Icma.az
close
up
RU
Hacı Mahmud Əfəndi oğlu Məhəmmədəmin Əfəndi Mustafa Vəkiloğlu yazır

Hacı Mahmud Əfəndi oğlu Məhəmmədəmin Əfəndi Mustafa Vəkiloğlu yazır

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Təəssüflə xəbər aldığımıza görə, Amasiya əşrafından Amasiya Müdafieyi-Hüquq Cəmiyyətinin öndərlərindən Hacı Mahmud Əfəndizadə (Karan) oğlu Məhəmməd əfəndi keçən sentyabr ayında Amasiyada rəhməti-Rəhmana qovuşmuşdur. Səksənlik bu piri-möhtərəm Azərbaycanın tanınmış üləmasından Hacı Mahmud əfəndinin oğludur. Hacı Mahmud əfəndi Qafqazdan sıx-sıx Türkiyəyə gedib-gəldiyini və Azərbaycanda xalqdan toplanan pullarla Amasiyada bir məscid tikdirməkdə olduğunu xəbər alan çar hökuməti bundan şübhələnmiş, onu ailə fərdləri ilə birlikdə yuvasından sürgün edərək Türkiyəyə köç etməsi üçün əmr vermişdir. Bu yolçuluğa hazırlanarkən Hacı Mahmud əfəndi anidən xəstələnmiş və qısa davam edən bu xəstəliyi nəticəsində də vəfat etmişdir. Mərhumun Azərbaycanda Qazax vilayətindəki məzarı üzərində tikilən türbəsi o zamandan bəri geniş xalq kütlələrinin bir ziyarətgahı olmuşdur. Rəhmətlik Məhəmməd əfəndi, anası, kiçik qardaşı Əhməd əfəndi və bəzi yaxın əqrəbaları ilə birlikdə təxminən 60 il əvvəl Azərbaycandan hicrət edərək Amasiyaya gəlmiş və orada yerləşmişdir. Burada qısa zamanda elm və fəziləti ilə ümumun hörmət və sevgisini qazanmış olan Məhəmməd əfəndi gənc yaşlarında Vilayət İdarə Məclisi əzalığına (üzvlüyünə - tər.) seçilmişdir. İstiqlal Savaşı əsnasında Məhəmməd əfəndi Müdafieyi-Hüquq Cəmiyyətinin ən fəal və əzmkar əzalarından biri olmuşdur. Atatürkün Amasiyaya ilk gəlişində Məhəmməd əfəndi onunla tez anlaşmış və cəmiyyət içindəki fəaliyyətini ondan aldığı direktivlər üzərində qurmuşdur. Məhəmməd əfəndi o dövrdə Amasiyaya gəlmiş bir çox Milli Mücadilə böyükləri ilə tanış olmuş və görüşmüşdür. Bir çoxlarını evində müsafir etmişdir. Mərhum Amasiyada o dövrdə yaxın təmas qurduğu marşal Fevzi Çakmakdan, Refet, Cəmil Cahid paşalardan, Fəthi, Bəkir Sami, Mustafa Necati, Hüseyn Avni bəylərdən daima hörmət və sitayişlə bəhs edərdi. Hələ Atatürkdən bəhs edildikdə Məhəmməd əfəndini görməli idin. Həyəcanlanır və Atatürkü mədh etməkdən heç cür doymurdu. Bir dəfə Atatürklə aralarında olmuş bir mübahisəni Məhəmməd əfəndi belə anladırdı:

“Atatürk:

– Məhəmməd əfəndi, Müdafieyi-Hüquq Cəmiyyəti içində sizi ən həyəcanlı və imanlı əzalardan biri olaraq görürəm, bu şayanı-şükrandır.

Məhəmməd əfəndi:

– Əstəğfurulah, paşam. Mən sadəcə milli vəzifəmi yerinə yetirirəm. Yalnız mənim digər arkadaşlardan fərqim odur ki, mən yad istilasının nə böyük bir fəlakət olduğunu Azərbaycanda bizzat gördüm və yaşadım”.

O sıralarda Anadolunun müxtəlif bölgələrində baş qaldıran üsyanların mühümlərindən biri olan Zilə üsyanını yatırtmaq üçün və asilərə nəsihət etmək üzərə Amasiyadan Ziləyə göndərilən heyətin başında Məhəmməd əfəndi dayanırdı. Orada Məhəmməd əfəndini asilər zindana atımış və öldürmək istəmişdilər. Bərəkət versin ki, ertəsi günü Cəmil Cahid paşanın komandanlığındakı əsgəri birliklər asiləri Zilədən püskürtmüş və mücadilə arkadaşları Məhəmməd əfəndini də ölümdən qurtarmışlar. Ömrünün son illərində Məhəmməd əfəndi İstiqlal Mücadiləsinə aid xatirələrini sıx-sıx anladırdı: “O dövrdən mənə iki əziz xatirə qalmışdır” – deyərdi: “Biri İstiqlal medalı, biri də oğlum Kamal”. Məhəmməd əfəndi İstiqlal Savaşı sırasında dünyaya gəlmiş olan oğlunun adını çox sevdiyi Atatürkün adı olan Mustafa Kamal qoymuşdur. Burada yeri gəlmişkən bunu da qeyd edək ki, Kamal da atasının vətənə xidmət yolunda yürüməkdədir və bu gün də Amasiyadan millət vəkili (CHP) seçilmişdir. Gözəl qəlbli və kamil bir insan olan Məhəmməd əfəndi bu dəfə də rus kommunist zülm və istilasından sonra Azərbaycandan qaçaraq Amasiyaya gəlmiş yüzlərlə qardaşına qarşı yaxın və isti əlaqəsini heç bir zaman əsirgəməmişdir. Azərbaycan siyasiləri və geniş Azərbaycan mühacirət kütləsi Məhəmməd əfəndinin və qardaşı Əhməd əfəndinin hər çeşid maddi və mənəvi yardımlarını heç bir zaman unutmurlar və unutmazlar da.

Mustafa Vəkiloğlu

“Mücahid”, 1961-ci il, 41-42-ci saylar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:529
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 May 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri