Icma.az
close
up
RU
Bir daha Himnimiz haqqında

Bir daha Himnimiz haqqında

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Kamil Şahverdi

VIII Yazı
(ikinci hissə)
"Azərbaycan Marşı" 1965-ci ildə ilk dəfə Türkiyədə nəşr olundu.

Təqdimatda Etem Üngör daha sonra "Milli Azərbaycan Hökuməti zamanında (1920) "Azərbaycan Milli Marşı"nın yazıldığını qeyd edir.
Daha sonra "Türk Marşları" kitabının 193 və 194-cü səhifələrində Üzeyir bəy Hacıbəylinin iki marşı, "Azərbaycan Milli Marşı" və "Azərbaycan Marşı" verilmişdir. Marşların notları mətnləri altında Etem Üngör qeydlərini də əlavə etmişdir. "Azərbaycan Milli Marşı"na aiq olan qeydlər bunlardır:
"Milli Azərbaycan Xalq Maarif Naziri, Nəsib Yüsifbəyli; zamanın hökumətindən yazılı olaraq tələb etdiyi xüsuslardan bəziləri bunıardır:
"Azərbaycan Milli Marşının" tənzim və seçimi üçün bir konkurs açılmalıdır. Marşların son qəbul tarixi üçün 1 Şubat (fevral) 1920 günü münasibdir.
Seçiləcək olan münasib marşın bəstəkarını 1500 ruble (Manat) ilə mükafatlandırmalı.
Konkursda iştirak nisbətinin fazla (çox) olması üçün Bakı və Tiflis qəzetlərində geniş çapda elanlar yayınllamalı. və s...
Təklif, Bakıda yayınlanan 14 Kasım (noyabr) 1919 tarix və 246 saylı "Azərbaycan" qəzetəsi ilə xalqa duyurularaq açılan yarışmada ünlü Azərbaycan bəstəçisi Üzeyir Hacıbəylinin əsəri birinciliyi qazanmışdır (1920).
Azərbaycan Dövlət Teatrosunu dolduran, Milli Dövlət ərkanı (Dövlət vəzifəliləri) və xalq hüzurunda bir dəfə çalınmışdır. Sonradan məktəblərdə öyrədilməsinə başlanan istiklal marşı, vuku bulan (baş verən) istiladan sonra yasaq (qadağan) edilmişdir. Notu Türkiyədə ilk dəfə yayınlanmaqdadır."
(Etem Üngör. Türk Marşları". Ankara, 1965, səh. 193.)
Etem Üngörün tarixi xidməti danılmazdır. Lakin tanınmış musiqişünas "Azərbaycan Milli Marşı"nın altında qeyd olunan məlumatlarında bəzi yanlışlıqlara yol vermişdir. Bu yanlışlıqlar ciddi əhəmiyyət daşımasa da bəzi tədqiqatçılarımızın israrla "Azərbaycan Milli Marşı"nın Dövlət Himni kimi yazılması qənaətinə gəlmələrinə səbəb olmuşdur. Ona görə də bu qeydlərə aydınlıq gətirilməsini vacib hesab etdiyim üçün məlum tarixi faktları qeyd etməyi vacib sayıram.

Tanınmış musiqişünas Etem Üngörün qeyd etdiyi "Milli Marş" müsabiqəsi haqqında "Azərbaycan" qəzetinin 1919-cu il tarixli (246 saylı) nömrəsində dərc olunmuş məlumat müsabiqə elanı deyil, Xalq Maarif Nazirliyinin Nazirlər Şurasına təklifi idi. Bu barədə yazının əvvəlki hissələrində məlumat vermişdim. Bir daha bu məsələnin incələnməsi üçün qeyd edim ki, Xalq Maarif Nazirliyinin bu təklifinə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasl 30 yanvar 1920-ci ildə baxmış və Azərbaycan Cümhuriyyətinin hərbi ordenlərinin, milli himninin, gerb və möhürünün layihələrinin hazırlanması haqqında Qərar qəbul etmişdir. Qərara əsasən milli himn müsabiqəsinin qalibinə 50.000 rubl mükafat verilməsi nəzərdə tutulur. Müsabiqə şərtlərinə görə layihələr 1920-ci il 1 may tarixinə qədər bağlı zərfdə Xalq Maarif Nazirliyinin dəftərxanasına təhvil verilməlidir. Müsabiqə haqqında Qərar dövlətin rəsmi mətbuat orqanlarında geniş işıqlandırılır. "Azərbaycan Cümhutiyyəti hökumətinin məlumatları" (rus dilində) 1920-ci il 11 fevral (N 10) tarixli bülletenində və "Azərbaycan" qəzetinin (rus dilində) 1920-ci il 19 fevral (N 33) tarixli sayında da Qərar dərc edilmişdir.
Qərardan göründüyü kimi müsabiqədə iştirak etmək istəyənlər əsərlərini 1 may 1920-ci il tarixinə qədər bağlı zərfdə Xalq Maarif Nazirliyinin dəftərxanasına təhvil verməli idilər. Etem Üngör isə qeydlərində bildirir ki, "açılan yarışmada ünlü Azərbaycan bəstəçisi Üzeyir Hacıbəylinin əsəri birinciliyi qazanmışdır (1920)."
Əfsuslar olsun ki, elan olunmuş müsabiqəyə yekun vurmaq mümkün olmamışdır. 1920-ci il aprelin 27-dən 28-nə keçən gecə Azərbaycan Xalq Cümhuriyyəti qırmızı bolşeviklər tərəfindən işğal olundu.
Bu məsəlınin üzərində ətraflı dayanmağımın səbəbi odur ki, böyük tarixi işə imza atmış Etem Üngörün "Türk Marşları" kitabında kiçik qeydlərindəki yanlış məlumatları əsas gətirərək, bu gün də bəziləri israr etməkdədirlər ki, Üzeyir bəy milli himn kimi "Azərbaycan Milli Marşı"nı müsabiqəyə təqdim etmiş və qalib olmuşdur.
Daha bir məqamı qeyd etməliyəm ki, Üzeyir bəy Hacıbəylinin "Azərbaycan Milli Marşı" adlı əsəri yoxdur. Üzeyir bəy iki marş yqzmışdır: "Milli Marş" və "Azərbaycan Marşı". Etem Üngör "Milli Marş"ı "Azərbaycan Milli Marşı" kimi qeyd etməklə bəzi yanlış iddiaların yaranmasına imkan vermişdir. Şükürlər olsun ki, Üzeyir bəy Hacıbəylinin "Milli Marş" əsərinin əlyazması günümüzə gəlib çatmışdır. Məlumdur ki, bəstəkar bu marşı 1917-ci ildə yazmışdır. Bu haqda yazının əvvəlki hissəkərində məlumat verilmişdir. Əlyazmadan da göründüyü kimi əsərin adı da "Azərbaycan Milli Marşı" deyil, "Milli Marşdır".
Üzeyir bəy Hacıbəyli özü də bu haqda 1917-ci ilin dekabr ayında "Açıq söz" qəzetində Yusif Vəzir Çəmənzəminliyə cavab məqaləsində ətraflı məlumat vermişdir. Yazının əvvəlki hissəsində qeyd etdiyim kimi Yusif Vəzir Çəmənzəminli Ukraynadan "Açıq söz" qəzetinə məqalə yazıb göndərir. Yusif Vəzirin
"Zəruri məsələlər. Milli şərqi" adlı məqaləni olduğu kimi diqqətinizə təqdim edirəm:
"Zənnimcə, milli nəğmə də zəruri məsələlər çərçivəsinə gələ bilər. Səbəbisə məlumdur. Bunu bizim köhnə fəallarımız da beləcə düşünmüşdülər. Zərdabi Həsən bəy "Milli nəğmələr" məcmuəsini əmələ gətirmişdi. (Müəllif Həsən bəy Zərdabinin 1901-ci ildə Bakıda Qubernski Pravleniyanın mətbəəsində nəşr etdirdiyi "Türk nəğmələri məcmuəsi"ni nəzərdə tutur-K. Ş.) Lakin ümurət qazanan bir şərqi indiyədək ortalığa çıxmadı. Şərqisiz də bizim siyasi çoşğunluğumuz və milliliyimiz ortalığa çıxmır. Hər bir millətin özünə məxsus bir milli nəğməsi var. O nəğmə oxunduqca millət fərdlərinin ruhu ucalır. Mübarizə edib öz xalqını mühafizə etmək xahişi artir. Bizimsə bu nəğməmiz yoxdur. Odur ki, milli sərxoşluğumuz və nəşəmiz də yoxdur. Düşməni yıxmaq üçün də milli sərxoşluq lazımdır.
Bolqarlar " Şumey murpeça" nəğmələrini oxuduqda intiqam hissi ürəyi dəlir.
"İşşənəvimala Ukrayna" ( Şe ne vmerla Ukraina-K. Ş.) şərqisi adamda elə qüdrətli birlik doğdurur ki, doğrudan da Ukrainanın həmişə diri qalıb səadətdə yaşamasına iman edirsən.
Bizim hələ milli nəğməmiz yoxdur. Biçarə çavanlarımız milli hiss çoşğunluğunda bilmirlər nə oxusunlar. Kiyevdə inqilabın əvvəl günləri təntənəli nümayişlər yapılanda tatarlar "...sübhanallah" oxuyurdular. Bizim studentlər isə nəğməsizlikdən nümayişi sükut içində keçiriblər.
Bizə milli şərqi lazımdır. Bu da bu saatın məsələsidir. Milli şərqi bizim yatmış milli hisslərimizi oyadır. Bu şərtlə ki, məzmunu və havası ayıq olsun, oxunduqda "Segah" kimi ruhumuzu boşaltmasın.
Milli tərəqqi əmələ gətirmək üçün şairlərimiz və musiqişünasımız Üzeyir bəy Hacıbəyov cənabları çalışmalıdırlar.
Yaxşı olar ki, milli komitə və ya mərkəzi "Musavat" milli şərqi əmələ gətirmək üçün mükafat vəd edəydi"
(Yusif Vəzirov. "Açıq söz", 19 dekabr 1917)

Üzeyir bəyin Yusif Vəzirə cavabı özünü çox gözlətmədi. 22 dekabr 1917-ci ildə "Açıq söz" qəzetində Üzeyir Hacıbəylinin "Milli marş" məqaləsi çap olunur. Həmin məqaləni oıduğu kimi təqdim edirəm:

"Milli marş.
Möhtərəm "Açıq söz"ün keçən nömrəsində Yusif Vəzirov əfəndi "Milli marş" lüzumundan bəhslə əzcümlə mənə dəxi müraciət etmişdi.
Əlbəttə, hər bir millətin milli marşları və himnləri vardır və bu nəğmələrin həyati-milliyə üzərindəki gözəl təsirləri sübut edilmiş bir həqiqətdir. Baxüsus bu zamanda bizim dəxi buna böyük ehtiyacımız vardır. Milli bir qəsidə (himnə qəsidə desək, şərqi sözündən daha düz olar) yazmaq haqqında bən bir müddətdir ki, çalışıram. Hələlik bir milli marş yazmışam ki, sözlərini burada dərc etməgi lüzumsuz bilmədim. Ancaq bu sözlərin vəzn cəhətincə düzgün olmadığının səbəbini qabaqca söyləməliyəm;
Qədim Yevropada və bu gün bizlərdə musiqinin vəzni şerin vəzninə tabe olur. Halbuki bu gün Yevropada musiqiyə xüsusi bir vəzn verilib, şeri ona tebe edirlər. Bunun izaha ehtiyacı vardır ki, ancaq məqamı deyildir. Onu demək istəyirəm ki, həmin sözlərin vəzni musiqisinə tabedir.

Vurulur meydanda sənc, dəf; (2)
Düzülün əsgərlər səfbəsəf!
Yürüyün şövqlə düşmən tərəfə,
Biliniz Cəngizdir bizə sələf!
(təkrar)

Giriniz meydana sanki şir!
Əlinizdə şəmşir ilə tir,
Dilinizdə olsun bu zikr,
Yaallah, Yaallah, Yaallah, hürrə kəbir;

Çingizləri, Teymurları
Gəl yada sal o ərləri
Kim, ol zaman türk hökmran,
Türkə müti nəfs-cahan,
İmdi görkür nə zillət;
Çəkir bu millət...

Yığılın övladı Çungizin!
Sürünün ğu qeyaə dizin-dizin...
Bu qədər bir torpaq həp sizin,
Görürük hər yanda türk izin.

Giriniz meydana sanki şir
Əlinizdə şəmşir ilə tir.
Dilinizdə olsun bu zikr,
Yaallah, Yaallah, Yaallah, məvakəbir!

Həmin marş bu şənbə günü Tağıyevin teatrosunda "O olmasın, bu olsun" oyunundan qabaq orkestrlə çalınıb ümumi artistlər tərəfindən oxunacaqdır. Qəbula keçərsə çox şad olaram.
Üzeyir bəy Hacıbəyov"
("Açıq söz", 22 dekabr 1917)

Üzeyir bəy Hacıbəylinin Yusif Vəzirə cavab yazısında bir çox maraqlı məqamlar vardır ki, bu məqamlar bu günə qədər davam edən mübahislərə son qoymaq üçün yetərlidir. Əvvəla qeyd olunmalıdır ki, Üzeyir bəy "Azərbaycan Milli Marşı" deyil, "Milli marş" yazır. Bəstəkarın əlyazmasında da əsər "Milli marş" kimi qeyd olunub. Musiqişünas Etem Üngör əsəri "Azərbaycan Milli Marşı" kimi təqdim etməklə yanlışlığa yol açmış və onun qeydlərini əsas gətirərək bəziləri bu əsərin Dövlət Himni kimi yazlması iddiasında bulunmuşlar. Çünki, Etem Üngör "Türk Marşları" kitabında qeyd edir ki, bu marş 1920-ci ildə Dövlət Himni kimi müsabiqədə qalib olmuşdur. Lakin, yuxarıda qeyd etdiyim kimi, Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti himn qəbulu haqqında müsabiqə elan olunması haqqında Qərar qəbul etsə də, müsabiqəni başa çatdırmaq nəsib oımadı. Qərara əsasən 1920-ci il 1 may tarixinə qədər müsabiqədə iştirak edəcək əsərlər Xalq Maarif Nazirliyinin dəftərxanasına təqdim edilməlidir. Çox güman ki, müstəqilliyin ikimci il dönümü günündə, mayın 28-də müsabiqəyə təqdim olunmuş əsərlər arasından Dövlət Himni seçilməli və parlamentdə təsdiq olunmalı idi. Əfsuslar olsun ki, müstəqil dövlətimiz bu günə qədər yaşaya bilmədi, 1920-ci il aorelin 27-də bolşeviklər tərəfindən işğal olundu. Ona görə də böyük musiqişünas-alim Etem Üngörün qeydlərini rəsmi fakt kimi qəbul etmək mümkünsüzdür.
Başqa bir məqama diqqət yetirək. Üzeyir bəy Hacıbəyli "Açıq söz" qəzetinin 22 dekabr 1917-ci il tarixli "Milli marş" məqaləsində belə bir əsər yazdığını qeyd edir. Həm də əsərin "bu şənbə günü Tağıyev teatrosunda "O olmasın, bu olsun" oyunundan qabaq orkestrlə çalınıb ümumi artistlər tərəfindən oxunacaqdır" elanını verir. 1917-ci ildə Üzeyir bəy hələ olmayan dövlətin himnini necə yaza bilərdi? Azərbaycan Xalq Cümhuriyyəti "Milli marş" yazılıb ifa olunandan beş ay sonra yaranıb.
Bir daha qeyd etməliyəm ki, əsərun adı "Milli marş"dır. Üzeyir bəy "Açıq söz" qəzetində də əsəri belə təqdim edir. Günümüzə gəlib çatan əlyazmasında da Üzeyir bəy əsərin adını öz əli ilə "Milli marş" yazıb. Etem Üngörün Türk Marşları" kitabında səhvən "Azərbaycan Milli Marşı" kimi qeyd olunması bəzilərinin fikrincə Üzeyir bəy dövlət himni kimi bu əsəri yazdığı qənaətinin əminliyinə zəmin yaratmışdır. Əslində isə Üzeyir bəy "Milli marş"ı 1917-ci ildə milli oyanış dönəmində, millətin ruhunu, mübarizə əzmini yüksəltmək üçün yazmışdır.

Etem Üngörün "Türk Marşları" kitabının 194-cü səhifəsində Üzeyir Hacıbəylinin "Azərbaycan Marşı" ilk dəfə not və sözləri ilə nəşr olunub. Olduqca böyük tarixi önəm daşıyan bu nəşrlə görkəmli musiqişünas-alim Etem Üngör himnimizin qorunmasında misilsiz xidmət göstərmişdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 Oktyabr 2026 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see474

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see345

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see316

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see286

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see258

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see256

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see252

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see246

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see236

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see225

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see212

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see210

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see210

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see209

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see205

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see203

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see203

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see200

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see193

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri