Icma.az
close
up
RU
Bir ayın əsgəri səhlənkarlıqdan ölüb?

Bir ayın əsgəri səhlənkarlıqdan ölüb?

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Bakı Hərbi Məhkəməsində cəmi 1 ay xidmət etdikdən sonra həyatını itirən əsgər Fariz İsazadənin ölümü ilə bağlı məhkəmə araşdırması davam edir. 

“Qafqazinfo” “Musavat.com”a istinadən xəbər verir ki, məhkəmə zalında səslənən faktlar göstərir ki, gənc əsgərin ölümünə aparan yol təkcə ağır xəstəlikdən deyil, ard-arda baş verən səhlənkarlıq və məsuliyyətsizlik zəncirindən keçib.

Hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə bu dəfə Qubadakı hərbi hissələrdən birinin tibb məntəqəsinin rəisi, tibb leytenantı Vaqif Məmmədov mühakimə olunur. Ona qarşı Cinayət Məcəlləsinin 342.1-1-ci maddəsi ilə – qulluğa laqeyd yanaşma nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olma ittihamı irəli sürülüb.

Məhkəmə zalında danışan valideynlərin sözləri isə hər kəsi sarsıdıb.

“Biz övladımızı dövlətə, Vətənə əmanət etmişdik. Bir ay sonra onu tabutda geri aldıq. Ən ağır məqam isə budur ki, onun həyatını xilas etmək mümkün idi”, - deyə mərhumun atası Sadiq İsayev bildirib.

Cinayət işinin materiallarına görə, Fariz İsazadə hələ Bakıdakı hərbi hissədə xidmət etdiyi günlərdən ağır respirator infeksiya əlamətlərindən əziyyət çəkib. Yüksək hərarət, güclü öskürək, halsızlıq və nəfəsalma problemləri ilə dəfələrlə tibb məntəqəsinə müraciət etsə də, ona yalnız səthi baxış keçirilib və xidmətə qaytarılıb.

Məhkəmədə açıqlanan sənədlər göstərir ki, əsgər mayın 6-da və 9-da sanitar hissəyə müraciət edib. Hətta vəziyyəti o qədər ağır olub ki, mayın 10-da keçirilən andiçmə mərasimində iştirak edə bilməyib. Buna baxmayaraq, həmin gün şəxsi heyətin bölgüsü zamanı o, “xidmətə yararlı” hesab edilərək Quba rayonundakı hərbi hissəyə göndərilib.

Valideynlərin fikrincə, məhz bu qərar faciənin dönüş nöqtəsi olub.

Hospital 10 dəqiqəlik məsafədə olsa da...

Qubaya çatdıqdan sonra əsgərin vəziyyəti daha da pisləşib. Nəhayət, mayın 11-də hospitala yerləşdirilsə də, artıq gec olub.

Məhkəmə materiallarında göstərilir ki, həmin vaxt Fariz İsazadədə ağır pnevmoniya, infeksion-toksiki şok, miokardit, damardaxili yayılmış laxtalanma sindromu və poliorqan çatışmazlığı inkişaf edib. O, Quba Rayon Mərkəzi Xəstəxanasında həkimlərin səylərinə baxmayaraq vəfat edib.

İş üzrə diqqətçəkən məqamlardan biri də budur ki, hərbi hissə ilə ixtisaslaşmış hərbi hospital arasında cəmi 10 dəqiqəlik məsafə olub. Lakin pnevmoniya əlamətləri göstərən əsgər vaxtında hospitala göndərilməyib. 

İttihama görə, tibb leytenantı Vaqif Məmmədov xəstənin arterial təzyiqini, nəbzini və tənəffüs göstəricilərini tam yoxlamadan onu yenidən xidmət yerinə göndərib.

Zərərçəkmiş tərəf bildirir ki, həkim həm tibb xidmətinin rəisi, həm də sanitar hissənin rəhbəri kimi üzərinə düşən vəzifələri yerinə yetirməyib.

Məhkəmədə daha bir narahatedici fakt açıqlanıb. Əsgərin xidmət etdiyi hərbi hissənin tibb məntəqəsində növbətçilik peşəkar həkimə deyil, tibbi təhsili olmayan sanitara həvalə olunub. Bu isə kritik vəziyyətdə düzgün tibbi qərarın verilməsini mümkünsüz edib.

Fariz İsazadənin ölümü ilə bağlı daha əvvəl də bir cinayət işi araşdırılıb və həmin iş üzrə Sadıq Zeynalovla İlqar Abdullayev məhkəmə qarşısına çıxarılıblar. Sadiq İsayev ölkə rəhbərliyinə müraciət edərək oğlunun ölümünün bütün təfərrüatlarının araşdırılmasını, hadisəyə görə məsuliyyət daşıyan hər kəsin qanun qarşısında cavab verməsini istəyib.

Fariz İsazadənin işi üzrə məhkəmə araşdırmaları davam edir. Bu günə təyin olunmuş prosesdə tibbi sənədlərin, ekspert rəylərinin və vəzifəli şəxslərin məsuliyyət dərəcəsinin daha ətraflı araşdırılacağı gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 İyun 2026 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri