40-dırsa, onun bioloji yaşının 60 olması da mümkündür. Yaxud əksinə, şəxsiyyət vəsiqəsində yaşı 50 olan birinin bioloji yaşı 30-dan da aşağı ola bilər.

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir.

Bioloji yaş insanın orqanizminin bioloji baxımdan fəaliyyətinin səviyyəsini müəyyənləşdirən yaşdır. Siz də öz bioloji yaşınızı müəyyənləşdirmək istəyirsinizsə, aşağıda təqdim olunan çox sadə bir üsuldan istifadə edə bilərsiniz.

1. Sakit vəziyyətdə 1 dəqiqədə nəbzinizin neçə dəfə vurduğunu ölçün. Sonra 30 dəfə oturub durun. Əgər sakit vəziyyətlə müqayisədə nəbz döyüntülərinin sayında fərq 10 olarsa, bioloji yaşınız 20,

- 10-20 arası olarsa 30,

- 20-30 olarsa 40,

- 30-40 arasında yüksələrsə 50,

- Fərq 40-dan artıq olarsa bioloji yaşınız 60 yaşa uyğundur.

2. Sonra bədəninizin hərəkətliliyini yoxlayın. Bunun üçün ayaqlarınızı aralamadan düz vəziyyətdə dayanın. Dizlərinizi qatlamadan əlinizin içini yerə vurmağa çalışın. Əgər;

- Ovcunuzu yerə vura bilirsinizsə bioloji yaşınız 20-30 arasındadır

- Əl barmaqlarınızın ucu yerə toxunursa 40,

- Əliniz dizdən aşağıya çatırsa 50,

- Əlləriniz dizdən aşağı düşmürsə bioloji yaşınız 60-a bərabərdir.

3. Daha sonra dərinizin yaşını müəyyənləşdirin. Baş və şəhadət barmağınızla digər əlinizin iç hissəsini 5 saniyə möhkəm sıxın. Sıxdığınız nahiyə ağaracaq və formasını dəyişəcək. Əgər həmin yer əvvəlki vəziyyətinə

- 5 sanyədən sonra qayıdacaqsa bioloji yaş 30,

- Bu müddət 8 saniyə olacaqsa 40,

- 10 saniyə davam edəcəksə 50,

- Dərinizin əvvəlki vəziyyətə qayıtması 15 saniyədən artıq çəkəcəksə demək bioloji yaşınız 60-a bərabərdir.

4. Tənəffüs sisteminin bioloji yaşını müəyyən etmək üçün şamdan istifadə etməlisiniz. Şamı yandırın və onu birnəfəsə söndürün. Əgər şamı

- 1 metr məsafədən söndürə bilsəniz bioloji yaş 20,

- 80-90 sm-dən 30,

- 70-80 sm-dən 40,

- 60-70 sm-dən 50,

- 50-60 sm məsafədən söndürsəniz bioloji yaşınız 60-dır.

5. Bioloji yaşınızı müəyyənləşdirmək üçün bədəninizin ümumi balansının qiymətləndirilməsi də vacibdir. Bunun üçün gözlərinizi yumub bir ayağı üstə dayanmalısınız. Digər ayağınızı isə dizdən qatlayın. Əllərinizlə belə duruşu tənzimləyə bilərsiniz. Ancaq bir şərtlə ki, heç bir yerdən tutmayasınız. Əgər bir ayağı üstündə

- 30 saniyə dayana bilsəniz bioloji yaşınız 20-30,

- 20 saniyə dayansanız 40,

- 15 saniyə 50,

- 10 saniyədən az dayansanız bioloji yaşınız 60-dır.

Sonda ayrı-ayrılıqda əldə etdiyiniz 5 bioloji yaşı toplayıb 5-ə bölün. Alınan rəqəm sizin bioloji yaşınızdır. Əgər bioloji yaşınız faktiki yaşınızdan çoxdursa, mütləq həyat tərzinizi dəyişin. Əgər azdırsa, demək, həyat tərzinizi düzgün qurmusunuz və sağlamlığınızın qayğısına qalmağı bacarırsınız.

İlham Cəmiloğlu

ş

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri