Icma.az
close
up
RU
Bir az buz, bir az maye: Alimlər suyun yeni halını kəşf etdi Plastik

Bir az buz, bir az maye: Alimlər suyun yeni halını kəşf etdi Plastik

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tədqiqatçılar müəyyən edib ki, Plastik Buz VII Günəş sisteminin digər hissələrində yüksək temperatur və təzyiq şəraitində formalaşır.

Hər kəs suyun üç halını bilir: bərk, maye və qaz. Lakin alimlər müəyyən edib ki, Günəş sisteminin digər hissələrində yüksək temperatur və təzyiq şəraitində formalaşan, sözdə ekzotik və ya plastik buz olan Plastik Buz VII də mövcuddur.

Qaynarinfo xəbər verir ki, bu barədə "Interesting Engineering" yazır.

"Plastik fazalar həm bərk cisimlərin, həm də mayelərin xüsusiyyətlərini birləşdirən hibrid hallardır. Plastik buzdakı su molekulları buzda olduğu kimi sərt kubik şəbəkə yaradır, lakin maye suya bənzər pikosaniyəlik fırlanma hərəkəti göstərir", deyə Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) tədqiqat rəhbəri Livia Eleonora Bove izah edib.

Nəşr qeyd edir ki, 15 ildən çox əvvəl Fransaın Laue-Langevin İnstitutu (ILL) alimləri kompüter modelləşdirmə vasitəsilə plastik buzun ekstremal şəraitdə formalaşa biləcəyini proqnozlaşdırmışdılar. Tədqiqatçılar plastik buzun yaranması üçün lazım olan yüksək temperatur və təzyiq şəraitini yenidən yaratmaq üçün müasir neytron spektrometrlərindən və xüsusi avadanlıqlardan istifadə ediblər.

İndi isə neytronların kvazi-elastik səpilməsi (QENS) vasitəsilə alimlər bu ekzotik halda su molekullarının quruluşunu və dinamikasını araşdıra biliblər. Məlum olub ki, plastik buzdakı molekulların hərəkəti kompüter modelləşdirmədə proqnozlaşdırılandan daha mürəkkəbdir.

Daha sonra kompüter modelləşdirmə ilə "Markov zənciri analizi" adlanan statistik metodun birləşməsi plastik buzdakı su molekullarının davranışını daha dəqiq başa düşməyə imkan verib. Modelləşdirmə göstərib ki, molekullar sərbəst fırlanmaq əvəzinə müəyyən dördqat sxem üzrə fırlanmağa meyllidir.

Alimlər həmçinin adi buzla plastik buz arasındakı keçidi araşdırırlar. Bu keçidi anlamaq başqa bir ekzotik faza olan superion su haqqında ipuçları verə bilər.

"Bu keçidin ya birinci dərəcəli, ya da davamlı olacağı proqnozlaşdırılır, bu istifadə olunan modelləşdirmə metodundan asılıdır", deyə Bove izah edib.

Alimlər hesab edirlər ki, bu ekzotik plastik buz və superion su formaları Günəş sistemimizdəki bəzi buzlu dünyaları, məsələn, peykləri (Qanimed və Kallisto) və planetləri (Uran və Neptun) anlamaq üçün əsas ola bilər.

Fərziyyə olunur ki, bu ekzotik su formaları göy cisimlərinin dərinliklərinin əhəmiyyətli hissələrini təşkil edə bilər.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Fevral 2025 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri