Icma.az
close
up
RU
Bir daha Himnimiz haqqında

Bir daha Himnimiz haqqında

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Kamil Şahverdi

(əvvəli BU LİNKDƏ)

VII Yazı

ALLAH BU MİLLƏTƏ BİR DAHA İSTİKLAL MARŞI YAZDIRMASIN.
Mehmet Akif Ersoy

Mehmet Akifin İstiklal Marşının əleyhinə olanlar da yox deyildi. Onlar da vaxtaşırı Məclisdə İstiklal Marşı haqqında qəbul edilmiş qərarın ləğv edilməsini və yeni müsabiqə keçirilməsini tələb edirdilər. Mehmet Akifin şeirinə qarşı ən sərt çıxış edənlərdən biri tanınmış şair Kazım Karabekir idi. Kazım Karabekir 26 iyul 1922-ci ildə Bakanlar Kurulu Başkanı (Baş nazir-K. Ş.) Rauf Bəyə yazdığı məktubda yarışma qərarının ləğv edilərək özünün yazdığı şeirin İstiklal Marşı kimi qəbul edilməsini tələb edirdi.
"Kazım Karabekirin istiklal marşı olmasını istədiyi şeiri isə belə idi:

Ya İstiklal ya ölüm
Ya istiklal ya ölüm
Vatanım milletim sancağım evim
İstiklalsız yoktur yerim
Zincir vurdurur mu Türkler boynuna
Varlığı fedadır vatan yolunda
Biz tarihin Türk dediği yılmaz milletiz
Hür yaşar hür ölür nurlu ümmetiz"

(Ahmet Yozqat. İstiklal Marşımız Nasıl Yazıldı. www.derindunya.com/2014/06/istiklal-marsimiz-nasil-yazildi/)

Lakin Kazım Karabekirin və digərlərin etirazlarına baxmayaraq Mehmet Akifin "Ordu Duası" şeiri rəsmən qəbul olunduğu andan bütün millət və ordu tərəfindən ruh yüksəkliyi ilə qarşılanmışdı. Marşın bəstə müsabiqəsi Milli Mücadilə səbəbindən ertələnsə də, ölkənin müxtəlif yerlərində Mehmet Akifin şeiri fərqli musiqi ilə oxunmağa başlandı. Bəstəkarların çoxu musiqi müəllimi işlədikləri üçün, dərs dedikləri məktəblərdə öz bəstələrini uşaqlara öyrədirdilər. Edirnədə Ahmet Yekta Madranın, İzmirdə İsmayıl Zühtü Bəyin, Ankarada Osman Zeki Bəyin, İstanbulun bir hisssində Zati Arcanın, digər hissəəsində, Kadıköy tərəfində isə Ali Rifat Çağatayın bəstələri oxunurdu. Bir müddət belə davam etdikdən sonra 12 fevral 1923-cü ildə İstanbul Maarif Müdirliyi ikinci dəfə İstiklal Marşı bəstəsinə yarışma təşkil etmişdir. Bu yarışmaya 55 əsər göndərilmişdir. 1924-cü ildə Milli Təhsil Nazirliyində toplanan komissiya Ali Rifat Çağatayın bəstəsini qəbul edir. Komissiyanın bu seçimi Məclis tərəfindən rəsmən təsdiq olunmasa da, tövsiyyə olunması məsləhət görülmüşdür. Bununla da bütün ölkə boyunca Ali Rifat Çağatayın bəstəsi İstikıal Marşı kimi ifa olunmağa davam etdi.
Ali Rifat Çağatayın bəstəsi klassik Türk musiqisi janrında, mehter marşı üslubunda, qədim Türk makamı olan Acemişiran makamı motivində yazılmışdır. Lakin marş millət arasında, orduda böyük rəğbət qazanmadı. Bu marş 1930-cu ilə qədər ifa olundu. Bu müddət ərzində Ali Rifat Çağatayın marşını bəyənməyənlər etiraz edir və marşın dəyişdirilməsi istəyini dilə gətirirdilər. Məclisdə də tez-tez bu marşın əlehdarları fikirlərini səsləndirir və yeni qurulmuş Cümhuriyyətin müasir, modern üslubda yazılmış marşa ehtiyacı olduğunu vurğulayırdılar. Bəziləri bildirirdi ki, 1924-cü ildə Milli Təhsil Nazirliyinin təşkil etdiyi münsiflər heyətinin sədri Ali Rifatın qardaşı Semih Rifat olduğu üçün seçim obyektiv olmamışdı. Yarışmada iştirak edən bəstəkar Zati Arca komissiyaya ciddi etiraz etmiş və hətta Atatürkə şikayət ərizəsi ilə müraciət etmişdi. Ərizədə qeyd olunur:
"Alaturka musiqi ustası olan Ali Rifat Bəyin qərb musiqisində başarılı ola bilməməsi;
Əsərində çox önəmli harmonik xətalara yol verməsi;
Münsiflər heyətinin uzmanlardan təşkil olunmaması;
Münsiflər Heyətinin rəhbəri Semih Rifatın Ali Rifatın qardaşı olduğu və dəyərləndirmələrin obyektiv olmadığı səbəbindən seçimin ləğv edilməsi vacibdir."
(Ahmet Yozgat. İstiklal Marşımız Nasıl Yazıldı. www.derindunya.com/2014/06/istiklal-marsimiz-nasil-yazildi/

1930-cu ildə Riyaseti Cumhur Orkestrinin (indiki Cumhurbaşkanlığı Orkestri) dirijoru Osman Zeki Üngörün qərb üslubunda yazdığı musiqisi Milli Marş kimi qəbul edildi.
İstiklal Marşı mübahisəsi bununla da bitmədi. Zeki Üngörün bəstəsinə də iradlar bildirildi. Hətta iddialar var ki, Zeki Engör bu musiqini Mehmet Akif Ersoyun şeirini görmədən, bilmədən bəstələyib. Şeirlə musiqidəki ahəng, ölçü fərqi bununla izah olunur. Əslində bu iddialarda həqiqət var. Çünki, Mehmet Akifin şeiri əruz vəzninin rəməl bəhrində yazılıb. Ona görə də bəzi misralar Zeki Üngörün musiqi ölçüsünə sığmır. Lakin Türk millətinin, Ordusunun qəbul etdiyi, qürurlandığı, şərəfləndiyi, sevərək ifa etdiyi İstiklal Marşına hörmət və ehtiramla yanaşmaq borcumuzdur. Çünki, Mühmet Akifin bu şeiri, "Ordu Duası", hələ bəstəsindən öncə Milli Mücadilə dönəmində, İstiklal, Cümhiriyyət Savaşında Türk əsgərinin mənəvi dayağı olmuş, Türk gəncliyini Vətən uğrunda mübarizəyə ruhlandırmış, Vətən torpağında kəfənsiz yatmış şəhidlərin son nəfəsdə söylədiyi Dua olmuşdur.
Bu gün Türkiyə Cümhuriyyətinin İstiklal Marşı dünyanın ən gözəl marşlarından biridir. Bu Marşın Millət, Dövlət uğrunda, İstiqlal, Hürriyyət uğrunda xidmətləri ölçüyə gəlməz dərəcədədir. Türk Milləti, Tütk Dövləti var olduqca İstiqlal Marşı da var olacaq və hər bir türkün qürur mənbəyi olmaqda davam edəcək.
18 oktyabr 1982-ci il tarixində Türkiyə Cümhuriyyəti Kurucu Məclis tətəfinfən ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Türkiyə Cümhuriyyəti Anayasasında (Konstitusiya) qeyd olunub:
III. Dövlətin bütünlüyü, rəsmi dili, bayrağı, milli marşı və başkəndi (paytaxtı)
Maddə 3- Türkiyə Dövləti, ölkəsi və millətiylə bölünməz bir bütündür. Dili Türkcədir.
Bayrağı, şəkli qanunda göstərilən bəyaz ay ulduzlu al bayraqdır.
Milli marşı "İstiklal Marşı"dır.
Başkəndi Ankaradır.

IV. Dəyişdirilməyəcək hökmlər
Maddə 4-Anasayanın 1-ci maddəsindəki Dövlətin şəklinin (quruluşunun) Cümhuriyyət olduğu haqqındqkı hökm ilə, 2-ci maddəsindəki Cümhuriyyətun nitelikləri (xüsysiyyətləri) və 3-cü maddəsi hökmləri dəyişdiriləməz və dəyişdirilməsi təklif ediləməz.
Beləliklə Türkiyə Cümhiriyyətinin Konstitusiyasına görə İstiklal Marşı nəinki dəyişdirilə bilməz, dəyişdirilməsi təklif edilə bilməz. Çünki, bu millətin, dövlətin, ordunun şanlı tarixinin şərəf verən, qürur hissi yaşadan səhifəsidir...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 Sentyabr 2026 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri