Icma.az
close
up
RU
İki psixiatriya xəstəxanasında həkim çatışmazlığı... Rəsmi

İki psixiatriya xəstəxanasında həkim çatışmazlığı... Rəsmi

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun üzvləri tərəfindən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Yaqub Budaqov adına Psixi Xəstəliklər Dispanserinə və Kürdəmir Rayon Psixiatriya Xəstəxanasına başçəkmələr həyata keçirilib.

Bu barədə Axar.az-a Ombudsmanın Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, başçəkmələrin məqsədi müəssisələrdə pasiyentlərin saxlanma şəraitinin, onlarla rəftarın, psixiatriya yardımının təşkilinin, habelə hüquqlarının və qanuni mənafelərinin təmin olunması vəziyyətinin araşdırılmasından ibarət olub.

Belə ki, başçəkmələr zamanı bu tibb müəssisələrində nöqsanlar aşkar edilib. Belə ki, hər iki müəssisədə pasiyentlərin maddi-məişət təminatının, o cümlədən mövsümə uyğun geyim və şəxsi gigiyena vasitələri ilə təminatının lazımi səviyyədə olmaması, yataq ləvazimatların istifadəyə yararsız vəziyyətdə olması, qidalanmanın təşkilində və kadr təminatında çatışmazlıqların mövcudluğu, habelə müəssisələrin binalarında təmir işlərinin aparılmasına ehtiyac olduğu müəyyən edilib.

"Yaqub Budaqov adına Psixi Xəstəliklər Dispanserində ştat cədvəli üzrə ixtisaslı həkim ştatlarında vakansiyaların olması, qidalanmanın əvvəlcədən tərtib edilmiş və təsdiqlənmiş menyu əsasında təşkil olunmaması, müəyyən edilmiş gündəlik qida normalarına tam riayət edilməməsi, camaşırxana avadanlıqlarının işlək vəziyyətdə olmaması müşahidə edilmişdir. Kadr çatışmazlığı peşəkar tibbi xidmətlərin də əlçatanlığına təsir edir.

Kürdəmir Rayon Psixiatriya Xəstəxanasında isə kişi və qadın şöbələrinin bəzi palatalarında istiliyın olmaması, sanitariya-gigiyenik şəraitin qənaətbəxş olmadığı, o cümlədən sanitar qovşaqlarının texniki vəziyyətində çatışmazlıqların mövcudluğu, pasiyentlərin qida rasionuna tərəvəzlərin daxil edilməməsi, habelə sənədləşmənin lazımi qaydada aparılmaması halları aşkarlanıb.

Başçəkmələr zamanı müəyyən edilmiş hallar “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, pasiyentlərin hüquqlarının daha səmərəli təmin edilməsi, saxlanma şəraitinin və psixiatriya yardımının təşkilinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsini zəruri edir.

Başçəkmələrin sonunda müəssisələrin rəhbərliyinə pasiyentlərin hüquqlarının və qanuni mənafelərinin təmin edilməsi, mövcud şəraitin yaxşılaşdırılması, psixiatriya yardımının təşkili və sənədləşmə işinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Başçəkmələrin nəticələri ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət olunacaq", - məlumatda qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://axar.az
archiveBu xəbər 27 Noyabr 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see707

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see578

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see325

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see297

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see294

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see284

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see283

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see260

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see257

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see254

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see247

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see245

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see244

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see241

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see240

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see240

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see235

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see221

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see213

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri