Icma.az
close
up
RU
Yox, Cavid əfəndi, yox...

Yox, Cavid əfəndi, yox...

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İlin payız fəslinin bu günlərində həmişə böyük ədib Hüseyn Cavidi sayğı və minnətdarlıqla anıram, “kimlər gəldi, kimlər getdi bu dünyadan, İlahi!”,- deyərək... Sanki bu günümüz üçün yazılmış əsərlərini bir-bir düşünərək, obrazları ilə söhbətləşərək anıram...

***

Budur, yolda və metroda gördüklərim səhərdən bəri böyük əsərləri ilə xatırladığım ədibin ən kiçik-“Qız məktəbində” əsərini daha çox xatırlatdı mənə və sanki ürəyimdə bu əsərə bir nəzirə yazırmışam kimi pıçıldamağa başladım.

***

Cavid Əfəndi, bir qız gördüm, yolda, xeyr, Gülbahar deyildi. Ola da bilməz. İndi ta qızlara Gülbahar, Fatmanisə, Zəhra, Güləbətin isimlərini verən kimdir? Adını da soruşmaram, çünki “sənə nə var”dan başqa eşidəcəyim olmaz.

Atası da olar, anası da, hələ üstəlik babası zəngin də olar bu qızın. Lakin bəyzadə ola bilməz. Çünki bəyzadənin qızı heç inanmıram ki, göbəyini açıb küçəyə çıxa. Bəyzadənin qızının heç inanmıram ki, ətəyi dizindən iki qarış yuxarı ola. İnanmaram ki, bəyzadənin qızı budu, dizi cırıq-cırıq, əti görünən şalvarda küçəyə çıxa...

Xeyr, Gülbahar ola bilməz bəzi qızların adı. Zəngin qızı ola bilərlər, lakin bəyzadənin qızı? Xeyr, əsla mümkün deyil. Çünki bəyzadənin qızı metroda özündən dəfələrlə yaşlı insanların qarşısında çantasından tuş çıxarıb kirpiklərini rəngləməz. Bütün diqqətləri utanmadan, qızarmadan üzərinə çəkməz...

Gülbahar kimi inciləri də var, altın bilərzikləri də bu qızların. Qollarındadır, boyunlarındadır, həm də qatbaqat... Baxdıqca düşünürəm ki, bu inciləri kaş ki, inciyə çevirə bilərdik. Bu bilərzikləri kaş ki, xərcləyib ətəkləri, köynəkləri uzada bilərdik ki, bu qızların göbəkləri, baldırları bayırda qalmasın. Bu bilərzikləri kaş birqatmalı köynəklərin qollarına çevirə bilib, heç olmasa onu iki barmaq edə bilərdik ki, bu qızların qollarının altı bayırda qalmasın...

Onlara da müəllimləri dəfələrlə söyləyir, anaları söyləməsə də, bizlər “onların yox qiyməti, bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti”ni yazmaqdan barmaqlarımız düyün bağlayıb. Lakin indi deyilən söz qulaqlara sırğa kimi asılmır, Cavid əfəndi, bir qulaqdan alınıb, o biri qulaqdan havaya buraxılır.

Bir qızın zinəti həm də astadan danışmaqdır. Lakin yolda-küçədə bəzən qarşına bir dəstə qız çıxır, səslərinin küçədə əks-sədasını eşidirsən, onların yerinə xəcalət çəkirsən. Hələ şaqqıltılı gülüşləri demirəm, Cavid əfəndi...

Bəlkə onlar da Gülbahar kimi Allahı da sevir, ata-analarını, müəllimlərini, bütün insanları da sevirlər. Lakin buna da bir az şübhəm var, Cavid əfəndi.

Soruşsan, nədir şübhən? Deyərəm ki, Allahını sevən o libasları sevməz. Allahın ona bəxş etdiyi gizlində qalmalı əzaları müdam açıqda saxlamaz.

Ata-anasını sevən, evdən üzü-gözü tərtəmiz çıxıb, metroda insanların arasında gözlərini boyamaz. Evdən uzun ətəklə çıxıb, blokda onu yuxarı qatlamaz. Evdən çıxandan sonra köynəyin ətəyini yuxarı qaldırıb göbəyini insanlara göstərməz...

Cavid əfəndi, onlar müəllimlərini sevsələr, yolda üz-üzə gələndə bir kənara çəkilib ona yol verərlər. Ucadan “salam müəllim, müəllimə”, deməklə sevgi bitmir. Sevgi hörmət, sayğıdır...

Gülbahartək bütün insanları sevdiklərinə də şübhəli qalıram. Çünki bütün insanları sevərlərsə, onlara verilən nəsihəti, tövsiyəni də səmimiyyətlə qarşılayardılar, deyilmi?

Cavid əfəndi, sənin Gülbahara verdiyin sualın birini indi bəzi qızlara vermək mümkünmü, sanırsan? Adın nədir, baban varmı, zənginmidir, sənin incilərin, altın bilərziklərin varmı, kimi sevirsən, bəs daha kimi sevirsən??? Yox, Cavid əfəndi, yox... İnanın, bu sualların hər birinə təhqiramiz cavab alarsan.

***

Səni gözəl xatırlayıram, Cavid əfəndi, hər zaman. Bu gün də sayğı, hörmətlə xatırladım. Lakin heyiflər olsun ki, cəmiyyətin sağalmaq bilməyən “yaraları”ndan axan çirk ovqatımı tamamilə təlx etdi.

Ruhun şad olsun, Hüseyn Cavid əfəndi. Nə yaxşı ki, bizimsən və bizimləsən...

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Oktyabr 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see392

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see293

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see236

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see220

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see212

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see209

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see207

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see195

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see188

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see184

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see184

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see182

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see180

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see180

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see179

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see178

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see178

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see163

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see161

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri