Icma.az
close
up
RU
“44”filmi: göz yaşı və QÜRUR

“44”filmi: göz yaşı və QÜRUR

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsi dövründə torpaqlarımız düşməndən geri alınarkən xalqa müraciətlərindən birində yeni əsərlərin, kitabların yazılmasını, filmlərin çəkilməsini tövsiyə edirdi. Şanlı Zəfərdən sonra onun haqqında çox filmlər gözlədik...

30 il ermənilərin soydaşlarımızı hansı əzablarla üz-üzə qoyduğunu yalnız tarixin səhifələrinə çevirdiyimiz salnamələrlə, filmlərlə yaşada, gələcək nəsillərə çatdıra bilərik. Bu, çox vacibdir. Çünki bizim düşmənimiz o qədər qəddar, qaniçən, amansızdır ki, hər bir övladımız bunları bilməli, bu qonşu ilə necə davranacağını, məsafəni, sərhədi haraya qədər qoymalı olacağını məhz bizim bu gün onlara anlatdıqlarımızla, danışdıqlarımızla müəyyən edə biləcəklər.

İndiyədək çox sayda filmlərimiz olmalıydı, əslində. Həm birinci, həm də ikinci Qarabağ müharibəsi ilə bağlı filmlərimiz var, yoxdur, deyə bilmərik. Lakin bunların sayı daha artıq olmalıdır. Bir müharibə ki, 30 il davam edib, 30 il insanlar yurdundan-yuvasından uzaq düşüb, torpaq həsrəti ürəkləri yaralayıb, qaysaqlamağa qoymayıb, xalq minlərlə övladını itiribsə, minlərlə qadın ərsiz, uşaq atasız qalıbsa, namusumuzu, iffətimizi Zəfər özümüzə qaytarıb başımızı dik, alnımızı ağ edibsə, niyə də filmlər çəkilməsin, əsərlər yazılmasın?.. Axı bütün bunlar bir-birindən təsirli filmlər yaratmaq üçün çoxsaylı mövzulardır...

Oktyabrın 12-də Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Vətən müharibəsində qəhrəmanlığına həsr olunan və gənc nəslin vətənpərvər ruhda yetişməsi, tarixi yaddaşın qorunub saxlanılması məqsədi daşıyan “44” bədii filmi ictimaiyyətə təqdim olunub. Və həmin gündən etibarən paytaxtın kinoteatrlarında nümayiş olunur.

“AZƏRTAC” film barədə belə bir fikri vurğulamışdı: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi və Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gələn “44” bədii filmi istehsal miqyası, cəlb olunmuş mütəxəssislərin sayı, çəkiliş coğrafiyası, istifadə olunan texniki resursların həcmi və beynəlxalq əməkdaşlıq səviyyəsi baxımından Azərbaycanda son illərin ən böyük kinematoqrafik layihələrindəndir.

“44”-ə mən də baxdım. Həqiqətən təsirli filmdir. Çoxlarımızın anbaan yaşadığı, övladının cəbhədə, əsgəri xidmətdə olduğu vaxtda, sərhədboyu rayonlarda özü təhlükə ilə üz-üzə dayandığı bir dövrdə müharibənin hər gününü böyük səbrlə, təmkinlə qarşılayıb yola salan, övladından da, evindən də çox torpağını düşünən, ta ki Vətən torpaqları alınsın, işğal sona çatsın,- deyən minlərlə soydaşımız 44 günün hər anının həyəcanını yaşayır, şəhidinə göz yaşı axıdır, gözünü silib bir rayonun, bir şəhərin, bir kəndin alınmasına sevinir, qürur duyurdu.

“44” filmində böyük yaradıcı heyəti tamaşaçını həmin günlərə qaytarmaqla, hadisələri reallığı ilə əks etdirməklə, həm sənədli xronikalardan, həm də bədii çalarlardan istifadə etməklə baxımlı, dəyərli bir film ortaya qoyub. Müharibədən öncə görülən işlər, dövlətimizin əslində məsələni sülh yolu ilə həll etmək tərəfində olması, lakin ermənilərin ac gözlərinin doymaması səbəbi ilə əllərindəkindən əlavə yeni torpaqlar iddiasında olmaları və bunun məsələnin məcrasını dəyişməsi kimi fraqmentlər filmə tarixin yaşanmış real bir hissəsini təqdim etməklə onun keyfiyyətini artırır.

Lerik rayonun filmə daxil edilməsi, buradan Elxan kimi igidlərin gözünü qırpmadan Vətən uğrunda müdafiəyə qalxması Azərbaycanın multikultral dəyərlər formalaşdırdığının, ərazisində yaşayan millətlərə münasibətinin məhz müharibə dövründə ortaya çıxan bir nümunəsidir.

Filmin baş qəhrəmanı Rəşadın məhz İçərişəhərdən olması, qədimliklə müasirliyin harmoniyası olan bu gözəl ərazinin filmə də daxil edilməsi filmin qeyri-azərbaycanlı tamaşaçılarında, sözsüz, Azərbaycan haqqında ümumi bir rəy formalaşdırır.

Və filmdə bir sevgi dastanı yaşanır. Bu, təsadüfən filmə daxil edilməyib zənnimcə. Çünki ikinci Qarabağ müharibəsi gənclərimizin iştirak etdiyi müharibə idi. 44 gün gənclərin vətənpərvərliyi necə mənimsəməsinin, bu ölkədə necə mübariz ruhda böyümələrinin, hünər, ər, ərənlik xüsusiyyətlərinin ən yüksək həddə olduğunu sübut etdi. Eyni zamanda minlərlə gənc adamın Vətəni, torpağı sevdiyindən, nişanlısından, həyat yoldaşından (onlar arasında yüzlərlə hamilə olanı da vardı) üstün tutması onların Vətənin, torpağın namus, iffət olduğunu dərindən dərk etməsini, namus, iffət savaşına çıxdıqlarını göstərdi. Məhz bu yolda minlərlə qadın sevdiyini, nişanlısını, həyat yoldaşını itirdi. Filmdə belə bir süjet xəttinin ümumi hadisələrlə birgə inkişaf etdirilməsi ümumilikdə şəhadətə çatanların ardında buraxdığı bir qadının, bir övladın simasında müharibənin nələrə səbəb olduğunun diktəsidir.

Qələbəyə addım-addım, günbəgün çatan film eynilə 2020-ci ildə xalqın gündəlik həyatını o qədər canlı əks etdirir ki, özünü o günlərdə hiss edir, eyni hissləri yenidən yaşayırsan. Canlı səhnələr, rənglər, təbiət gözəllikləri, sıldırım qayalar, daşı daş üstündə qalmayan yurd yerlərindən mənzərələr, ucsuz-bucaqsız düzənliklər, silah-sursat, texniki təminat-hər şey yüksək səviyyədə olması ilə filmin baxımlı olmasını şərtləndirir.

Filmin bədii rəhbəri Anar Ələkbərov, quruluşçu rejissorları İsmayıl Səfərəli, Maksim Smetana, ssenari müəllifləri Anar Ələkbərov, İsmayıl İman, prodüseri Orman Əliyev, quruluşçu operator Oleksandr Pozdnyakov, montaj rejissoru Elşad Rəhimov, bəstəkarı Ruslan Ağababayev, səs rejissoru Teymur Kərimovdur.

Məlumata görə ekran əsəri ssenarinin işlənməsindən postprodakşn mərhələsinədək 5 il ərzində ərsəyə gəlib. Belə ki, bədii ssenari və rejissor ssenarisinin yazılması 2 il, çəkilişlərə hazırlıq işlərinə 1 il, çəkilişlər 14 ay, postprodakşn işləri isə 1 il davam edib. Filmin daimi yaradıcı, aktyor və inzibati heyəti 455 nəfərdən ibarət olub. Hərbçilər, kütləvi səhnələrin iştirakçıları, epizodik rolları canlandıran aktyorlar, cəlb olunan mütəxəssislər nəzərə alındıqda isə layihə iştirakçılarının sayı bir neçə min nəfərə çatıb. Layihəyə müxtəlif istiqamətlər üzrə 198 mütəxəssis dəvət olunub. Filmin çəkilişlərində 2500 hərbçi, Xüsusi Təyinatlı Qüvvələrin 42 döyüşçüsü, əsas rollarda 32 aktyor, epizodik rollarda 1143 aktyor, həmçinin kütləvi səhnələri canlandıran 2000-dək heyət iştirak edib. Aktyorlar sırasında, eyni zamanda Vətən müharibəsi iştirakçıları var.

Filmdə azərbaycanlı aktyorlarla yanaşı, Türkiyənin tanınmış aktrisası Özge Gürel də rol alıb. Çəkilişlərdən əvvəl aktyor heyəti Xüsusi Təyinatlı Qüvvələrin təlim-məşq bazasında hərbi-taktiki hazırlıq keçib. Filmdə Ordumuzun bütün qoşun və qüvvə növləri iştirak edib.

Ekran əsərinin çəkilişləri Bakı, Abşeron, Ağdam, Cəbrayıl, Füzuli, Goranboy, Gəncə, Xocalı, Xocavənd, Xızı, Lerik və Şuşada aparılıb. Ümumilikdə isə çəkilişlər 130-dan çox məkanı əhatə edib.

Bir sözlə, 44 gün davam edərək Zəfərlə bitən ikinci Qarabağ müharibəsindən bəhs edən və əvvəldən sonadək göz yaşı və qürurun birgə müşayəti ilə davam edən ilk filmə baxdıq. Bütün yaradıcı heyətə təşəkkürümüzü bildirir, əməklərin yüksək dəyərləndiririk. Lakin 44 bitməz, davamını gözləyirik!

Mətanət Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Oktyabr 2026 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see667

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see329

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see318

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see310

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see307

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see305

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see288

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see278

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see273

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see264

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see253

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see240

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see239

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see239

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see236

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see235

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see231

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see221

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see208

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri