Penitensiar xidmətin yenilənmiş inzibati binası istifadəyə verildi
Dogru.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin balansında olan inzibati binanın əsaslı təmirdən sonra açılışı olub.
Nazirliyin mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, açılışda ədliyyə naziri Fərid Əhmədov iştirak edib. Nazir inzibati binada aparılmış təmir və yenidənqurma işləri ilə tanış olub. F.Əhmədov, həmçinin inzibati binada Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsinin Arxiv şöbəsi üçün yaradılan yeni inzibati məkana da baxış keçirib.
Arxiv şöbəsi üçün nəzərdə tutulan inzibati məkan müasir texniki standartlara uyğun qurulub. Burada arxiv sənədlərinin mühafizəsi, eləcə də rəqəmsallaşdırılması üçün tam şərait yaradılıb.
Binada yüksəktutumlu saxlanclar, geniş iş otaqları və vətəndaşların qəbulu üçün nəzərdə tutulmuş müasir tələblərə uyğun otaq fəaliyyət göstərəcək.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:20
Bu xəbər 22 Noyabr 2025 21:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















