Icma.az
close
up
RU
BİR ADDIMDA SƏNƏT, BİR ADDIMDA AİLƏ MİRASI

BİR ADDIMDA SƏNƏT, BİR ADDIMDA AİLƏ MİRASI

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Bugünkü müsahibimiz beynəlxalq müsabiqələrin laureatı, xoreoqraf, “Gülüstan” rəqs ansamblının bədii rəhbəri Lenay Seidəli-zadə ilə həm yaradıcılıq barədə, həm də ailəsinin sənət irsi, pərdəarxası xatirələri və səhnə duyğuları barədə söhbət edəcəyik.

- Lenay xanım, Azərbaycan rəqs sənətini necə təbliğ edirsiniz. Çətinliklər olurmu?

- Azərbaycan rəqs sənətinin inkişafı mənim üçün sadəcə bir peşə deyil, həm də bir həyat missiyasıdır. Fəaliyyətimdə məqsədim bu zəngin mədəni irsi qoruyub saxlamaq, onu yeni nəsillərə ötürmək və eyni zamanda müasir tamaşaçılara daha yaxın etməkdir. Gənclərlə fəal şəkildə işləyirəm, onları ənənəvi rəqslərə öyrədirəm, eyni zamanda böyüklər üçün də ustad dərsləri təşkil edirəm və folklor ilə müasiri birləşdirən layihələr yaradıram.  Mənim üçün hər bir hərəkət, hər bir obraz xalqımızın ruhunu, tarixini və mədəniyyətini əks etdirməlidir.

Bu sənətdə  əsas çətinlik odur ki, cəmiyyətimizdə əksəriyyət insanlarda Azərbaycan milli rəqsinin və musiqisinin anlayışı itir, tarixi bilmək və öyrənmək tələbatı o qədər də çox deyil. Amma bu düzələn işdir, bu sahədə peşəkar çalışanlarda istək və məqsəd varsa..

- Digər ölkələrdə necə, Azərbaycan milli rəqslərinə diqqət varmı?

- Əlbəttə, hətta böyük bir maraq var. Azərbaycan xalq rəqslərinin digər ölkələrdə təbliği çox uğurla həyata keçirilir. Bir neçə ildir ki, müəllifi olduğum  “Rəqs Emalatxanası” adlı layihə çərçivəsində dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizlə fəal şəkildə işləyirəm.  Məqsəd   uzaqda  yaşayan həmvətənlərimizə  mədəniyyətimizi, tariximizi və folklorumuzu tanıtmaqdır. Əməkdaşlıq etdiyimiz mərkəzlər arasında Praqadakı Azərbaycan Mədəniyyət Evi, Misirdəki Azərbaycan Mədəniyyət Evi, ABŞ, Avstraliya, Yaponiya, Rusiya və digər şəhərlərdə yaşayan diasporlar var.

Bundan başqa, mənim çoxlu sayda xarici tələbələrim var ki, onlar Azərbaycan xalq rəqsinə vurğunluqla yanaşır və onu düzgün öyrənmək istəyirlər. Bu, mənim üçün böyük qürur və sevinc mənbəyidir.

- Həm də hüquqşünassınız, incəsənət və hüquq bir-birinə yad mövzulardır. Çətin gəlmir sizə?

- Əgər bu iki sənətdən hansısa biri olmasaydı, həyatım bu qədər maraqlı və tam olmazdı. Artıq ortaq bir nöqtəni tapmışam. Bəzən insanlar mənə bir sənəti seçməli olacağımı deyirlər. Lakin mənim üçün hər iki sənətdə eyni anda olmaq daha çox hüzurvericidir. Hüquq sahəsi üzrə tez-tez dünyanın fərqli ölkələrində təlimlərdə və konfranslarda iştirak edirəm. 2022-ci ildə Vyanada İlk Nüvə Hüququ üzrə Beynəlxalq konfransda iştirak üçün yeganə azərbaycanlı olaraq qrant qazandım.

- Bu il “Nəsimi festivalın”ın iştirakçısısınız...

- Nəsimi festivalı Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir və bu il üzv olduğum Səbinə Şixlinskaya mentorluğu ilə “Atəş Hub”ın təqdimatında festival çərçivəsində “Eşq-i Nur” sərqisinin açılışı baş tutdu. İncəsənətin müxtəlif istiqamətləri üzrə iyirmi rəssam əsərlərini bu sərgidə təqdim ediblər.

Mənim üçün böyük şərəfdir ki, dahi Nəsiminin yaradıcılıq və həyat yoluna həsr olunan “Sözün soyundurulması” adlı canlı performansım sərginin açılışında nümayiş olundu və böyük maraqla qarşınlandı. Sərginin bağlanış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak etmişdilər, onlar hər bir əsərlə yaxından tanış oldular. Öz əsərimin konsepsiyasını onlarla bölüşüb, müzakirə etmək mənim üçün böyük şərəf oldu.

- Siz məşhur xoreoqraf və rəqqasə, respublikanın Xalq artisti Roza Cəlilovanın nəvəsisiniz. Bunu eşidəndə insanlar necə reaksiya verirlər?

- İlk növbədə məsuliyyətlidir. Reaksiyalar da fərqli olur, bəziləri deyir, çox xoşbəxt insansan ki, belə bir sənətkarın nəvəsisən. Bəziləri təəccüblənir ki, mən bunu heç yerdə vurğulamıram, dərhal bildirmirəm. Roza xanımın ilk müəllimim olması ilə bağlı suallar verənlər də olur. Deyərdim ki, nənəm həm mənə, həm də bacım Aslana Əliyevaya qarşı tələbkar bir müəllim olub.  Ümumiyyətlə, reaksiyalar müxtəlif olur. Səmimi desəm, Roza xanımın nəvəsi olduğunu çox yerdə açıqlamıram.

- Səbəb nədir?

- Mən fəxr edirəm ki, belə bir sənətkarın nəvəsiyəm, lakin yüksək pillələrə qalxmaq üçün heç vaxt onun adından istifadə etmək istəməmişəm. İnsan əgər özündə bir istedad hiss edirsə, bunu kiminsə köməyi ilə yox, öz zəhməti ilə üzə çıxartmalıdır.

- Roza xanımın hansı xüsusiyyətlərini özünüzdə görürsünüz?

- Tələbkarlıq, tələbələrə qarşı sərtlik. Mən onun məşqlərində böyümüşəm. Məşqlərə gecikəndə, hazırlıqsız gələndə saçları səliqəsiz yığanda tələbələri dərsə qoymurdu. İstər-istəməz hazırda mən də öz dərslərimdə bütün bu detallara fikir verirəm. Həyata sevgi, sənətə bağlılıq, estetik zövq, həyat barədə müzakirələrə həvəsi də nənə ilə orta nöqtəmiz olub...

- Tanqo sənətinə marağınız necə başladı? Bu seçim təsadüfi oldumu?

- Hər bir insanın hansısa musiqiyə marağı daha çox olur. Uşaqlıqdan tanqo musiqisinə sevgim olub. Onu da anlayırdım ki, bu, yetkin yaş üçün uyğun rəqsdir. 20 yaşımda artıq həyatımı bu rəqsə bağladım. O vaxtlar cəmiyyətimizdə bu rəqs o qədər də tanınımırdı. Amma indi tanqo cəmiyyətimiz böyüyür. 2019-cu ildə öz “Baku Tango Therapy” adlı tanqo məktəbimi açdım. Əsas məqsəd tanqonu bir rəqs kimi deyil, terapiya növü kimi də tanıtmaqdır.

- Azərbaycanda rəqs sənətinə yanaşma sizi qane edirmi, yoxsa daha çox dəstək və diqqətə ehtiyac var?

- Rəqs sənətinə diqqət daha çox olsa, gözəl olar. İncəsənətin bütün sahələri gözəldir, lakin rəqs mənim üçün əvəzolunmazdır. İstənilən bir ölkəyə gedəndə ilk növbədə teatra, milli musiqiyə, milli rəqsə maraq göstərirlər. Ölkəmizdə də bu yöndə ciddi planlar qurulsa, yaxşı olar. Əfsuslar olsun ki, Azərbaycan milli rəqslərin incəliklərini, detallarını düzgün formada cəmiyyətə çatdıran müəllimlərin sayı çox azdır. Bizim kifayət qədər zəngin rəqslərimiz var. Lakin müəllimlər daha çox bayağı rəqsləri öyrədirlər, bu da onların qeyri-peşəkar olduqlarından irəli gəlir.

- Sosial şəbəkələrin təsiri varmı rəqsin bu formada təbliğinə?

- Təbii ki var. Sosial şəbəkələrdə azyaşlı qızlar oğlan hərəkətləri ilə mənşəyi bilinməyən musiqilərlə rəqs edir. Uşağın zövqü kiçik yaşlardan korlanır və təsir altına düşür. Burada valideynin də, cəmiyyətin də rolu çox önəmlidir. Düşünürəm ki, bu məsələ kökündən həll olunmalıdır. 

- Səhnədə rəqsləri ifa edərkən yaşadığınız hissləri sözlə necə ifadə edərdiniz?

- Səhnəyə çıxanda tamam başqa insan oluram. Səhnənin özünəməxsus enerjisi var, hansı ki səni daxilən daha da gücləndirir, qanadlandırır, ilhamlandırır və özünü xoşbəxt hiss edirsən. Və hər zaman çalışmışam ki, bu hissləri tamaşaçıya hiss etdirim.

- Maraqlıdır, Roza xanımın sizə verdiyi ən yaddaqalan nəsihət nə olub?

- Uşaqlıqdan nənəmin məşqlərində böyümüşəm. Həmişə diqqətlə baxırdım, necə izah edir, rəqsləri necə qurur, tələbələri ilə nə cür təmas yaradır. Bir müddətdən sonra məni də öz kollektivinə daxil elədi. O məni heç bir tələbəsindən ayırmırdı, bütün tələbələrinə eyni yanaşırdı.

2022-ci ildə diplom işimə hazırlaşarkən 42 nəfərdən ibarət truppa ilə Astor Piazzollanın eyni adlı əsərinə “Mələyin ölümü” tanqo tamaşasını qurdum. Tamaşanın premyerası. Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində baş tutmuş və ölkədə azərbaycanlı xoreoqraf tərəfindən qurulan ilk tanqo tamaşası olmuşdur. İstəyirdim ki, bu tamaşa sıfırdan axıra kimi mən gördüyüm, hiss etdiyim və düşündüyüm kimi olsun.  Roza xanım yalnız tamaşanın premyera günündə hər şeyi gördü və çox bəyəndi. Bir sözlə, onun dəstəyini, böyüklüyünü hər zaman hiss eləmişəm.

- Həyatda məqsədiniz və ən böyük arzunuz nədir?

- Həyatda məqsədim həm bir sənətkar, həm də bir insan kimi iz qoymaqdır. Peşəkar sahədə arzum Azərbaycan mədəniyyətini, xüsusilə xalq rəqslərimizi dünyada daha geniş tanıtmaq, bu sahədə yeni nəsil ifaçılar və sevərlər yetişdirməkdir.  Mənim üçün uğur - təkcə nailiyyətlər yox, həm də sevimli, dogma, məni anlayan insanların yanımda sağlam olması və bir yerdə xoşbəxtlik və mənalı həyat yaşamağım deməkdir.

Söhbətləşdi: Havar Şəfiyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Noyabr 2025 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see275

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see273

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see267

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see263

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see246

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see238

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see215

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see209

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see206

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see206

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see203

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see201

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see199

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see198

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see183

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see180

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see176

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see176

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see169

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri