Icma.az
close
up
RU
Menu

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

Vladimir Putin İlham Əliyevi təbrik etdi

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

Kitab bayramı bitməsin: Bakı Ekspo Mərkəzində gördüyümüz mənzərə bizə nə deyir?

Kitab bayramı bitməsin: Bakı Ekspo Mərkəzində gördüyümüz mənzərə bizə nə deyir?

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Kitab sərgisinin son günləridir. Həftəsonu Bakı Ekspo Mərkəzində yaşanan izdiham isə bir daha göstərdi ki, kitaba maraq hələ də var. Əsas məsələ bu marağı ildə bir neçə gün davam edən bayramdan gündəlik həyatın ayrılmaz hissəsinə çevirməkdir.

Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisi başa çatmaq üzrədir. Oktyabrın 21-də qapılarını ziyarətçilərin üzünə açan sərgi sabah, oktyabrın 27-də başa çatacaq. Bu günlər ərzində kitablar, müəlliflər, nəşriyyatlar və oxucular eyni məkanda görüşdülər. Xüsusilə həftəsonu sərgidə müşahidə olunan izdiham, yaranan canlanma bu tədbirin sadəcə kitab satışı üçün təşkil olunmuş bir məkan olmadığını göstərdi. Bu, həm də kitabın ətrafında birləşmək, ədəbiyyat haqqında danışmaq, yeni müəlliflər kəşf etmək və oxumaq həvəsini bölüşmək imkanı idi.

Sərginin ən gözəl tərəfi, bəlkə də, orada müxtəlif yaşlardan insanların eyni məqsədlə bir araya gəlməsi idi. Kitab rəfləri arasında seçim edən uşaqlar, sevdikləri yazıçı ilə görüşmək istəyən gənclər, illərdir oxuduqları müəlliflərin yeni əsərlərini axtaranlar…

Hər kəsin öz axtarışı, öz marağı vardı. Kimsə çoxdan oxumaq istədiyi kitabı tapmağa çalışırdı, kimsə ilk dəfə bir müəllifin dünyasına daxil olurdu. Bir başqası isə sadəcə kitabların arasında gəzməyin, vərəqlərin qoxusunu duymağın, yeni nəşrlərlə tanış olmağın zövqünü yaşayırdı.
Belə mənzərələr insana ümid verir. Çünki cəmiyyətin kitabla münasibəti yalnız satılan kitabların sayı ilə ölçülmür. Kitabın ətrafında yaranan söhbətlər, insanların bir-birinə əsər tövsiyə etməsi, müəlliflərə ünvanlanan suallar, uşaqların kitab seçərkən göstərdiyi maraq da ən azı bunun qədər əhəmiyyətlidir. Kitab sərgisi məhz bu ünsiyyətə şərait yaradır: oxucunu müəlliflə, oxumaq istəyən insanı yeni əsərlə, nəşriyyatı isə öz auditoriyası ilə qarşılaşdırır.

Budəfəki sərginin “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi də təsadüfi seçilməyib. Rəqəmsal dünyanın insan həyatını sürətlə əhatə etdiyi, diqqətin saniyələr içində bir görüntüdən digərinə keçdiyi zamanda kitabın əhəmiyyəti azalmır, əksinə, başqa bir məna qazanır. Kitab insana dayanmağı, düşünməyi, bir fikrin arxasınca getməyi, hadisələrə başqa insanların gözü ilə baxmağı öyrədir.

Ekranda qarşımıza saysız-hesabsız məlumat çıxa bilər. Amma məlumat bolluğu heç də həmişə düşüncə dərinliyi yaratmır. Kitab isə oxucudan vaxt, diqqət və iştirak tələb edir. Onunla münasibətimiz təkcə oxuduğumuz sətirlərdən ibarət deyil; bəzən bir cümlə, bir obraz, bir fikir uzun müddət düşüncəmizdə yaşayır, dünyaya baxışımızı dəyişir. Ona görə də uşaqları kitabla tanış etmək, onlara oxumağı sevdirmək sadəcə təhsil məsələsi deyil, gələcəyin düşünən, sorğulayan və müstəqil qərar verə bilən insanlarını yetişdirmək məsələsidir. Sərginin uşaqlara və mütaliə mədəniyyətinə xüsusi diqqət ayırması da bu baxımdan əhəmiyyətlidir.

Amma burada bir məqamı da unutmayaq ki, uşağa kitabı sevdirmək üçün ona sadəcə kitab almaq kifayət etmir. Uşaq evdə böyüklərin kitab oxuduğunu görməli, məktəbdə oxuduğu əsər haqqında sərbəst danışa bilməli, kitabı məcburi tapşırıqdan daha artıq bir şey kimi tanımalıdır. Kitab oxumaq cəza, qiymət və ya hesabat vasitəsi deyil, zövq və kəşf imkanı olmalıdır. Sərgilər bu münasibətin formalaşmasına təkan verə bilər, amma onun davamını ailədə, məktəbdə və bütövlükdə cəmiyyətdə axtarmaq lazımdır.

Kitab sərgilərinin əhəmiyyətindən danışarkən bir həqiqəti də nəzərə almalıyıq: belə tədbirlərin uğuru yalnız bir neçə gün ərzində toplaşan ziyarətçilərlə ölçülməməlidir. Həftəsonu yaranan izdiham sevindiricidir. Lakin daha vacib sual budur: sərgidən çıxan insanlar sonrakı həftə də kitab oxuyacaqlarmı? Bu gün aldıqları kitabları bitirdikdən sonra yenilərini axtaracaqlarmı? Uşaqların sərgidə yaranan həvəsi gündəlik vərdişə çevriləcəkmi?
Əgər kitab sərgisinin yaratdığı maraq tədbir başa çatan kimi sönürsə, deməli, görüləsi işlər hələ çoxdur. Əgər bu maraq yeni oxucuların yaranmasına, kitab mağazalarına və kitabxanalara müraciətlərin artmasına, müəlliflərlə görüşlərin davam etməsinə, məktəblərdə mütaliə mühitinin güclənməsinə səbəb olursa, onda sərginin təsiri öz zaman çərçivəsini aşır.

Buna görə də kitab sərgiləri təkcə illik tədbir kimi deyil, daha geniş mədəni siyasətin bir hissəsi kimi düşünülməlidir. İl ərzində kitab təqdimatları, mütaliə klubları, müəlliflərlə açıq söhbətlər, məktəblərdə müzakirələr, regionlarda kitab günləri təşkil edilməlidir. Kitabxanalar yalnız kitab saxlanılan yerlər deyil, insanların mütaliə ətrafında bir araya gəldiyi canlı mədəniyyət məkanlarına çevrilməlidir. Nəşriyyatlarla oxucular arasındakı əlaqə də sərginin yeddi günü ilə məhdudlaşmamalıdır.

Bakı Beynəlxalq Kitab Sərgisinin artıq on ikinci dəfə keçirilməsi özü də mühüm məqamdır. Bu, müəyyən bir ənənənin formalaşdığını göstərir. Builki sərgidə 32 ölkənin, 148 yerli və 59 xarici iştirakçının təmsil olunması, proqramda təqdimatlardan imza günlərinə, müzakirələrdən müxtəlif mədəni tədbirlərə qədər geniş fəaliyyətlərin yer alması kitabın həm milli, həm də beynəlxalq mədəni əlaqələr baxımından imkanlarını nümayiş etdirir. İndi əsas vəzifə bu ənənəni daha da gücləndirmək, sərginin yaratdığı enerjini ilboyu davam edən mütaliə hərəkatına çevirməkdir.

Bir məsələ də var. Kitaba marağı yalnız oxucunun üzərinə qoymaq olmaz. Keyfiyyətli nəşrlərin əlçatanlığı, kitab qiymətləri, kitabxanaların imkanları, tərcümə ədəbiyyatının zənginliyi, yerli müəlliflərin tanıdılması və nəşriyyatların davamlı fəaliyyəti də bu mühitin ayrılmaz hissəsidir. Kitab oxumağı təbliğ ediriksə, kitabı tapmağı və əldə etməyi də asanlaşdırmalıyıq. İnsanlara “oxuyun” deməklə kifayətlənməməli, oxumaq istəyənlər üçün imkanları genişləndirməliyik.

Sərgi sabah başa çatacaq. Stendlər yığışdırılacaq, kitablar öz yerlərinə qayıdacaq, izdiham seyrələcək. Ancaq əsl nəticə bundan sonra bəlli olacaq. Çünki kitab bayramının ən böyük uğuru sərgi zalının nə qədər dolu olması deyil, o zaldan çıxan insanların həyatında kitabın nə qədər yer tutmasıdır.

Kitab sərgisi ildə bir dəfə keçirilə bilər, amma mütaliə bayramı hər gün yaşanmalıdır. Sərgidən geriyə yalnız alınmış kitablar və çəkilmiş şəkillər deyil, davam edən oxu həvəsi, yeni düşüncələr və möhkəmlənən bir mədəniyyət qalmalıdır. Əslində, kitab sərgisinin ən gözəl davamı da elə budur: qapılar bağlanandan sonra kitabların açıq qalması.

Elmar
Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Oktyabr 2026 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see337

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see300

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see278

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see274

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see272

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see255

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see253

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see251

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see250

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see249

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see245

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see237

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see233

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see231

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see231

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see222

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see214

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see200

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see194

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri