Icma.az
close
up
RU
Bir birinə yaxın tikilən evlərə sənəd verilməməlidir TƏKLİF

Bir birinə yaxın tikilən evlərə sənəd verilməməlidir TƏKLİF

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Ölkəmizdə əmlakın sığortalanması mövcuddur və arzu olunandır ki, bütün əmlak növləri sığortalansın. Çünki baş verə biləcək hadisələrdən, qəzalardan, yanğınlardan qorunmaq üçün sığorta çox vacib şərtdir".
Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc deyib. 
O bildirib ki, evlərin tikintisi normativlərə uyğun həyata keçirilməlidir:
"Normativlərə görə tikililər arasında müvafiq məsafə saxlanmalıdır. Bu, həm hər hansı bir təhlükə yarandıqda müvafiq xidmətlərin hadisə yerinə vaxtında yaxınlaşmasına imkan verir, həm də şəhərsalma prinsiplərinə uyğun olaraq şəhərin ümumi mənzərəsini qoruyur. Təəssüf ki, bəzi hallarda bu qaydalara əməl olunmur. Hazırda isə normativlərə ciddi şəkildə riayət olunması tələb edilir və dövlət qurumları bu məsələni nəzarətdə saxlayır.
Evlər arasında məsafənin olması insanların təhlükəsizliyi baxımından son dərəcə əhəmiyyətlidir. Məsələn, bir evdə dağıntı və ya yanğın baş verərsə, yaxınlıqdakı evə zərər vurma riski azalır. Bundan əlavə, yanğınsöndürənlərin müdaxiləsi üçün də bu məsafə vacib şərtdir".
Ekspert deyib ki, sənəd məsələsinə gəldikdə, normativlərə uyğun tikilməyən evlərə sənəd verilməməlidir:
"Amma bəzi hallarda müxtəlif yollarla sənəd alan evlərə rast gəlinir. Bu baxımdan Fövqəladə Hallar Nazirliyinin təhlükəsizlik nəzarəti üzrə qurumları daha ciddi mövqe sərgiləməli, ictimai nümayəndələrlə birlikdə komissiyalar yaradaraq bu halları müəyyənləşdirməli və qanuna uyğun tədbirlər görməlidirlər.
Təkcə həyət evlərində deyil, çoxmərtəbəli binalarda da oxşar problemlər mövcuddur. Elə binalar var ki, onların həyətinə yanğınsöndürənlərin daxil olması mümkün deyil. Belə vəziyyətlər gələcəkdə baş verə biləcək hadisələr zamanı böyük faciələrə səbəb ola bilər. Bu səbəbdən də normativlərə uyğun olmayan evlərin tikintisinə yol verilməməlidir. Əgər artıq tikilibsə, onlar ya normativlərə uyğunlaşdırılmalı, ya da bu mümkün deyilsə, sökülməlidir.
Unutmaq olmaz ki, ölkəmiz, xüsusilə də Bakı şəhəri seysmik fəal zonada yerləşir. Proqnozlara görə, yaxın gələcəkdə güclü zəlzələ baş verə bilər. Bu səbəbdən vətəndaşların təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlərin görülməsi vacibdir".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Sentyabr 2025 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri