Icma.az
close
up
RU
Bir az əfəndi olaq…

Bir az əfəndi olaq…

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Bu şəkli Hadrut işğaldan azad olunandan sonra bir erməni evində çəkmişəm. Samirə Əfəndinin Astanada keçirilən musiqi yarışmasında erməni müğənniyə 12 bal verməsi xəbərini eşidəndə bu fotonu xatırladım.

Yaz ayları idi. Qarabağ silsiləsinin ətəklərinə bahar gəlmişdi. Dostlarla birlikdə bir-iki evə daxil olduq. Otaqlara ümumi nəzər yetirirdim. Divara bərkidilmiş asılqanın arxasında bir şəkil gördüm. Müslüm Maqomayevin gənclik şəkli idi. 

O hadisədən sonra erməniəsilli müğənni Şarl Aznavurun ifasını heyrətlə dinlədiyim üçün özümə bəraət qazandırdım. Fikirləşdim, əgər Ermənistan separatizminin qurbanı olan bir erməni ürəyində Maqomayevə sevgini qoruyub saxlaya bilibsə, qonşusunun, qohumunun danlağından qorxmayıb evinin divarına onun, balaca da olsa şəklini vurubsa, deməli, musiqinin, istedadın, nəhəngliyin sərhədi, dini, milləti, irqi yoxdur.

Samirə Əfəndi məktəb keçmiş müğənnidir, nəzəriyyə bilir, not bilir. Özü də hərbçi ailəsində doğulub. Deyilənə görə, atası da Qarabağ müharibəsi qazisidir. Əgər bu addımı işğal dövründə atsaydı, dilə gətirməsəm də, haradasa, ürəyimin dərinliklərində erməni müğənnisinə xal verdiyi üçün onu qınayardım. Amma sizə deyim ki, onda da haqlı olmazdım. Çünki incəsənət və vicdan o zaman vəhdətdə olur ki, gözünü yumub qulağına gələn səsə, müəllifindən asılı olmayaraq, qiymət verməyi bacarasan. Müəllifini bilmədiyin heykəli, rəsm əsərini, bəstəni, layiqdirsə, təqdir edə biləsən.

Bir halda ki, artıq Azərbaycan bu mübarizədən haqlı və qalib qismində ayrılıb, Samirə Əfəndini bu addımına görə təhqir etmək yaxşı deyil. Bu addım Azərbaycanın simasını və xarakterini formalaşdıran kiçik addımlardan biri kimi qiymətləndirilməlidir. 

Bəli, o, erməni müğənnisini qucaqlamaya da bilərdi... Amma nə etməli?! Axı Samirə Əfəndi də azərbaycanlıdır, özümüzünküdür...

Desəniz ki, bunu bir şəhid anasına, ya şəhid övladına izah etməyə cürətin çatar? Çatmaz! Həmin məqamda susmağı da bacarmalısan. Onların həssaslığını başa düşüb tənqidinə “bəli” deməlisən.

Bəzi ictimai simalar da yerli-yersiz danışırlar. Halbuki onlar günlər əvvəl Bakıda Qız qalasının qarşısında şəkil çəkdirən erməni eskpertlərindən ibarət nümayəndə heyəti barədə narazılıqlarını bu və ya digər şəkildə bildirməmişdilər.

Bir az əfəndi olaq…

Nadir Yalçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 Noyabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see406

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see308

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see251

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see237

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see226

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see211

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see210

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see199

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see192

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see188

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see185

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see184

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see183

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see183

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see182

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see170

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see169

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri