Icma.az
close
up
RU
Bir daha Himnimiz haqqında

Bir daha Himnimiz haqqında

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kamil Şahverdi

III yazı

(əvvəli BU LİNKDƏ)

Nahid Hacızadə məni dinlədi və sakit tərzdə bildirdi ki, xəbərlərdə nə deyilməsindən asılı olmayaraq himn məsələsini Milli Məclis həll edəcək. Mənə də öz işimlə məşğul olmağı tövsiyə etdi. Mən israrla bildirdim ki, biz neçə ildir "Azərbaycan Marşı" uğrunda mücadilə aparırıq. Dünənki reportajın ciddi narazılığa səbəb olduğunu qeyd etdim və söylədim ki, sabah Milli Məclisdə himnin müzakirəsi zamanı televiziyanın qarşlsında mitinq keçirilməsi planlaşdırılır.

O dövrdə həqiqıtən də tez-tez mitinqlər keçirilirdi. Bəzən elə olurdu ki, şəhərin müxtəlif yerlərində eyni vaxtda bir neçə miting keçirilirdi. Televiziyanın qarşısında da tez-tez mitinglər olurdu. Məmurlar, idarə rəhbərləri bu mitinqlərdən çəkinirdilər. Nahid Hacızadə miting keçiriləcəyini eşidən kimi əsəbləşdi və səsini qaldıraraq bildirdi ki, televiziyanın himnin qəbulu ilə nə əlaqəsi var? Mən efir vaxtı istəyimi biıdirdim və məlumat verdim ki, Cövdət Hacıyevlə Aydın K. Azimi axşam vürilişə dəvət etmişəm. Bunu eşidəndə Nahid Hacızadə lap özündən çıxdı və üstümə qışqıraraq dedi: " Sən niyə özbaşına hərəkətlər edirsən? Niyə rəhbərliyə məlumat vermədən insanları verilişə dəvət edirsən? Get gözlə bayırda, mən sədrə məlumat verməliyəm."

Təxminən 5-6 dəqiqıdən sonra sədr Elşad Quliyevin köməkçisi məni çağırdı. İçəri daxil olan kimi Elşad Quliyev üstümə qışdırdı ki, sən nə ixtiyarla televiziyanın qarşısında mitinq keçirmək istəyirsən? Cavab verdim ki, mitinqi mən keçirmirəm, bizim efirdə yalnış məlumata görə insanlar etirazını bildirmək üçün toplaşacaqlar. Bunun mənimlə heç bir əlaqəsi yoxdur. Mən sadəcə təklif etdim ki, mitinqin qarşısını almaq üçün bu axşam canlı yayım təşkil etmək lazımdır. Elşad Quliyev soruşdu ki, efir olsa mitinq olmayacaq? Dedim əlbəttə olmayacaq. Çünki, onda obyektivliyi təmin etmiş olarıq, mitinqə də ehtiyac qalmayacaq. Elşad Quliyev nə fikirləşdisə, üzünü mənə çevirib dedi: "Get otağında gözlə, səni çağırarlar."

İşlədiyim musiqi verilişləri baş redaksiyasına qalxdım və otaqda gözlədim. Bir müddət keçəndən sonra sədrin köməkçisi zəng edib məni çağırdı. Qəbul otağına girəndə köməkçi məndən nə baş verdiyini soruşdu. Mən çiyinlərimi çəkərək sula "nə olub ki?" sualı ilə cavab verdim. Köməkçi isə bildirdi ki, sədr bayaqdan telefonla mədəniyyət naziri Polad Bülbüloğlu ilə, bir neçə deputatla danışır. Bu zaman daxili telefonla sədr zəng edib məni içəri çağırdı. Kabinetə daxil olanda Elşad Quliyev mənə axşam Xəbərlərdən sonra efir vaxtının ayrıldığını bildirdi. Daha sonra diqqətli olmağımı, mövzudan kənara çıxmamağı tapşırdı. Eyni zamanda bütün məsuliyyətin də mənim üzərimdə olduğunu dedi.

Elşad Quliyevə təşəkkür edib kabinetdən çıxdım və dərhal iş otağıma gəlib Aydın K. Azimə və Cövdət Hacıyevə zəng edib verilişin vaxtı haqında məlumat verdim. Daha sonra çəkiliş qrupu ilə hazırlıqlara başladıq. Bir azdan filarmoniyada himn mətnlərinin müzakirəsi olacaqdı. Hazırlıq işlərini yekunlaşdırıb filarmoniyaya getdim.

"Azərbaycan Marşı"nın himn kimi qəbul olunmasının əleyhinə olanlar hər vasitə ilə bunun qarşını almağa çalışırdılar.

Mən televiziyadan çıxıb gəldim filarmoniyaya. Filarmoniyanın foyesində müzakirəyə dəvət olunanlar iki-iki, üçü-üç dayanıb söhbət edirdilər. Demək ki, müzakirələr hələ başlamamışdı. Fürsərdən istifadə edib Aydın K. Azimlə axşamkı efir haqqında məsləhətləşmək üçün onu axtarırdım. Direktorun kabinetinin açıq qapısından içəridə Aydın K Azimi gördüm. Bu anda Polad Bülbüloğlu və Fərhad Bədəlbəyli içəri keçdilər. Direktorun kabinetinin qarşısındakı qəbul otağında onlar Aydın K. Azimlə qarşılaşdılar. Salamlaşıb onu kənara çəkdilər. Polad Bülbüloğlu o dövrdə mədəniyyət naziri idi. Fərhad Bədəlbəyli isə Üzeyir Hacıbəyov adına Azətbaycan dövlət konservatoriyasına (indiki Üzeyir Hacıbəyli adına Bakı musiqi akademiyası) yenicə rektor təyin olunmuşdu. Fırhad Bədəlbəyli Aydın K. Azimin çiynini qucaqlayaraq dedi: " Aydın, görürsən də, himn üçün təqdim olunan dörd əsərin hamısı Üzeyir bəyindir. Vacib olanı budur. Əsərlərin dördü də çox gözəldir. Hər birisi himn olmağa layiqdir. Ancaq, mənim fikrimcə elə indiki himnimiz qalsa daha yaxşı olar. Hamımız buna öyrəşmişik. Məncə dəyişməyə ehtiyac yoxdur. Əlli ildir hər gün eşitdiyimiz himndir. Sözlərinə bir balaca əl gəzdirərlər, vəssalam. Əsas odur ki, musiqisi Üzeyir bəyindir."

Polad Bülbüloğlu da Fərhad Bədəlbəylinin fikrini dəstəkləyərək dedi: "Aydın, Fərhad haqlıdır, mən də belə düşünürəm. Himni dəyişdirməyin mənası yoxdur. Məncə sən təqdim elədiyin variantı geri götürsən yaxşı olar. Sənin əziyyətin yerdə qalmaz. Mən nazir kimi əmr imzalayaram ki, bu əsəri simfonik orkestrin və xor kapellasının təqvim planına salsınlar. Bütün dövlət tədbirlərində, vacib konsertlərdə ifa etsinlər. Ümumiyyətlə sən nazirliyə yanıma gəl, sənin başqa əsərlərini də tapşıraram ifa etsinlər. Sonra baxaq, daha nələr edə bilərik..."

Aydın K. Azim Fərhad Bədəlbəylini və Polad Bülbüloğlunu dinlədikdən sonra üzünü qəbul otağında divardan asılmış Üzeyir bəyin portretinə çevirərək: - "Bilirsiz, bu işdə mənlik bir şey yoxdur. O kişi nə deyibsə, o da olacaq."-dedi və otaqdan çıxdı. Foyedə görüşüb ordan bir neçə addım aralanmışdıq ki, bəstəkar Aqşin Əlizadə arxadan Aydın K. Azimin qoluna girərək onu kənara çəkdi. Hal-əhval tutandan sonra o da öz fikirlərini bildirərək dedi: "Aydın, sən əsəri orkestr üçün çox gözəl işləmisən. Çox bəyəndim. Ancaq mənə elə gəlir ki, bu himn üçün yaramır. Bu əsər mənə "Təbil döy" (Bey baraban) filmindəki musiqini xatırladır. Sən oxşarlıq hiss etmirsən?"

Aydın K. Azim çiyinlərini çəkərək üzünün ifafəsi ilə bu müqayisənin nə qədər yersiz olduğuna işarə etdi. Aqşin Əlizadə gülə-gülə bildirdi ki, sən mütləq o filmi tap, bax ona, özün görəcəksən nə qədər oxşar musiqilərdir, deyib aralandı.

Mən bu yazını hazırlayanda həmin mənzərəni xatırladım və "Təbil döy" filmini internetdən tapıb baxdım. 1962-ci ildə Mosfilmin istehsalı olan "Təbil döy" filmi ilk pioner dəstəsinin yaranmasına həsr olunub. Filmin rejossoru Aleksey Saltıkov, bəstəkarı Nikolay Karetnikovdur. Bu mənasız filmə özümü məcbur edib iki dəfə diqqətlə baxdım. Aqşin Əlizadənin dediyi oxşarlıqdan heç bir əsər-əlamət tapa bilmədim...

Bu məqamda filarmoniyanın o zamankı direktoru Rafiq Seyidzadə hamını müzakirəyə dəvət etdi. Direktorun otağında komissiyanın sədri Firudin Cəlilov qısa giriş çıxışından sonra tarixçı alim, akademik Ziya Bünyadov söz aldı. O dedi: "Mənim musiqidən o qədər də başım çıxmır ki, burada bizim bəstəkarların yanında musiqidən danışım. Ancaq onu demək istəyirəm ki, ADR himni kimi təqdim olunan əsərin sözləri çox qəlizdir və insanlar onu çətin başa düşür. Mən ərəbşünasam, başa düşürəm. Amma himn təkcə mənim üçün deyil, hamı üçündür. Sözlər elə olmalıdır ki, ana dilimizə uyğun olsun, sadə insanlar da onu başa düşsün."

Ziya Bünyadovun iradından sonra Aydın K. Azim söz aldı və qarşıda qoyulmuş yazı lövhəsinə yaxınıaşaraq "Azərbaycan Marşı"nın sözlərini ərəb əlifbası ilə lövhəyə yazdı. Sonra da üzünü Ziya Bünyadova tutaraq:-siz hansı sözləri nəzərdə tutirdunuz?-sual etdi.

Ziya Bünyadov cavabında bildirdi: "Aydın, sən bəstəkarsan ya ərəbşünassan?"

Ziya Bünyadovun bu sualına hamı gülüşdü. Sonra Vaqif Cəbrayılzadə (Bayatlı) çıxış edərək bildirdi: "Əhməd Cavad Azırbaycan dilini mükəmməl bilən şairlərimizdəndir. Bu şeir də təmiz Azərbaycan dilində yazılıb. Əgər siz şeirdə olan "hazırız", "qadiriz" ifadələrini nəzərdə tutursunuzsa, bu bizim ana dilimizdə işlənən ifadələrdir. Azərbaycanın bir çox bölgələrində "rız", "riz" şəkilçilərindən istifadə olunur..."

Vaqif Cəbrayılzadə mətndə olan digər ifadələr və edilmiş bəzi dəyişikliklər haqqında da məlumat verdi.

Bu toplantı himn sözlərinin müzakirəsinə həsr olunduğuna görə əsasən ədəbiyyat xadimləri fikir bildirirdilər. Müzakirələr də "Azərbaycan Marşı"nın sözlərinin ətrafında gedirdi. Çünki, əvvəlcədən elan olunmuşdu ki, Azərbaycan SSR himninin sözləri ilə bağlı komissiya yekun qərar qəbul etməyib. Əvvəlki müzakirələrdən fərqli olaraq sonuncuda elə ciddi mübahisə də yaranmamışdı. Aydın K. Azim sonda elan etdi ki, ağsaqqal bəstəkar Cövdət Hacıyev onun da fikrini müzakirə iştirakçılarının diqqətinə çatdırmağı xahiş edib. Belə ki, Cövdət Hacıyev "Azərbaycan Marşı"nın himn kimi qəbul edilməsinə tərəfdar olduğunu bildirir və xahiş edir ki, bunu nəzərə alasınız.

Bununla da komissiya işini yekunlaşdırdı. Sonda Firudin Cəlilov hamıya təşəkküt etdi və bildirdi ki, sabah mayın 27-də komissiya Milli Məclisdə Azərbaycan Respublikasının dövlət himni kimi "Azərbaycan Marşı"nı müzakirə olunmaq və səsverməyə çıxarmaq təklifi ilə çıxış edəcək.

Filarmoniyadan çıxıb axşamkı canlı yayıma hazırlaşmaq üçün televiziyaya gəldim. Üç ilə yaxın bir müddətdə himn uğrunda mücadilənin sonuna yaxınlaşırdıq. Bu axşamkı canlı yayımın xüsusi əhəmiyyəti var idi. Aydın K. Azim ustalıqla, yüksək peşəkarlıqla öz işini görmüşdü. Ancaq musiqi içtimaiyyətinin böyük əksəriyyəti, bəstəkarlar, musiqişünaslar bu işə nəinki dəstək vermirdilər, əksinə ciddi cəhdlə mane olurdular. Belə mövqeyi anlamaq çox çətin idi. Təsəvvür edin ki, bəstəkarlardan Cövdət Hacıyev, Adil Bəbirov, Ramiz Mustafayev, musiqişünaslardan isə Tahirə Kərimova, konservatoriyanın gənc müəllimlərindın Fərəh Əliyeva, Zümrüd Dadaşzasə "Azərbaycan Marşı"na açıq dəstək verirdilər. Digərləri ya fikirlərini açıq bildirməkdən çəkinirdilər, ya da əleyhinə təbliğat aparırdılar. Biz konservatoriyada dəfələrlə bu mövzuda açıq müzakirələr təşkil etmişdik. Bu müzakirələrdə Tahirə Kıtimova, Fərəh Əliyeva və Zümrüd Dadaşzadə həmişə aktiv iştirak edirdilər və "Azərbaycan "Marşı"nı müdafiə edirdilər. Tahirə Kərimova himnlə bağlı komissiyanın bir çox iclaslarında da iştirak edirdi, imkan düşdükcə fikrini bildirirdi. Eyni zamanda konservatoriyada dərs dediyi auditoriyada da tələbələrə himn haqqında geniş məlumat verirdi. Adlarını çəkdiyim bu üç musiqişünas xanımdan başqa kimsə fikrini açıq bildirmirdi. Ona görə də Cövdət Hacıyev kimi qüdrətli bəstəkarın, musiqi aləmində söz sahibi olan bir ustadın fikiri, dəstəyi çox vacib idi...

Bir hadisəni də mütləq qeyd etməyi özümə borc bilirəm. 1990-ci il may ayının əvvəllərində gərara aldıq ki, 28 May gününü Üzeyir bəy Hacıbəylinin yaratdığı və adını daşıdığı konservatoriyada xüsusi olaraq qeyd edək. Hələ müstəqilliyimizi qazanmamışdıq. SSRİ kimi nəhəng bir dövlət hələ movcud idi. Lakin buna baxmayaraq biz qərarımızda qəti idik. Həmin bayram tədbirində "Azərbaycan Marşı"nı canlı səsləndirmək üçün Aydın K. Azimə müraciət etdik. Aydın K. Azim o zaman konservatoriyada işləmirdi. Tapşırdı ki, xorla danışın, mən gəlib əsəri hazırlayaram. Biz konservatoriyanın xor dirijorluğu kafedrasının aparıcı müəllimi, tanınmış xormeyster Zərifə İsmayılova ilə danışdıq və istəyimizi ona bildirdik. Zərifə xanım təklifimizə maraqla yanaşdı və Aydın K. Azimlə hazırlıqlara başladılar...

(ardı var)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 28 Oktyabr 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gərilən yay Məryəm Bağırova yazır

01 İyun 2026 15:01see1074

Tramp yenidən hərbi əməliyyatlara başlamaq istəmir

01 İyun 2026 08:02see313

Yatmazdan əvvəl bunu yeyənlər sürətlə arıqlayır

01 İyun 2026 01:01see245

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see227

Bina çökdü, 11 nəfər öldü

01 İyun 2026 04:17see195

“Əl ağacı, yoxsa vətəndaş?” Pərvanə Bayramqızı yazır

01 İyun 2026 09:00see195

“Liverpul”da daha bir ayrılıq

31 May 2026 23:42see195

Zelenski Rusiya ilə müharibədən danışdı: Masa arxasına əyləşib danışmalıyıq”

31 May 2026 22:25see192

İran Prezident Administrasiyası Pezeşkianın istefa iddialarını təkzib edib

01 İyun 2026 02:57see179

Gürcüstan Parlamenti televiziya şirkətlərinin xaricdən maliyyələşməsini qadağan edən qanun qəbul edib

01 İyun 2026 00:34see178

Bütün iPhone lar sınaqdan keçirildi: Ən yaxşı model açıqlandı

01 İyun 2026 02:31see176

Məktəb müəllimi vəfat ETDİ

01 İyun 2026 00:03see176

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see175

Əsrlərə meydan oxumuş Nur: Qədim Alban məbədi məhv olmaq üzrədir VİDEOREPORTAJ

31 May 2026 22:26see170

Qordonun yerinə Liqa 1 dən namizəd

01 İyun 2026 03:17see166

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see166

Rusiya ordusu Zaporojyedə dəmir yolunu vurdu: Ölənlər və yaralananlar var FOTO

01 İyun 2026 04:42see158

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see154

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see152

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri